Polad paktı
Müttəfiqlik və dostluq haqqında Almaniya-İtaliya müqaviləsi (imzalama tarixi — 22 may 1939-cu il, imzalanma yeri — Berlin; digər adı «Polad paktı»; müqavilənin digər adı Almaniya və İtaliya, Hitler və Mussolini arasında qırılmaz dostluğu göstərmək üçün idi) - Müqavilənin rəsmi sənədlərinə sözügedən dövlətlərin xarici işlər nazirləri imza atmışdır. Almaniyadan bu şəxs Yoaxim fon Ribbentrop, İtaliyadan isə Qaleaçço Çiano olmuşdur. Bu müqavilə həmçinin "Anti-Komintern Paktı"nın müddəalarını təsdiq edirdi. Pakta əsasən sözügedən iki dövlət öz aralarında öhdəlik qəbul edirdilər ki, əgər müttəfiqlərdən birinə hansısa üçüncü dövlət hərbi müdaxilə etsə onda digər müttəfiq dərhal ona yardım edəcək. Müqavilədə bu iki dövlət arasında iqtisadi və hərbi əlaqələrin genişləndirilməsi də nəzərdə tutulmuşdu. Bu müqavilə İkinci dünya müharibəsinin başlanması ərəfəsində Almaniya və İtaliya arasında əsas müttəfiqlik sənədi kimi nəzərdə tutulmuşdur.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- Müqavilənin tam mətni Arxivləşdirilib 2011-07-20 at the Wayback Machine (ing.)
Tarix haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |