Nikolay Lobaçevski
Nikolay Lobaçevski | |
---|---|
rus. Никола́й Ива́нович Лобаче́вский | |
Doğum tarixi | |
Doğum yeri | Nijni Novqorod, Rusiya imperiyası |
Vəfat tarixi | (63 yaşında) |
Vəfat yeri | Kazan, Rusiya imperiyası |
Dəfn yeri | |
Elm sahələri | həndəsə[1], cəbr, riyazi analiz, ehtimal nəzəriyyəsi, triqonometriya, riyaziyyat[1], Qeyri-Evklid həndəsəsi[1], Lobaçevski həndəsəsi[1] |
Tanınmış yetirmələri | Nikolay Zinin |
Üzvlüyü |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Nikolay İvanoviç Lobaçevski (rus. Никола́й Ива́нович Лобаче́вский, 20 noyabr (1 dekabr) 1792[3][4][…], Nijni Novqorod[5] – 12 (24) fevral 1856[3][6][…], Kazan, Kazan qəzası[d], Kazan quberniyası, Rusiya imperiyası[5]) — rus riyaziyyatçısı və fiziki, qeyri-Evklid həndəsəsinin yaradıcılarından biri. Cəbr, riyazi analiz, ehtimal nəzəriyyəsi, mexanika, fizika və astronomiya üzrə əsərlərin müəllifidir[7].
Həyatı
[redaktə | mənbəni redaktə et]Nikolay Lobaçevski 1792-ci ildə Nijni Novqorodda anadan olmuşdur. 1802-ci ildə 9 yaşı olarkən anası Praskovia Aleksandrovna tərəfindən Kazana gətirilir. Çətinliklə də olsa anası onu və iki qardaşını şərqi rus imperiyasında yeganə olan Kazan gimnaziyasına yazdıra bilir. O vaxtdan bəri onun həyatı və işi Kazanda davam edir.
1806-cı ilin sonlarında liseyi bitirən Nikolay Lobaçevski əsasən riyaziyyat və dil bilikləri ilə fərqlənmişdil ( Latın, Alman, Fransız ). Riyaziyyata olan bu marağında müəllimi Q. i. Kartaşevskinin böyük xidməti var.
14 fevral 1805-ci ildə imperatorun göstərişi ilə Kazanda eyni adlı universitetin açılışı olur. Gimnaziyanın bir sıra məllimləri əvvəlki vəzifələri ilə paralel olaraq universitetə dərs deməyə göndərildi. Universitet Şurası Kazan Gimnaziyasında təhsil və tərbiyə alan uşaqların valideynlərinə muraciət etdi. Bu müraciətdə valideynlərə uşağlar gimnaziyanın kursunu bitirdikdən sonra universitetdə təhsillərini davam etdirmək təklif olunurdu. Praskovia Aleksandrovna uşağlarınin universitetdə təhsillərini davam etdirməylərinə razılığ verdi. Nikolayin böyük qardaşı Aleksandr elə həmin gün universitetə qəbul olundu. Nikolay özü isə 1806-cı ilin iyulunda sınağlardan keçməli oldu və bu sınağlarda uğursuz olarağ qəbul olunmadı. Lakin həmin ilin dekabırın 22-də təkrar olarağ imtahan verir və 1807-ci ilin fevralın 14-də universitetə qəbul olunur. Nikolayın kiçik qardaşı Alekseydə elə həmin il Kazan universitetinin tələbəsi olur.
Təəssüf olsunki Nİkolaya riyaziyyatı sevdirən və onda bu elmə marağ yaradan müəllimi Q. i. Kartaşevski və bəzi digər müəllimlərdə olmaqla universitet diroktoru ilə yaranmış konfliktə görə 1806-cı ilin dekabırında vəzifələrindən azad olunurlar. Universitetdə riyaziyyatı və bəzi başqa fənləri öyrətmək tələbələrə həvələ edildi. Bu hal 1808-ci ildə universitetə alman müəllimlərin dəvət olunmasına kimi davam etdi. 1808 ci ilin fevralında Martin Bertels həmin ilin sentyabərənda isə Kaspar Ranner Kazan universitetinə dərs deməyə dəvət olundu. Bu yeni istedadlı müəllimlər Nikolayın riyaziyyat marağlarını dahada artırdılar. Loboçevski dərslərdə xüsusi bilikləri ilə fərqlənsədə vaxtaşırı yoldaşları ilə tələbə intizam qaydalarını pozmagada vaxt tapırdi. Əgər 1807-ci ildə tələbələrin raportunda nümunəvi tələbə kimi göstərilmişdisə 1808-ci ildə pirotexniki vasitələrə görə karser cəzası almışdı ( avqustun 13-də yoldaşları ilə raket buraxır)
Bütün bu cəzalar gənc Nikolayın elmdəki uğurların qarşısın almadı və 1809 cu ilin mayın 31 Yakovkin atestasiyasınnan müsbət qiymətləndirilir və elmi bacarığlarında fərqlənməyə görə universitetin güvəncini qazanmışdı. Lakin bu güvənci qoruyub saxlıya bilməyən Nikolayın həyatında narahatlığlar başlıyır. 1810 ilin yanvarında bütün qadağalara baxmayaraq yeni il şənliylərində və maskaradlarda iştrak etməydən qalmırdı. Buna görə cəza olarağ universitet ona kitab və dərs vəsaitləri üçün ayırdığıları pul vəsaitlərdən məhrum etməy qərarı qəbul etdi. Təhsilinin son ilindən olan raportda onun universitetin nizam intizam qaydalarina riayət etmədiyi sozə baxmadığı " xoşa gəlməz" hərəkətləri hətta tanrısızlığa meyil kimidə qeyd olunub. Belə halda universitetdən xaric olma və hərbiyə çağırılma təhlükəsi ilə üzləşən Laboçevski müəllimləri Bartels və Bronnerin müdaxiləsinnən sora təhlükə aradan qalxdı.
1811 ci ildə universiteti bitirən Laboçevski fizika və riyaziyyat fənləri üzrə fərqlənmə ilə magistr dərəcəsin alır və universitetdə saxlanılır. Saxlanmazdan əvvəl isə elədiylərinə görə üzür istədiyini və nümunəvi olacağına söz verməliydi. Beləliklə Lobaçevskinin elmi fəaliyyəti davam edir. 1811-ci ilin avqustunda Litrov, Lobaçevski və Simonovunla birlikdə kometi müşahidə etməyə başlıyırlar. Həmin ilin oktyabrından etibarən Bartels Lobachevski ilə Gauss və Laplasın klassik əsərlərini öyrənilməsinə başladı. Bu işlərin öyrənilməsi müstəqil araşdırma üçün təkan oldu. 1811-ci ilin sonunda Lobachevsky "Səma cisimlərin elliptik hərəkət nəzəriyyəsi" -ni təqdim edir. 1813-cü ildə isə daha bir işin " cəbri tənliyini" təqdim edir. Elmi araşdırmalardan əlavə olaraq, Nikolay tələbələrə cəbr və həndəsədən ələvə mühazirələr oxuyaraq pedaqoji fəaliyyətdə də iştirak edir.
Tədris fəaliyyəti
[redaktə | mənbəni redaktə et]1814-cü ildən başlayarağ sərbəst olarağ bir necə fənnən dərs deməyə başlıyır. Gənc pedaqoq ilkin kurslarda Qauss və Legendrin rəqəmlər nəzəriyyəsin deyir. 1816-cı ildə isə köməkçi professor adını alır.
Lakin təəssüfki onun bu fəaliyyəti imperiyanın ağır dövürləri ilə qarşılaşdı. Xalqda yaranmış inqlabçı fikirlərə və "azad düşünməyə" qarşı mübarizə aparmaq üçün hakimiyyət ideoloji dəstəyi dində və mistik xristianlığın təbliğində görür. Bu təbliğ və yoxlanışlardan da ilk olaraq universitetlər keçirdi.
Kazan universitetinin nəzarəti və yoxlanışı 1819-cu ildə M. L. Maqniskiyə tapşırılır. Maqniski isə öz raportunda qeyd edərək belə qərara gəlir ki, universitet təhsil verib yetiştirdiyi şagirdlərlə ictimayiətə zərər verir, buna görə də "digərlərinədə nümunə olsun deyə niversiteti ictimai olarağ dağıdılması" təklifini imperatora göndərir. Lakin onun bu təklifi qəbul olunmadı. İmperator universiteti dağıdmağ yox düzəltməy tapşırığın verir.
Bu işə nəzarət Maqniskinin özünə tapşırılır. O isə öz növbəsində universiteti " Yeniləməy " qərarına gəlir və yeniləməyə 9 müəllimi işdən azad etməylə başlıyır. Öz işini düzgün yetirə bilməməy ittihamı ilə rektor Yakovkini pensiyasız və rüsvaçılıqla qovdu. Şübhə yaradan kitablardan kitabxanaları təmizliyir. Tələbələrə ciddi kazarma rejimi qoyarağ mühazirələrə, şaqirdlərin qeydlərinə, yazı işlərinə nəzarət olunurdu. Onun tapşırığı ilə universitetdə ilahiyat kafedrsı açılır. Bartels və digər əcnəbi müəllimlər getməli olurlar. 28 yaşlı Lobaçevski isə özünü bir çox sahədə uğurlu göstərdiyinə görə Bartelsin əvəzinə fizika-riyaziyyat fakultəsinin dekanı təyin olundu. Onun vəzifə dairəsi genişlənmişdi. O həm fizika, riyaziyyat və astranomiyadan mühazirə oxumalı həm də kitabxananı, muzeyi, fizika kabinetini, observatoriyanı və s. düzəltdirərək səliqəyə gətirməli idi. İlk vaxtlarda Lobaçevskinin Maqnitski ilə münasibətləri yaxşı idi. 1821-ci ildə Maqnitski Lobaçevskini müqəddəs IV Vladimir ordeni namizədi kimi təqdim etdi, bu ordeni Lobaçevskiyə 1824-cü ildə təsdiq edib mükafatlandırırlar. 1823 cü ildo Lobaçevski həndəsədən ilk dərsliyini hazırlıyir və təsdiq üçün yolanışa göndərir. Təssüfki bu dərslik tədris üçün təsdiqlənmir səbəb kimi isə metrik öçü sisteminnən həddən artığ istifadə və evklid qanununnan uzağlaşdığı göstərildi. Onun cəbrdən yazdığı dərslik isə (1825) yalnız 10 il sonra nəşr etmək oldu.
1826-cı ildə Nikolayın hakimiyyətə gəlməsinnən səra Maqniskiy vəzifəsindən azad edildi və əvəzinə M. N. Munis-Puşkin təyin edildi.
1827-ci ilin may ayının 3-ü gizli səs vermə ilə 35 yaşlı Lobaçevski universitetin rektoru seçildi (11 in 3 -ə). Musin-Puşkin Lobaçevskiyə güvənərək bütün işləri ona tapşırır və uzun müddətli Peterburqa gedir. Yeni rektor tam enerji ilə dərhal yenidən qurmaya, çatışmazlığları aradan qaldırmağa başlayır və çatışmayan yeni təhsil binalarını, labaratoriyalar və rəsədxanalar, kitabxanalar və s. inşa etdirir. İşlədiyi dövürdə o hədəsədən, triqanometriyadan, cəbr, ehtimal nəzəriyyəsi, mexanika, fizika, astronomiya və hətta hidravlikadan mühazirələr deyirək çatışmayan müəllimləri əvəz edirdi. Bütün bunlarla yanaşı özünün qeyri-evklid nəzəriyyəsi üzərindədə işləyirdi.
Yeni nəzəriyyənin ilk eskizləri 1826-cı ilin fevral ayinda təqdim etmişdi, bu çıxışın tarixi qeyri-evklid həndəsənin yaradılış günü kimi hesab olunur.
1832-ci ildə Lobaçevski onnan demək olar 20 yaş cavan olan Varvara Alekseyevna Moiseyevanan ailə həyatı qurur. Övladlarının sayı dəqiq bilinməsədə xidməti siyahısına əsasən 7 uşağı qeydiyyata alınıb.
1832-1834-cü illərdə Lobaçevskinin nəşr olunmuş qeyri-evklid həndəsəsi Peterburqda sərt tənqidlərlə qarşılaşdı. Bu tənqidlər onun 3-cü dəfə rektorluğa namizədliyində çətinliklər yaratdı. Lakin çətinliklədə olsa 9- un 7-ə səs fərqi ilə 3-cü dəfə rektor seçildi. Fəsadlara baxmayaraq, Musin-Puşkin Lobachevskini qətiyyətlə dəstəklədi və tədricən vəziyyəti bir qədər normallaşdırdı. 1836-cı ildə universiteti ziyarət edən çar I Nikolay razı qalır və Lobaçevskiyə nüfuzlu II Anna ordeninə layiq görmüşdü.
1830-cu illərin sonu Labaçevski üçün kədərli oldu. Bartels və Kartaşevski öldü. 1840-cı ilin fevralın 27-də isə anası Praskovia Aleksandrovna ölür.
Lobaçevski 1827-ci ildən 1846-cı ilə kimi Kazan universitetinin rektoru vəzifəsində çalışıb.
Son illəri (1845-1856)
[redaktə | mənbəni redaktə et]Munsini-Puşkin 1845-ci ilin aprelində yeni təyinat alır və peterburqa keçirilir. Onun Kazan akademik rayonunun vəzifəsi Lobaçevskiyə verilir. O 1845-ci ilin aprelin 18 dən bu vəzifəyə təyin olunur həmin ilin noyabr ayının 20-i isə növbəti 4 ilə altıncı dəfərektor seçilir. 1846-cı il Laboçevski üçün ağır il sayılır, fevralın 8-i iki yaşlı qızı Nadejdanı itirir, həmin ildə, 30 illik xidmətdən sonra nazirlik qanuna əsasən Lobachevskini və Simonovu işdən uzağlaşdırmağ və təqaüdə göndərmək qərarını qəbul edirlər. İyunun 11-i universitet şürası nazirliyə Lobachevskini və Simonovun tədrisdən çıxarılmasına "heç bir səbəb yoxdur" müraciətin göndəriblər. Lobachevskinin özü müraciətdə Simonovu dəstəklədi və işdən azad olunarsa kafedranı A. F. Popova verilməsini istədi, özü barəsindəki qərarı isə nazirliyin həllinə buraxdı.
Şuranın rəyinə baxmayaraq, 16 Avqust 1846-cı ildə Nazirlik "Hökumət Senatının rəhbərliyi altında" Lobachevskini yalnız professorların kafedrasından yox, həm də rektor vəzifəsindən uzağlaşdırdı. O aşağı təqaüdlə Kazan akademik rayonunda köməkçi vəzifəsinə təyin edildi. Kafedra isə onun istəyi ilə A. F. Popova verildi. Simonov isə universitetin rektoru təyin edildi.
Tezliklə Lobaçevski müflis oldu, Kazandaki evini və yoldaşının əmlakını borclara görə satdı. 1852-ci ildə Lobaçevskinin sevimli övladı böyük oğlu Aleksey tüberkülozdan öldü. Bu hadisə onun sağlamlığına zərbə oldu, görməsi zəifləmişdi. Amma buna baxmayarağ özündə güc tapdığca universitetin fəaliyyətində iştrak etməyə çalışırdı.
Alimin son işi, "Pangeometry" 1855-ci ildə tələbələr kor alimin danışığınnan yazmışdılar.
O, 1856-cı il fevralın 12-də elə 30 il əvvəl qeyri-evklid həndəsəsinin təqdim etdiyi gundə vəfat edir və Kazanın Arsk qəbristanlığında dəfn edilir.
1860-cı illərin ikinci yarısında Lobachevskinin əsərləri artığ geniş araşdırılıb, qiymətləndirildikdən və avropanın aparıcı dillərinə tərcümə olunduqdan sonra Kazan universiteti Laboçevskinin "Həndəsəsinin tam nüsxəsini yığmaq" üçün nazirlidən maliyyə dəstəyi istədi. Layihə yalnız 16 il sonra həyata keçirilmişdir (1883). Lobachevskinin çox sayda əsəri kitabxanada tapılmadığından, materialların seçilməsində böyük çətinliklər baş vermişdi, alimin daha erkən işləri isə indiyə kimi tapılmayıb.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 6 7 8 Çex Milli Hakimiyyət Məlumat bazası.
- ↑ Find a Grave (ing.). 1996.
- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ Исаев Ю. Н. Чувашская энциклопедия (rus.). Чувашское книжное издательство, 2006. 2567 с. ISBN 978-5-7670-1471-2
- ↑ 1 2 Лаптев Б. Л. Лобачевский Николай Иванович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1973. Т. 14 : Куна — Ломами. С. 585–586.
- ↑ Русский биографический словарь (rus.). / под ред. А. А. Половцов, Н. П. Чулков, Н. Д. Чечулин, В. В. Мусселиус, М. Г. Курдюмов, Ф. А. Витберг, И. А. Кубасов, С. А. Адрианов, Б. Л. Модзалевский, Е. С. Шумигорский СПб, Москва.
- ↑ "Uşaqlar üçün ensiklopediya. Riyaziyyat.", Bakı, "Şərq-Qərb", 2008. səh.609
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Website dedicated to Lobachevsky (isp.)
- Nikolaj Ivanovič Lobačevskij - Œuvres complètes, tome 2 Arxivləşdirilib 2013-05-13 at the Wayback Machine – Gallica-Math
- Lobachevsky State University of Nizhny Novgorod
- 1 dekabrda doğulanlar
- 1792-ci ildə doğulanlar
- 63 yaşında vəfat edənlər
- 24 fevralda vəfat edənlər
- 1856-cı ildə vəfat edənlər
- Arskoye qəbiristanlığında dəfn olunanlar
- Göttingen Elmlər Akademiyasının üzvləri
- I dərəcəli "Müqəddəs Anna" ordeni kavalerləri
- 1-ci dərəcəli "Müqəddəs Stanislav" ordeninin kavalerləri
- III dərəcəli Müqəddəs Vladimir ordeninin kavalerləri
- IV dərəcəli Müqəddəs Vladimir ordeninin kavalerləri
- II dərəcəli "Müqəddəs Anna" ordeni kavalerləri
- 2-ci dərəcəli "Müqəddəs Stanislav" ordeninin kavalerləri
- III dərəcəli "Müqəddəs Anna" ordeni kavalerləri
- 3-cü dərəcəli "Müqəddəs Stanislav" ordeninin kavalerləri
- Əlifba sırasına görə alimlər
- Nijni Novqorodda doğulanlar
- Kazanda vəfat edənlər
- Rusiya riyaziyyatçıları
- Rusiyada doğulanlar
- Rusiyada vəfat edənlər