Pedant

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Pedant (it. Pedante tərbiyəçi, müəllim[1]) xırdaçıl, izafi dərəcədə dəqiqçil, məlumatfüruş, özünü hərtərəfli bilikli göstərməyə, öz biliyini nümayiş etdirərək, başqalarna ağıl öyrətməyə çalışan adam. Bu cür yersiz formal hallar isə pedantizm sayılır.[2] Xalq arasında çox vaxt bu cür insanlar "xırdaçıl", "zəhlətökən", "hərfbaz", "bürokrat" adlandırılırlar.

Məsələn; bir dinləyicinin mühazirəçiyə əhəmiyyət kəsb etməyən ədədi (99 qəpik əvəzinə 1 manat; saat 12:29 əvəzinə 12:30; oksigenin atmosferdə miqdarı: 20,942 % əvəzinə 21 %) yuvarlaq ifadə etməsinə görə nümayişkarcasına tutduğu irad.

Ziqmund Freyd psixoseksual inkişafın fazaları mülahizəsində pedantizmi "anal fazanın" bir xarakter tipi hesab edir.[3]

  1. Academic dictionaries and encyclopedias Arxivləşdirilib 2015-06-27 at the Wayback Machine (alm.)
  2. Национальная психологическая энциклопедия[ölü keçid] (rus.)
  3. Gertraud Turrini. Abweichendes Verhalten aus psychoanalytischer Sicht. Vortrag Tainach, 23.–25. September 2004  (alm.)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]