36°51′01″ şm. e. 40°04′14″ ş. u.HGYO

Rəsulayn

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Rəsulayn
راس العين
36°51′01″ şm. e. 40°04′14″ ş. u.HGYO
Ölkə
Mühafəzə Əl-Həsəkə
Rayon Rəsulayn
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 360 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 29.347 nəf. (2004)
Xəritəni göstər/gizlə
Rəsulayn xəritədə
Rəsulayn
Rəsulayn
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rəsulayn[1] (bəzi mənbələrdə Rəsuleyn[2] və ya Ras-əl-Ayn;[3] ərəb. راس العين‎‎, klass. süry. ܪܝܫ ܥܝܢܐ) və ya Səre Kaniye (kürd. Serê Kaniyê‎) — Suriyanın Əl-Həsəkə mühafəzəsində şəhər, eyniadlı rayonun inzibati mərkəzi.

Cəzirədə yerləşən ən qədim şəhərlərdən biri olan Rəsulaynda ən azı neolit dövründən (təqribən e.ə. VIII minillikdən) bəri məskən salınmışdır. Sonrakı dövrlərdə qədim aramilərin Sikkan, romalıların Resayna və Bizansın Feodosiopolis şəhəri olaraq tanınan Rəsulayn bir neçə dəfə məhv edilmiş və yenidən tikilmişdir. Şəhər orta əsrlərdə müxtəlif müsəlman sülalələr arasındakı qızğın döyüşlərin məkanına çevrilmişdir. 1921-ci ildə imzalanmış Ankara müqaviləsinin şərtlərinə görə, Rəsulayn Suriya (Fransa) ilə Türkiyə arasında bölünmüş, şəhərin Türkiyəyə verilən şimal hissəsi Ceyranpınar adlandırılmışdır.

2004-c2 ildə əldə edilmiş məlumata görə, şəhərin əhalisi 29.347 nəfərdir. Bu isə Rəsulaynı Əl-Həsəkə mühafəzəsində yerləşən ən böyük üçüncü şəhəri edir. Şəhərin əhalisinin əksəriyyəti ərəblərkürdlərdən təşkil olunmuşdur. Şəhərdə yaşayan digər icmalara aysorlar, ermənilərçeçenlər aiddir.

Suriyada vətəndaş müharibəsi zamanı şəhər Suriya Demokratik Qüvvələri tərəfindən ələ keçirilmişdir. Rəsulayn 2019-cu ilin oktyabr ayında, Sülh Bulağı əməliyyatı çərçivəsində, Türkiyə Silahlı Qüvvələrisuriyalı üsyançılar tərəfindən ələ keçirilmişdir.[4]

Şəhər yazılı mənbələrdə ilk dəfə, Assuriya kralı II Adad-nirarinin dövründə (e.ə. 911–891) Akkad dilində "Reş ina" olaraq qeydə alınmışdır. Ərəb dilindəki "Rəsulayn" sözü elə bu addan törəmişdir və Azərbaycan dilində "bulağın başı" deməkdir.[5]

Qədim yunan coğrafiyaşünası Ptolemey şəhəri "Raysena" adlandırmışdır.[6] Şəhər Roma imperiyası dövründə "Ressayna" və ya "Resayna" adlandırılırdı.[7] Bizans imperatoru I Feodosi şəhəri 380-ci ildə ələ keçirdikdən sonra şəhər Feodosiopolis adlandırılmışdır. "Rəsulayn" adına əlavə olaraq, orta əsrlərə aid ərəbdilli mənbələrdə şəhər bəzən "Aynverda" adlandırılır.[6]

Şəhərin kürd dilindəki adı – Serekaniyyə də "bulağın başı" deməkdir. Ehtimal olunur ki, bu ad şəhərin samidilli adının birbaşa tərcüməsidir.

2004-cü ildə keçirilmiş əhalinin siyahıyaalmasına görə, şəhərin əhalisi 29.347 nəfərdir.[8] Şəhərin əhalisinin əksəriyyətini ərəblər təşkil edir,[9] ancaq şəhərdə kürd, aysor, erməniçeçen icmaları da yaşayır.

1981 2004
14.278 29.347
  1. "Türkiyənin Şanlıurfa vilayətinin Ceylanpınar kəndinin yaxınlığında, sərhədin o tayında, Suriya ərazisindəki Rəsulayn kəndində vəhşət yaşanır". xezerxeber.az (az.). Xəzər Xəbər. November 14, 2012. October 15, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 15, 2019.
  2. "SON DƏQİQƏ: Türkiyə ordusu Suriyada əməliyyatlara başladı - VİDEO". Baku.WS (az.). October 9, 2019. October 15, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 15, 2019.
  3. "Ərdoğan: Türkiyə Suriyada yeni antiterror əməliyyatlarına hazırdır". trend.az (az.). Trend News Agency. March 24, 2018. March 24, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 16, 2019.
  4. "Turkey claims capture of key Syrian border town as offensive continues". nbcnews.com (ingilis). NBC News. October 14, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 15, 2019.
  5. Bonats, Dominik. The Archaeology of Political Spaces: The Upper Mesopotamian Piedmont in the Second Millennium BCE (ingilis). Walter de Gruyter. 2014. 61–. ISBN 978-3-11-026640-5.
  6. 1 2 Teylor, Con Corc. Journal of a Tour in Armenia, Kurdistan and Upper Mesopotamia, with Notes of Researches in the Deyrsim Dagh, in 1866 // The Journal of the Royal Geographical Society (ingilis). London: Royal Geographical Society. 1868. 281–360, here: 346–350. 2022-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-15.
  7. Büri, C. B. History of the Later Roman Empire (ingilis). Courier Corporation. 2012. 94–. ISBN 978-0-486-14338-5.
  8. "Syria: Governorates, Major Cities & Localities". citypopulation.de (ingilis). City Population. April 21, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 15, 2019.[ölü keçid]
  9. "Turkey's Syria offensive explained in four maps". bbc.com (ingilis). BBC. October 12, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 15, 2019.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]