Natürmort
Natürmort (fr. nature morte – cansız təbiət) — təsviri sənətdə (əsasən boyakarlıqda) janr. Vahid mühitdə qrup halında yerləşdirilən cansız əşyaların təsviri.
Kompozisiyanın detalı kimi natürmort motivlərinə Qədim Şərq, antik dövr və orta əsr incəsənətində təsadüf olunur. Müstəqil janr kimi XVI əsrin əvvələrində İtaliyada yaranmış, XVI əsrin sonu – XVII əsrin əvvəllərində Avropanın digər ölkələrinə yayılmışdır.
Hollandiyada V.Heda, A.Beyeren, V.Kalf (XVII əsr), Finlandiyada F.Sneyders, J.Feyt (XVII əsr), İspaniyada F.Surbaran (XVII əsr), Fransada J.B.S.Şarden (XVIII əsr), Rusiyada İ.T.Xrutski, K.A.Korovin (XIX əsr) natürmort janrının görkəmli nümayəndələridir.
Sovet boyakarlarından P.P.Konçalovski, .İ.Maşkov, M.S.Saryan və b.bu janrda fərqləniblər. Azərbaycanlı rəssamlardan Səttar Bəhlulzadə, Tahir Salahov, Mikayıl Abdullayev, Toğrul Nərimanbəyov, A.Cəfərov, Böyükağa Mirzəzadə, Tağı Tağıyev qiymətli natürmort nümunələri yaratmışlar.
Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- ASE, VII cild, Bakı, 1983. səh. 167.
- Серов А. Этюды натюрморта // Художник. 1961, № 2. С.43-47.
- Тарасов Ю. А. Голландский натюрморт XVII века, Спб, 2004 г.