Puştunvalay
Puştunvalay ("puştunca": پښتونوال – puştunların həyat tərzi), həmçinin Puştunvali və ya Nana (puştun şərəfi) – puştun qəbilələrinin yazılmamış yaşam tərzi və əxlaqını, puştun fəlsəfəsini özündə əks etdirən puştun şərəfi qaydaları. Bu qaydaları əzbər bilən ağsaqqallar "Cirqamar" adlandırılır. Puştunvali özündə İslam dininə qədərki qədim adətləri birləşdirirərək təxminən 2000 illik tarixə mailkdir. Puştunlar şəriətlə yanaşı bu qaydaları da vacib sayırlar. Hətta bəzən puştunvalinin qaydaları ilə şəriət qaydaları üst-üstə düşmür. Məsələn şəriətə görə qadının xəyanət etmiş sayılması üçün dörd şahidin olması vacib sayılır. Lakin puştun qaydalarına görə hətta qadının xəyanətə görə bu barədə şayiələr kifayət edir. Belə olduqda puştunlar puştunvalini əsas götürlər. Şəriətə görə qadına ərinin əmlakından pay düşsə də puştunvaliyə görə qadına heç bir pay düşmür. Əgər puştunvali ilə şəriət qaydaları bir-birinə uyğun gəlməzsə o zaman puştunlar birincini vacib sayır. Hazırda Əfqanıstan və Pakistanda yaşayanlarla yanaşı dünyanın müxtəlif ölkələrinə yayılmış puştunlar da puştunvalinin şərtlərinə riayət edirlər. Puştunvali bütövlükdə dini, əxlaq , ailə, mədəniyyət və digər sahələrdə puştun ideyalarının qoruyucusudur.
Puştunvalayın əsas prinsipləri
[redaktə | vikimətni redaktə et]1. Tövhid- yaradıcı kimi tək Allahın varlığına inam.
2. Yaxşı əməl, yaxşı söz- hər bir puştun yaxşı sözlər danışnalı, yaxşı işlər görməlidir. Bu prinsipin onlarda atəşpərəstlikdən qalma olduğu düşünülür.
3. Davranış- puştun Allahın yaratdığı bütün varlıqlara hörmətlə yanaşmalıdır. Puştunvaliyə görə ətraf mühiti çirkləndirmək və məhv etmək olmaz.
4. Birlik- dünyanın harasında olsa belə puştunlar bir-birinə yardım etməlidir.
5. Bərabərlik-bütün insanlar bir-birinə münasibətdə bərabərdir. Bu prinsipə görə kimsə zorla başqasına öz fikrini qəbul etdirməli deyil. Hər kəs öz fikrində azaddır. Hətta valideynlər də öz fikirlərini övladlarına diqtə etməməlidir.
6. Azadlıq- hər bir puştun fiziki, dini, siyasi, psixoloji, iqtisadi baxımdan azaddır. Bir-birinə zərər vurmadan puştunlar bu prinsipdən istifadə etməlidir.
7. Qonaqpərvərlik və sığınacaq vermə- hər bir puştun dinindən, irqindən, milliyyətindən asılı olmayaraq ondan kömək istəyən hər kəsə yardım etməli, ona sığınacaq verməlidir. Puştunlar dünyanın ən qonaqpərvər xalqlarından hesab olunur. Əgər qan düşməni canının xilası üçün puştunun evinə gələrək aman istəyərsə puştun ona toxunmamalıdır. Amma həmin düşmən də gələcəkdə belə hal olarsa eynilə həmin hörməti göstərməlidir. Puştunlar deyir: "Maylma de Xudayi milgareh deh", yəni "Qonaq-Allahın dostudur". Buna görə də qonağı razı salmağa çalışırlar ki Allah da ev sahibindən razı qalsın.
8. Ədalət- əgər bir puştuna zərər vurulubsa puştunun cinayətkar sağ olduğu müddətdə ondan qisas almaq hüququ var. Əgər əməli törətmiş şəxsi tapa bilmirsə o zaman ata xətti ilə onun yaxın qohumlarından qisas ala bilər.
9. Əhdə sadiqlik- əgər puştun bir vəd verirsə buna mütləq əməl etməlidir, nəyin bahasına olursa olsun. Vədin yerinə yetirilməsi puştunun şərəfli olduğunu göstərir.
10. Yardımsevərlik- kasıblara, zəiflərə və yardıma ehtiyacı olanlara yardım etmək.
11. Şər ilə mübarizə- puştun harda üzləşməyindən asılı olmayaraq daim şər qüvvələrlə mübarizə aparmalıdır.
12. Ailə- hər bir puştun ailə üzvləri qarşısında məsuliyyət daşıyır. Bununla yanaşı puştun öz qəbiləsindən olanlara da yardım etməldir.
13. Bilik- puştunlar Allahın bəxş sahələrdə (elm, incəsənət, mədəniyyət və s.) mümkün qədər biliklərini artırmalıdırlar.
14. Şərəf- hər bir puştun üçün ən vacib olan şərt. Puştun öz azadlığı və insani keyfiyyətlərini itirməməlidir. Digər göstərilənlər şərəfin qorunmasına yönəlib.
Puştunvalinin bundan başqa ikinci dərəcəli şərtləri də vardır. Puştunlar ailə qurarkən adətən öz qəbiləsindən evlənir ki, başqa qəbilə və ya millətin nümayəndəsi puştun ənənələrinin gözlənməsində o qədər də diqqətli olmaya bilər. Puştunvali bötövlükdə puştunların həyat tərzini əks etdirir.