Ostrava
Şəhər | |
Ostrava | |
---|---|
Ostrava | |
49°50′08″ şm. e. 18°17′33″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1267 |
İlk məlumat | 1267[1] |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 260 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 700 30–739 34[6] |
Nəqliyyat kodu | T |
Digər | |
ostrava.cz | |
Vikianbarda əlaqəli mediafayllar |
Ostrava (cz. Ostrava; de Ostrau; ⓘ; IPA: [ˈɔstrava]) — Çexiyanın şimal-şərqində, əhalinin sayına görə Çexiyada 3-cü yerdə, Moraviya-Sileziya diyarının inzibati mərkəzidir. Ostravitsenin, Oderin и Opavanın qovuşduğu yerdə yerləşir. Şəhərin tarixi yüksəkkeyfiyyətli kömür istehsalatı ilə sıx bağlıdır. Bununla o rəsmi olmayan "Respublikanın döyünən polad ürəyi" adı almışdı. Bugünlərdə ekologiyanın qorunması ilə əlagədar olaraq bu fabrik və zavodlarının bir çoxu bağlanılıb.
Tarixi
[redaktə | mənbəni redaktə et]Arxeoloji qazıntılar təsdiq etdilər ki, Ostrava ərazisində insanlar hələ 25 000 il əvvəl yaşamışlar. Orta əsrlərdə buradan Kəhrəba yolu keçirdi. Şəhərin əsası 1267-ci ildə qoyulmuşdu. Vaxt keçdikcə şəhərin iqtisadi əhəmiyyəti enməyə başladı və XVIII əsrə Ostrava 1000 nəfər əhalisi olan, xırda bir provinsial şəhərə çevrildi. 1763-cü ildə şəhər yaxınlığında böyük kömür ehtiyatı aşkar edilmişdi. Bu, bölgənin industrializasiyasına və şəhərə intensiv işçi qüvvəsi kimi, miqrant axınının əsas səbəbi oldu. 1830-cu ildə şəhərdə metalurgiya zavodu inşa edildi, 1847-ci ildə isə Vyana ilə bağlayan dəmir yolu tikildi. XX əsrdə Morav Sileziyası ilə Silez Ostravası birləşdi. İkinci dünya müharibəsi zamanı şəhər güclü dağıntıya məruz qaldı. Müharibədən sonra, Ostravanın köhnə hissəsi tamamilə bərpa olundu. 1989-cu il Məxmər İnqilabı zamanı Ostrava depressiya və restrukturizasiya keçirdi.
Coğrafiyası və iqlimi
[redaktə | mənbəni redaktə et]Əhalisi
[redaktə | mənbəni redaktə et]Tarixi olaraq Ostravada çexlərdən başqa çoxlu sayda polyaklar, almanlar və yəhudilər yaşayırdı. Buna baxmayaraq İkinci dünya müharibəsi şəhərdə yaşayan bütün yəhudilər öldürülüb və ya konsntrasiya lagerlərinə aparılmışlar. Müharibədən sonra bütün almanlar Beneş dekretinə əsasən şəhərdən deportasiya olunmuş, və olnarın yerinə bura slovaklar gəlməyə başladılar. Beləliklə, şəhrin əsas əhalisi çexlər (90%) və slovaklar (3.4%) təşkil etdilər.
Şəhərdə Çex dilinin əsasən Şərq dialektində danışırlar.
Qardaşlaşmış şəhərlər
[redaktə | mənbəni redaktə et]- Rusiya Volqoqrad(rus. Волгоград)
- Birləşmiş Krallıq Koventri (ing. Coventry)
- Polşa Katoviçe (pol. Katowice)
- Almaniya Drezden (alm. Dresden)
- Xorvatiya Split (xorv. Split)
- Yunanıstan Pireus (yun. Πειραιάς)
- Slovakiya Koşiçe (sloven. Košice)
- Macarıstan Mişkolç (mac. Miskolc)
- ABŞ Pittsburgh (ing. Pittsburgh)
- Qazaxıstan Uralsk (qaz. Уральск)
- Ukrayna Donetsk (ukr. Донецьк)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Jakl L. Jak stará jsou česká města? Legendy a fakta. (çeş.). // iDNES.cz 2011.
- ↑ 1 2 ArchINFORM (alm.). 1994.
- ↑ 1 2 Administrativní registr ekonomických subjektů.
- ↑ Czech Statistical Office Malý lexikon obcí České republiky – 2017. Czech Statistical Office, 2017.
- ↑ Český statistický úřad Počet obyvatel v obcích – k 1. 1. 2024 (çeş.). Praha: ČSÚ, 2024.
- ↑ Register of territorial identification, addresses and real estates.
Şəhər ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |