Nəcibə Əliyeva
Nəcibə Əliyeva | |
---|---|
Nəcibə Abbas qızı Əliyeva | |
Doğum tarixi | |
Doğum yeri | Gəncə, Azərbaycan SSR |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı, Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | baytarlıq |
Elmi dərəcəsi | baytarlıq elmləri doktoru |
Təhsili | Azərbaycan Dövlət Aqrar Universiteti |
Tanınır | baytarlıq virusologiyası sahəsində ilk azərbaycanlı qadın alim |
Mükafatları |
Nəcibə Abbas qızı Əliyeva (22 fevral 1927, Gəncə – 2006, Bakı) — Azərbaycan virusoloqu, baytarlıq elmləri doktoru (1974), professor (1975), baytarlıq virusologiyası sahəsində ilk azərbaycanlı qadın alim.[1]
Həyatı
[redaktə | vikimətni redaktə et]Əliyeva Nəcibə Abbas qızı 22 fevral 1927-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Ali təhsilini 1948-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetində tamamladıqdan sonra 1949-cu ildə Tak-Muğal Zoobavtar məntəqəsində baytar həkimi vəzifəsində işləmiş, 1949- 1956-cı illərdə Azərbaycan Bioloji Kombinatında müxtəlif vəzifələrdə çalışmışdır.
Fəaliyyəti
[redaktə | vikimətni redaktə et]1956-cı ildə Az.ETBİ-da kiçik elmi işçi vəzifəsinə təyin edilmiş, 1957-ci ildə isə aspiranturaya qəbul olmuşdur. 1960-cı ilin may ayında ADAU-nun elmi şurasında namizədlik dissertasiyasını müdafiə etmiş və baytarlıq elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. 1960-cı ildə institutun “Mikrobiologiya və virusologiya” laboratoriyasında baş elmi işçi vəzifəsində çalışmışdır. 1962-ci ildə Keçmiş SSRİ Ali Attestasiya Komissiyasının qəranna əsasən ona “Baytarlıq mikrobiologiyası” ixtisası üzrə Baş elmi işçi diplomu verilmişdir. 1963-83-cü illərdə o, ‘'Ümumi virusologiya." 1983-1991-ci illərdə isə “Ümumi virusologiya və “Dabaq” laboratoriyalarının müdiri vəzifəsində işləmişdir. 1991-ci ildən institutun Epizootologıva, mikrobiologiya, virusologiya, ımmunologiya və mikologıya" laboratoriyasında baş elmi işçi vəzifəsində çalışmışdır. 1974-cü ildə N.E.Bauman adma Kazan Dövlət Baytarlıq İnstitutunda “Azərbaycanda buzovların adenovirus infeksiyasınm öyrənilməsinə dair materiallar” mövzusunda baytarlıq elmləri doktoru alimlik dərəcəsi adı almaq üçün dissertasiya müdafiə etmişdir.
Tədqiqatları
[redaktə | vikimətni redaktə et]Onun tədqiqatı buzovlarda tənəffüs yolu xəstəliklərinin, respublikada qoyunların virus törodicili balasalma xəstəliklərinin öyrənilməsinə və ona qarşı mübarizə tədbirləri hazırlanmasına aiddir. Nəcibə xanım keçmiş SSRİ-də ilk dəfə olaraq xəstə buzovdan qaramala məxsus adenovirus ayırmış və Azərbaycanın müxtəlif təsərrüfatlarında qaramalın qan serumunda adenovirus 1, 2, 3 və paraqrip-3 viruslarının anticisiınlərinin mövcud olmasını öyrənmişdir.
N.A.Əliyeva 104 elmi əsərin müəllifidir, Moskva, Kiyev, Kazan, Vladimir, Tiflis vo s. şəhərlərdə keçirilən elmi konfranslarda məruzələrlə çıxış etmişdir.
Mükafatları
[redaktə | vikimətni redaktə et]Nəcibə Əliyeva 1956-cı ildə SSRİ “Xalq təsərrüfatı nailiyyətləri sərgisi”nin iştirakçısı olmuş və sərginin bürünc medalı ilə təltif olunmuşdur. O, 1978-ci ildə Respublikada baytarlıq elminin inkişafında xidmətlərinə görə Ali Sovetin Fəxri Fərmanı ilə təltif edilmişdir.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Azərbaycan Qadın Ensiklopediyası. Bakı: Azərbaycan Milli Ensiklopediyası nəşriyyatı. 2002. səh. 22.