Pul
Pul — müasir dövrdə hamının maddi, sosial və mədəni maraqlarını əhatə edən məhsuldur. Pul vasitəsilə insanlar, xalqlar, ölkələr arasında iqtisadi və mədəni münasibətlər həyata keçirilir.
Pul vasitəsilə həyata keçirilən mübadiləyə əmtəə tədavülü deyilir. Qızıl tədavülü Birinci dünya müharibəsinədək mövcud olmuşdur. Həqiqi pulların əvəzediciləri aşağıdakılar daxildir:
- Metal dəyər nişanələri, sürtülmüş qızıl sikkə, bilon sikkə, yəni ucuz metaldan hazırlanmış xırda sikkələr;
- Kağız dəyər nişanələri (əsginaslar), bir qayda olaraq kağızdan hazırlanmışdır. Burada kağız və kredit pullar fərqləndirilir.
Pullar iki formada ola bilər:
- nağd
- nağdsız
Tarixi
[redaktə | vikimətni redaktə et]Tarixi mənbələr göstərir ki, pul insan cəmiyyətinin yaranması ilə bir vaxtda meydana gəlməyib. Milyon ildən artıq tarixi olan bəşər cəmiyyətində pul təxminən 6–8 min ildir ki, fəaliyyətə başlayıb. Bunu da xatırlamaq lazımdır ki, pulu da, məhsulların çevrilib əmtəə olmasını da heç kim ixtira etməyib. O, əmtəə mübadiləsinin tarixi inkişaf prosesində təbii və qanunauyğun hadisə kimi, bir iqtisadi vasitə kimi meydana çıxmışdır. İbtidai icma quruluşunun son mərhələlərində, onun tədricən dağıldığı dövrdə ayrı-ayrı icmalar, tayfalar arasında məhsulun məhsula dəyişdirilməsi, yəni mübadilə edilməsi baş vermişdir. Bu o zaman mümkün olmuşdur ki, ayrı-ayrı icmalar öz tələbatından artıq qalan qida məhsullarını başqa icmalarda olan digər məhsullarla dəyişdirmək yolu ilə mübadiləyə daxil olmuşlar. Bu, icmalar, tayfalararasında təsadüfi hallarda, bəsit formalarda mübadilə münasibətləri idi. Məsələn, bir icmada hasil edilən ov əti o icma üzvlərinin tələbatında artıq qaldıqda, onlar bunu qəbilələrdə artıq olan meyvə və s. ərzaq malları ilə mübadilə edə bilmişlər. Əlbəttə, eyni əmək məhsulunu, məsələn, balığı-balığa dəyişdirmək mənasızdır. Mübadilə isə bir cür faydalı məhsulu başqa bir faydalı əmək məhsuluna müəyyən miqdar nisbətində dəyişdirilməsi deməkdir.
İlk pul maldarlıqla məşğul olan tayfalarda meydana gəlmişdir. Məhz buna görə də hesab edirlər ki, latın sözü olan "pekuniya"-pul "pekus"-mal-qara sözündən yaranmışdır. Bu zaman pul kimi, əvvəlcə mis, tunc, qurğuşun və s. daha sonralar isə gümüş xüsusən də qızıldan istifadə edilməyə başlanıldı. Digər metallardan fərqli olaraq qızıl gümüş öz təbiətinə görə yekcinsdir və karroziyaya uğrayıb xarab olmur.
Əsginaslar ilk dəfə Çində hazırlanmışdır.
Pul vahidləri
[redaktə | vikimətni redaktə et]- Azərbaycan manatı — AZN (₼ kimi təsvir edilir) Azərbaycanın rəsmi valyutasıdır.
- Türkmən manatı — TMT, Türkmənistanın rəsmi valyutasıdır.
- Türk lirəsi — TRY (₺ kimi təsvir edilir)
- Türkiyənin rəsmi valyutasıdır.
- Rus rublu — RUB (₽ kimi təsvir edilir) Rusiyanın rəsmi valyutasıdır.
- ABŞ dolları — USD ($ kimi təsvir edilir), ABŞ-nın rəsmi valyutasıdır.
- İngilis funtu — GBP (£ kimi təsvir edilir)
- Avro — EUR (€ kimi təsvir edilir), Avropa birliyinin rəsmi valyutasıdır.
- Avropa Birliyininin rəsmi valyutasıdır.
- Yapon yeni — JPY (¥ kimi təsvir edilir), Yaponiyanın rəsmi valyutasıdır.
Maraqlı faktlar
[redaktə | vikimətni redaktə et]- Dünyada ən ağır pul İsveçrədədir. XVIII əsrdə buraxılan bu mis pulun kütləsi 20 kiloqramdır.
- 100 dollardan ibarət 1 milyon dollar pulun kütləsi 10 kiloqram, 1 sentlərdən ibarət bu həcmdə pulun kütləsi isə 246 tondur
- Dünyada ilk kredit kartı 1951-ci ildə "Amerikan-ekspress" şirkəti tərəfindən buraxılıb.
- Kaliforniya ştatı müstəqil dövlət olsaydı, dünyanın iqtisadi inkişafına görə ilk beşliyində yer alardı.
- XIX əsrin əvvəllərində Alyaskada dəri pullardan istifadə olunub.
- Dünyada ən qəribə ad qazanmış qəpik XVI əsrdə Macarıstanda buraxılıb — "qazetta".
- Dünyada qədim Afina sikkəsinə ödənilən məbləğ rekord sayılır — 314 min dollar.
- 10 milyon dollara görə hər 14 adamdan biri istənilən şəxsi öldürməyə hazırdır.
- SSRİ-də 1, 2, 3 və 5 qəpiklər müvafiq olaraq 1, 2, 3 və 5 qram çəkisində idilər.
Pul nəzəriyyələri
[redaktə | vikimətni redaktə et]Pul vasitəsilə həyata keçirilən mübadiləyə əmtəə tədavülü deyilir. Bu Ə-P-Ə formulu ilə ifadə olunur. Pulun mahiyyəti aşağıdakı 3 (üç) xüsusiyyətin vəhdətində meydana çıxır:
- bilavasitə ümumi mübadilədə.
- mübadilə dəyərinin kristallaşmasında.
- ümumi iş vaxtının maddiləşməsində.
Pulun təkamülü prosesində bir çox pul nəzəriyyələri fəaliyyət göstərmişdir. Lakin onlardan üçü əsas nəzəriyyə kimi tanınmışdır ki, onlar da aşağıdakılardır:[1]
- Nominalist
- Metalist pul nəzəriyyəsi
- Bank-pul nəzəriyyəsi
Pulun funksiyaları
[redaktə | vikimətni redaktə et]Pulun funksiyaları özü də iki yerə ayrılır. Klassik və modern funksiyalar.
Pulun klassik funksiyaları.
- Pulun dəyər ölçüsü olması funksiyası .
- Pulun tədavül vasitəsi funksiyası
- Pulun yığım funksiyası.
- Pulun tədiyyə vasitəsi funksiyası.
- Dünya pulu funksiyası.
Pulun modern funksiyaları.
- İqtisadi fəaliyyətləri stimullaşdıran və ya zəiflədən pul
- Gəlirlərin yenidən bölgü aləti olaraq pul
- Nüfuz aləti olaraq pul
Pul aqreqatları
[redaktə | vikimətni redaktə et]Pul aqreqatları pul kütləsinin struktur göstəriciləridir. Bir-biri ilə likvidlik səviyyəsinə görə (tez bir zamanda nağd pul vəsaitinə çevrilə bilmə imkanına görə) fərqlənən pul və pul vəsaitlərinin növləri pul aqreqatları adlanır.
Pul aqreqatları özlüyündə ierarxik sistemi təcəssüm etdirir – hər növbəti aqreqat əvvəlki aqreqatı öz tərkibinə daxil edir.
Müxtəlif ölkələrdə pul aqreqatları müxtəlif tərkib ilə fərqlənir. BVF bütün dünya ölkələri üçün ümumi M1 göstəricisinə və daha geniş göstərici olan "kvazivalyuta"-ya (təcili və əmanət bank hesabları, bazarda dövriyyədə olan daha likvid maliyyə alətləri) malikdir.
Azərbaycan Mərkəzi bankı M0, М1, М2, М3 pul aqreqatlarına sahibdir:
- М0 = dövriyyədə olan nağd pullar (qəpiklər, banknotlar).
- М1 = М0 + çeklər, tələb olunanadək əmanət və depozitlər, (həmçinin bank debet kartları), təşkilatların hesablarındakı milli valyuta qalıqları.
- М2 = М1 + təcili yatırımlar.
- М3 = М2 + əmanət yatırımları, sertifikat və dövlət istiqrazları.
Bir sıra ölkələrdə əlavə olaraq M4 aqreqatı da istifadə olunur. Məsələn, Böyük Britaniyada M4 aqreqatı özündə dövriyyədə olan nağd valyutanın həcmini, banklar tərəfindən verilmiş kreditlərin ümumi məbləğini, həmçinin dövlət borclarının məbləğini birləşdirir.[2]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "DÖVLƏTİN MAKROİQTİSADİ SİYASƏTİ-PUL-KREDİT VƏ MALİYYƏ-VERGİ SİYASƏTİ". 2011-05-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-01-31.
- ↑ "Arxivlənmiş surət". 2021-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-04.