Pianoçu (film, 2002)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Pianoçu
ing. The Pianist
Janr musiqili film, dram filmi[1][2][…], bioqrafik film, tarixi film, müharibə filmi, kitablar əsasında film[d]
Əsas mövzu Holokost[3], Vladislav Şpilman[3]
Rejissor
Prodüserlər
Əsərin müəllifləri Vladislav Şpilman, Pianoçu
Baş rollarda Edrien Broudi
Tomas Kreçmann
İstehsalçılar StudioCanal[d], Canal+, Babelsberg Studio[d][6]
Distribütor Disney+
İlk baxış tarixi 24 may 2002[7], 24 oktyabr 2002[8], 2002
Müddət 148,7 dəq.[9]
Büdcə 35.000.000 $
Gəlir 120.072.577 $[10], 32.572.577 $[10]
Ölkələr
Dillər alman dili, ingilis dili, rus dili, fransız dili
Rəng rəngli[d]
Çəkiliş yeri Varşava
IMDb ID0253474
Mükafatları Ən yaxşı kişi roluna görə "Oskar" mükafatı Ən yaxşı rejissor işinə görə "Oskar" mükafatı Ən yaxşı uyğunlaşdırılmış ssenariyə görə "Oskar" mükafatı

Pianoçu (ing. The Pianist) — 2002-ci ildə polyak rejissor Roman Polanski tərəfindən çəkilmiş tarixi dram filmi. Film pianoçu Vladislav Şpilmanın Polşada yaşadığı 7 il ərzində yaşadığı hadisələrin əsasında çəkilmişdir. Şpilman 1939-cu ildən etibarən böyük təhlükələrlə qarşılaşır və nasistlərdən gizlənməli olur. Vladislav Şpilmanın gizlənməsində çalışdığı Polşa radiosunun əməkdaşlarının və ən əsası isə alman zabiti Vilm Hosenfildin böyük rolu olmuşdur.

Film 2002-ci ildə Kann kinofestivalında Qızıl Palma Budağı, 2003-cü ildə Oskar mükafatına, ən yaxşı xarici filmlərə verilən Qızıl Qartal mükafatına və digər mükafatlara layiq görülmüşdür.

Film milliyyətcə yəhudi olan məşhur polyak pianoçusu Vladislav Şpilmanın həyatından bəhs edir. İkinci Dünya müharibəsinin ağır günləridir. Dəhşətli müharibə hər kəsin dinc həyatına son qoyur. Uçuq bir evdə gizlənən pianoçu canını qurtarmağa çalışır. Xarabalıqdakı otaqların birində piano tapan Şpilman hər şeyi unudaraq musiqi dünyasına qapılır. Amma musiqinin sehrinə yalnız o qapılmır.

Şpilmanın alman zabiti üçün Şopendən ifa etdiyi "Ballade No. 1 in G Minor, Op. 23

Vladislav Şpilman obrazı

[redaktə | vikimətni redaktə et]

Onu radiodalğalarda sevə-sevə dinləyirdilər. Deyirdilər ki, Şopeni heç kim onun kimi ifa edə bilməz. Müharibə hamının hər şeyini əlindən alır deyirlər, amma Polanskinin qəhrəmanı bizə bu deyimin əksini sübut etdi. Barmaqlarında olmasa da bütün müharibə boyu qəlbində yaşatdı və ölməyə qoymadı öz musiqisini. Elə sonda da məhz ağ-qara piano dilləri və öz barmaqları onu xilas etdi.

Ən yadda qalan obrazlar albomumuzdakı növbəti qəhrəman məhz Vladislav Şpilman obrazıdır. Bu məşhur musiqiçini ekranda Adrian Broudi canlandırdı və bu rol ona dünya şöhrəti gətirdi, həmçinin ekran işi öz yaradıcı heyətini saysız-hesabsız mükafatlara boğdu. Çox az film tapılar ki həm “Qızıl Palma Budağı”, həm də ən əsas nominasiyalarda “Oskar”a sahib çıxsın. Amma ən əsası mükafatlar yox, məhz sənətdir. Şpilmanın öz sənəti kimi..

Film olduqca real çəkilib, ikinci dünya müharibəsi illərində yaşanmış bir həyatı təsvir edir, müharibə dəhşətləri olduqca təsirləndirici bir şəkildə lentə alınıb. Şpilman incə sənətin sahibi olsa da dəmir iradəyə malikdir və film boyu evini, ailəsini, həyatdakı mövqeyini, bir sözlə az qala bütün həyatını itirsə də ümidini itirmir. Öz musiqisini bu dəhşətdən və kabusdan qorumağı bacarır. Müharibə hər yanı dağıdır, hər şeyi məhv edir, şəhər xarabalığa çevrilir, silah səsləri, yerə sərilmiş insan meyidləri.. Şpilmana isə yalnız bu dəhşətləri göz yaşıyla seyr etmək qalır. Və bir də yaşamaq uğrunda mübarizə. Əlindən başqa heç nə gəlmir..

Broudinin olduqca təsirli və emosional ifası bu obrazı həm klassik musiqi həvəskarları, həm də ümumiyyətlə kinematoqrafiya üçün unudulmaz bir simaya çevirdi. Vladislav Şpilman obrazı ekrana musiqi və dəhşət dolu bir həyatı daşıdı. Həm də insanlığın şahid olduğu ən böyük faciə olan ikinci dünya müharibəsinin timsalında..

2003-cü ildə Oskar mükafatı:

BAFTA mükafatı:

  • Ən yaxşı film

2002-ci il Kann kinofestivalı:

2003-cü il Sezar mükafatı

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]