Pangeya

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Pangeya
Pangeyanın zamanla bölünmesi

Pangeya — dünyada həyat başladığı zaman bütün qitələrin bir ada kimi bir-biriylə birləşmiş halına verilən addır.

Geomorfoloji termin

[redaktə | vikimətni redaktə et]

Pangeya (rus. Пангея, ing. Pangaea) /yun. pan — hamısı və ge, gaia- yer, torpaq/ — PaleozoydaMezozoyun əvvələrində müasir materiklərin hamısını birləşdirən fərziyyəvi materik. Onun parçalanmasını və hissələrinin bir- birindən aralanmasını, yeni qlobal tektonikaya əsasən mantiyada konveksion özəklərin yeni sisteminin yaranması ilə əlaqələndirirlər.[1]

İlkin fikirlər

[redaktə | vikimətni redaktə et]

Materik çıxıntıları və okean çökəkliklərinin sonrakı inkişafı haqqında bir sıra fərziyyələr mövcuddur. Bəzi alimlər materiklərin hərəkətsiz olduğunu, bəziləri isə onların daim hərəkət etdiklərini güman edirlər. Materiklərin hərəkət etməsi haqqında ilk dəfə fikir söyləyən Alfred Vegener olmuşdur. Onun nəzəriyyəsinə görə, yer qabığında vahid quru-Pangeya mövcud olmuşdur. Sonradan Pangeya iki hissəyə- Lavrasiya və Qondvanaya parçalanmış, daha sonra onlar da öz növbəsində tədricən parçalanmış və müasir materiklər əmələ gəlmişdir.

Litosfer tavalarının hərəkəti nəticəsində Pangeya materiki Lavrasiya və Qondvanaya parçalanmışlar. Lavrasiya qurusu şimal hissədə, Hondvana isə cənubda yerləşir. Lavrasiya iki materikə- Avrasiya və Şimali Amerikaya parçalanmışdır.

Hondvana-Cənubi Amerika, Afrika, Antarktida, Avstaliya, Hindistan, Ərəbistana parçalanmışdır.

Pangeya eraları

[redaktə | vikimətni redaktə et]
  1. Permiyen (225 milyon il əvvəl)
  2. Trias (200 milyon il əvvəl)
  3. Yura (135 milyon il əvvəl)
  4. Kretase (65 milyon il əvvəl)
  5. Qitə (ən müasir zaman)
  • Alxasov O. K., Ələsgərov D. M., Pənahov Ş. M., Məmmədov R. İ. "Materiklərin və okeanların fiziki coğrafiyası" Bakı, "Təhsil", 2002, 252 səh. (7-ci sinif üçün dərslik)
  1. Pangeya // Geomorfoloji terminlərin izahlı lüğəti. Bakı: "Elm". 2012. səh. 177. ISBN 978-9952-453-14-0.