Səd ibn Əbu Vəqqas
Səd ibn Əbu Vəqqas | |
---|---|
ərəb. سعد بن أبي وقاص | |
Doğum tarixi | 595 |
Doğum yeri | |
Vəfat tarixi | təq. 674 və ya 675[1] |
Vəfat yeri | |
Vətəndaşlığı | Raşidi xilafət |
Uşaqları | |
Fəaliyyəti | tacir, hərbi lider[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Səd ibn Əbu Vəqqas (ərəb. سعد بن أبي وقاص; 595, Məkkə – təq. 674 və ya 675[1], Mədinə) — Məhəmməd peyğəmbərin səhabəsi, ilk iman gətirənlərdən biri.
Həyatı
[redaktə | mənbəni redaktə et]İlk mühacirlədən olmuş və Bədr müharibəsində iştirak etmişdir. Ömər ibni Xəttabın xilafət üçün təyin etdiyi altı namizəddən biridir. Əhli-sünnətin nəzərinə görə, cənnətlə müjdələnmiş on nəfərdən biridir.
Ömər ibni Xəttabın Qadisiyyə müharibəsinin qəhrəmanlarından olmuşdur. Deyilənə görə, bəzi səhabələr onun əsl-nəsəbində şəkk etmiş, yadına salaraq ona əziyyət edirlərmiş. Rəvayətə görə Peyğəmbər onun nəsəbini sabit etmişdir və o, Bəni Zöhrə qəbiləsindəndir.
İbni Qüteybə “Əl-imamətu vəs-siyasət” kitabında qeyd etmişdir ki, Bəni Zöhrə Peyğəmbər (s) dünyadan getdikdən sonra Səd ibni Əbi Vəqqas və Əbdürrəhman ibni Ovfun ətrafına yığıldılar. Hamısı Peyğəmbərin (s) məscidində yığılmışdılar ki, Əbu Bəkr və Əbu Übeydə də ora gəldilər. Ömər onlara dedi: Nə üçün sizi ayrı-ayrı yerlərdə oturmuş görürəm? Qalxın Əbu Bəkrlə beyət edin. Mən və ənsar onunla beyət etmişəm. Səd, Əbdürrəhman və Bəni Zöhrədən olan dostları qalxıb beyət etdilər. (“Tarixi xüləfa”, İbni Qüteybə, 1-ci cild, səh. 18)
Rəvayət olmuşdur ki, Ömər ibni Xəttab onu olduğu vəzifədən azad etmiş, amma özündən sonrakı xəlifəyə tapşırmışdı ki, o xəlifə olmadığı təqdirdə ona vəzifə versin. Çünki onu tutduğu vəzifədən xəyanətə görə azad etməmişdir. Osman da onun vəsiyyətinə əməl etmiş, onu Kufəyə rəis qoymuşdu.
Qeyd etmək lazımdır ki, Səd ibni Vəqqas o biri səhabələrdən fərqli olaraq özündən sonra çoxlu sərvət qoymamışdı. Yazılana görə ölümündən sonra onun var-dövləti üç yüz min idi. Osmanın qətlində olmamış və Təlhə və Zübeyr kimi xalqı onun qətlinə qaldırmamışdı.
İbni Qüteybə öz tarixində yazır: Əmr ibni As Səd ibni Əbi Vəqqasa məktub yazıb ondan Osmanın qətli barəsində və bu hadisənin necə baş verməsi haqqında soruşub, qatilini bilmək istədi.
Səd yazdı: Sən məndən Osmanın qatilini soruşursan? Mən sənə xəbər verirəm ki, o, Aişənin çəkdiyi, Təlhənin bildiyi, Əbi Talibin oğlunun zəhərlədiyi qılıncla öldürüldü. Zübeyr isə sakit qalıb əli ilə işarə etdi. Biz də əlimizi əlimizin üstünə qoyduq. İstəsəydik onu müdafiə edə bilərdik. Ancaq o bəzi dəyişikliklər etmiş və özü də dəyişmişdi.
Həm yaxşı işi var idi, həm də pis. Əgər yaxşı iş görmüşüksə, yaxşıdır. Pis iş görmüşüksə, Allahdan bizi bağışlamasını istəyirik. Mən sənə deyirəm ki, Zübeyr uduzacaq. Çünki ailəsi ona hakimlik edir. Təlhə də rəislik üçün qarnını belə cırmaq lazım olsa, cırar...(“Tarixi xüləfa”, İbni Qüteybə, 1-ci cild, səh. 48
Səd deyir: Mən Allah Rəsulundan eşitdim ki, Əli barəsində üç sifət bəyan edirdi ki, əgər onlardan biri məndə olsaydı, bütün sarı və qırmızı nemətlərdən mənim üçün yaxşı idi. Eşitdim ki, Əlinin Peyğəmbərə olan nisbəti Harunun Musaya olan nisbəti kimidir. Bu fərqlə ki, məndən sonra peyğəmbər olmayacaqdır.
Eşitdim ki, buyurur: Ey camaat! Sizin rəhbəriniz kimdir? Dedilər: Allah və Peyğəmbər. Bu sual və cavab üç dəfə təkrar oldu. Sonra Əlinin əlindən tutub yuxarı qaldıraraq buyurdu: Allah, Peyğəmbər hər kəsin rəhbəridirsə, bu da onların rəhbəridir. Pərvərdigara, dostları ilə dost, düşmənləri ilə düşmən ol! (“Xəsais”, imam Nəsai, səh. 47 və 114)
“Səhihi Müslüm”ün kitabında gəlmişdir: Səd ibni Əbi Vəqqas dedi: Eşitdim ki, Allah Peyğəmbəri Əliyə buyurdu: İstəmirsənmi ki, sənin nisbətin mənə Harunun Musaya olan nisbəti kimi olsun, bu fərqlə ki, məndən sonra peyğəmbər olmayacaq. Xeybər müharibəsində eşitdim ki, buyurur: Ələmi o kəsə verəcəyəm ki, Allah və Peyğəmbəri sevir, Allah və Peyğəmbər də onu sevirlər.
Deyir: Biz hamımız boynumuzu uzadıb baxırdıq, görək kimi deyir. buyurdu: Əlini çağırın... “De: Gəlin öz oğlanlarımızı və sizin oğlanlarınızı çağıraq” (“Ali-İmran” surəsi, 61-ci ayə) – ayəsi nazil olduqda, Allah Peyğəmbəri (s) Əli, Fatimə, Həsən, Hüseyni çağırıb dedi: Pərvərdigara, bunlar mənim ailəmdir. (“Səhihi Müslüm”, 7-ci cild, səh. 119, “Əli ibni Əbi Talibin fəzilətləri” babı)
Səd ibni Əbi Vəqqas Peyğəmbərin (s) buyurduğu “hər kəs ölsə və beyət etməmiş olsa, cahiliyyət ölümü ilə ölmüşdür” – sözünü necə yaddan çıxarır? Bunu Abdullah ibni Ömər rəvayət etmişdir. Beləliklə, Səd cahiliyyət ölümü ilə ölmüş, Əmirəlmöminin vəsilər sərvəri, üzü ağlar başçısı ilə beyət etməmişdi.
Tarixçilər deyirlər: Səd imamın yanına gəlib üzr diləyərək dedi: Əmirəlmöminin! Allaha and olsun, sənin hamıdan artıq xilafətə layiq olmanda mənim şəkkim yoxdur. Din və dünya işlərində əmin və inanılmışsan. Amma bəziləri səninlə bu işdə düşmənçilik edirlər. Əgər istəyirsənsə, səninlə beyət edəm, onda mənə danışan qılınc ver ki, mənə “bunu götür, bunu qoy” desin!
Həzrət Əli ona dedi: Sənin fikrinə görə, başqaları öz söz və əməlləri ilə Quranla müxalifətçilik etmişlər? Mühacir və ənsar bu şərtlə mənimlə beyet etmişlər ki, Allahın Kitabı və Peyğəmbərin sünnəsinə əməl edəm. Əgər istəyirsənsə, beyət et, istəmirsənsə, evində otur, mən səni bu işə məcbur etmirəm. (“Tarixi ibni Əsəm”, 2-ci cild, səh. 258)
Səd ibni Əbi Vəqqasın tutduğu yol təəccüblü deyilmi? O özü şəhadət verir ki, Əlinin xilafətə layiq olmasında heç şəkk və şübhə yoxdur. Din və dünya işində əmindir. Lakin bütün bunlardan sonra ondan dili olan bir qılınc istəyir ki, beyət etməsinə şərt qoyub onunla (qılıncla) haqqı batildən ayırsın.
Bu həmin ziddiyyət deyilmi? Ağıllı insanlar heç də onu qəbul etmirlər. Görəsən bu, qeyri-mümkün iş deyilmi? Bu, bihudə keşməkeş deyildirmi? Bunu elə bir adam deyir ki, haqqı özü Peyğəmbərdən (s) bir neçə hədisdə eşitmişdir!
Məgər Səd Əbu Bəkr, Ömər və Osmanın beyətində olmamışdımı ki, onlar beyətdən boyun qaçıran hər bir kəs haqqında ölüm hökmünü vermişdilər?
Səd Osmanla beyət etmiş və heç bir şərt olmadan ondan tərəfdarlıq etmişdi. Eşitmişdi ki, Əbdürrəhman ibni Ovf Əlinin başı üstünə qılınc qoyub demişdi: Öz haqqında bizim üçün bəhanə qoyma ki, qılıncdan savayı heç nə görməyəcəksən. (“Əl-imamətu vəs-siyasət”, İbni Qüteybə, 1-ci cildh, səh. 31)
O, Əbu Bəkrlə də beyətdə olmuşdu. Əli beyət etməkdən çəkinmiş və Ömər onu hədələmişdi: Beyət et, yoxsa Allaha and olsun boynunu vuraram. (Qabaqkı ünvan, səh. 20)
Nə üçün Səd ibni Əbi Vəqqas, Abdullah ibni Ömər, Üsamət ibni Zeyd, Məhəmməd ibni Sələmə Peyğəmbərin (s) həqiqi canişini ilə beyətdən çəkinmiş və onun üzünə ağ olmağa cürət tapmışdı?!
Onlar mühacir və ənsarın Əlinin üstünə hücum edib, onunla beyət etmələrini və onlara heç bir diqqət olunmadığını gördükdə, onun düşmənçiliyini ürəklərinə saldılar. Onun üçün çətinlik və narahatlıq yaratmağa başladılar. Təlhə və Zübeyr onunla müharibə etdi. Səd isə onu tək qoydu.
Yaddan çıxarmayın ki, Osman dünyadan getməmişdən qabaq onun üçün təzə rəqib düzəltmişdi. Bu rəqib onların hamısından təhlükəli, hiyləgər, zirək, bacarıqlı və qoşunlu idi. Osman onun xilafətə çatması üçün yol açdı. İslamın mühüm işlərinin idarə olunmasını iyirmi ildən artıq onun ixtiyarında qoydu. İslam dövlətlərinin gəlirinin üçdə ikisindən çoxu bu məntəqədən təmin olunurdu.
Bu rəqib Müaviyə idi ki, nə din, nə də əxlaq tanıyırdı. Hər hansı yolla olur-olsun, xilafətə çatmaq istəyirdi.
Bütün bunlara baxmayaraq, Əmirəl-möminin Əli xalqı – o biri xəlifələrdən fərqli olaraq – zorla beyətə məcbur etmədi. O həzrət Quran hökmlərinə və sünnətə bağlı idi. Heç bir şeyi dəyişdirmədi. Məgər oxumadınızmı ki, Sədə dedi: “Mühacir və ənsar mənimlə bu şərtlə beyət etmişlər ki, onların arasında Allahın Kitabı və Peyğəmbərin sünnəsi əsasında hökm edim, əgər istəyirsənsə, beyət et, istəmirsənsə evində otur, mən səni bu işə məcbur etmirəm.”
Xoş olsun sənə, ey Əbu Talib övladı! Ey o kəs ki, özgələr arasında əldə gedən Quranı yenidən diriltdin. “Sənə beyət edənlər, şübhəsiz ki, Allahla beyət etmiş olurlar. Allahın əli onların əllərinin üstündədir. Kim pozsa, ancaq öz əleyhinə pozmuş olar. Kim Allahla etdiyi əhdi yerinə yetirsə, (Allah) ona böyük mükafat verər!” (“Fəth” surəsi, 10-cu ayə)
Allah-taala buyurur: “Sən xalqı məcbur edirsən ki, imanlı olsunlar?” (“Yunis” surəsi, 99-cu ayə)
Dində məcbur etmə yoxdur. İslamda heç kəsi beyət etməyə məcbur etmirlər. Allah Peyğəmbərə (s) beyət üçün xalqla müharibə etməyə hökm verməmişdir. Amma xəlifələr və səhabələr bu bidəti yaradıb “xalqı əgər beyət etməsələr, öldürəcəklər” – dedilər və qorxutdular!
Əgər Fatiməni qorxudub “əgər beyət etməyənləri evdən çıxarmasan” evini yandıracağıq, deyirlərsə, əgər Əlini (ki, Peyğəmbər (s) xilafətə təyin etmişdi) qılıncla hədələyib Allaha and içirlərsə ki, əgər beyət etməsə, öldürüləcəkdir, onda başqa səhabələr, Əmmar, Salman, Bilal və digər müstəzəflərin haqqında heç danışmağa belə dəyməz.
Mühüm olan budur ki, Səd ibni Əbi Vəqqas Əli ilə beyət etməkdən boyun qaçırtdı və Müaviyənin ona əmr etməsinə baxmayaraq Əlini söymədi. Bu mətləb “Səhih Müslüm” kitabında gəlmişdir. Amma bu Səd üçün kifayət deyil, onu Behiştə aparmaz. Çünki o (öz əməli ilə) elə bir məzhəb yaratmışdır ki, “bitərəf”, ya “etizal” (Bu etizal başqa bir etizaldır və bir məzhəb olan mötəzilədən fərqlidir. Bu etizal siyasi bir etizaldır və Əli (ə) zəmanəsindən başlanmışdır) adlanmışdır. Onun şüarı budur: Mən səninlə deyiləm və sənin qarşında da durmayacağam. İslam bu məzhəbi qəbul etmir və buyurur: Haqdan əlavə hər nə varsa, azğınlıqdır. Həmçinin Allahın Kitabı və Peyğəmbərin (s) sünnəsində bu fitnənin nişanələrini vermişdilər. Beləliklə, onun sərhədlərini müəyyən etmişlər ki, hidayət tapan və yolundan çıxan hər bir şəxs bu işi aşkar dəlil üzündən etmiş olsun.
Peyğəmbər (s) bu sözü ilə Əli barəsində hər şeyi bəyan etmişdi: Pərvərdigara! Onun dostlarını dost tut, düşmənləri ilə düşmən ol. Köməkçilərinə köməkçi ol, onu tək qoyanları isə tək qoy. Hara getsə, haqqı həmişə onunla et.
Əli “Nəhcül-bəlağə”nin “Şiq-şiqiyyə” xütbəsində Sədi onunla beyətdən saxlayan şeylərin səbəblərini açıqlamışdır: “Onların arasından biri qəlbində olan kininə görə başqasına tərəf əyildi.”
Şeyx Mühəmməd Əbdüh bu ibarətin şərhində deyir: Səd ibni Əbi Vəqqas bəzi şeylərə görə Əlidən narazı idi. Anası Hümmə Əbu Süfyan ibni Üməyyə ibni Əbdüş-şəmsin qızı idi. Əlinin bu ailənin başçılarının öldürülməsində böyük rolu olmuşdur. (Şərhi Nəhcül-bəlağə”, Məhəmməd Əbdüh, 1-ci cild, səh. 34)
Həsəd və köhnə düşmənçilik Sədin gözünü kor etmişdi. Əlinin düşmənləri üçün bildiyi haqqı Əli üçün bilmək istəmirdi. Ondan rəvayət edirlər ki, Kufəyə vali qoyulduqdan sonra camaat üçün nitq söyləyib dedi: Ən yaxşı insana, yəni Osmana itaət edin!!
Səd ibni Əbi Vəqqas Osmanın həyatı zamanı və hətta ölümündən sonra da onun tərəfdarı idi. Buradan Əmr Asa olan məktubunda Əlini təqsirləndirməsinin mənasını başa düşürük ki, deyir: “Osman Aişənin çəkdiyi və Əli ibni Əbi Talibin zəhərlədiyi qılıncla öldürüldü!”
Bu təqsirləndirmə yalandır. Tarix özü şahiddir ki, Osman giriftar olan zaman Əlidən xeyirxah və bağışlayan bir kəs görməmişdir. Amma heç kəs ona itaət etmirdi.
Sədin bu vəfasız mövqeyindən bunu ələ gətiririk ki: Əlinin buyurduğu kimi, o, kinli olmuşdur. Əlinin haqqını bilə-bilə, qoymadı ki, o, haqqa yetişsin. Axıra qədər də sərgərdan qaldı. Bir tərəfdən vicdanı onu danlayır, iman nuru qəlbini işıqlandırır, digər tərəfdən isə xəstə (paxıl) ürəyi cahiliyyət kinlərinə görə onu hərəkət etməyə qoymurdu. Sonda əmmarə nəfsi vicdanına üstün gəlib onu alçaqlığa çəkdi və haqqa kömək etməkdən saxladı.
Onun dəlili, tarixçilərin qeyd etdiyi kimi, qeyri-sabit mövqe tutmasıdır. İbni Kəsir öz tarixində belə qeyd edir: Səd ibni Əbi Vəqqas Müaviyə ibni Əbi Süfyanın yanına gəldi. Müaviyə ondan soruşdu: Niyə Əli ilə vuruşmadın?!
Səd dedi: Qara yel başımın üstündən keçdi. Mən dedim: Ah! Ah! Dəvəmi oturtdum ki, o külək başımın üstündən ötsün. Bu vaxt yolumu tapıb ona davam etdim.
Müaviyə dedi: Allahın kitabında “Ah-Ah!” yoxdur. Allah buyurur: "Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onları dərhal barışdırın. Əgər onlardan biri təcavüzkarlıq etsə, təcavüzkarlıq edənlə Allahın əmrinə (itaətinə) qayıdana qədər vuruşun.” (“Hucurat” surəsi, 9-cu ayə) Allaha and olsun ki, sən haqla olub zalımın əleyhinə vuruşmadın.
Səd dedi: Allahın Rəsulunun Əlinin haqqında buyurduğu və “sən mənim üçün Harunun Musa üçün olduğu kimisən, bu fərqlə ki, məndən sonra Peyğəmbər olmayacaqdır” dediyi bir adamla vuruşmaq istəmədim.
Müaviyə dedi: Səndən başqa daha kim bu hədisi eşitmişdir?
Dedi: Filan-filan və Ümmü Sələmə. Müaviyə qalxıb Ümmü Sələmədən bu haqda soruşdu. Ümmü Sələmə də eynilə Səd kimi təkrar etdi. Müaviyə dedi: Əgər bundan qabaq Əli haqqında bu hədisi eşitsəydim, özüm ya o dünyadan gedənə qədər ona xidmət edərdim. (“Tarixi ibni Kəsir” (Murucuz-zəhəb), 2-ci cild, səh. 77)
Məsudi də öz tarixində Sədlə Müaviyə arasında baş vermiş bu söhbəti eynilə gətirmişdir. O deyir: Səd bu rəvayəti nəql etdikdən sonra Müaviyə ona dedi: Səni indiyə qədər heç vaxt danlamamışdım. Nə üçün ona kömək etmədin? Mən əgər bu hədisi Peyğəmbərdən (s) onun haqqında eşitmiş olsaydım, ömrümün sonuna qədər Əliyə xidmət edərdim. (“Tarixi Məsudi”, (“Murucuz-zəhəb” adı ilə məşhurdur), Səd ibni Əbi Vəqqasın tərcümeyi-halında)
Səd ibni Əbi Vəqqasın Müaviyə üçün danışdığı hədis bir mənaya dəlalət edən yüzlərlə hədisdən biridir. Bu hədislər təkcə bir hədəfi, Əli ibni Əbi Talibin Peyğəmbərdən sonra İslam risalətinin yeganə nümayəndəsi olmasını çatdırır. Ondan başqa heç kəs bu işi görməyə qadir deyildir. Belə olduqda, ləyaqətli möminlər bütün həyatları boyu ona xidmət etməlidir.
Müaviyənin dediyi: “Əgər bundan qabaq bu hədisi eşitmiş olsaydım, bütün ömrüm boyu Əliyə xidmət edərdim” cümləsi bir həqiqətdir ki, hər mömin kişi və qadın onunla iftixar edir.
Amma Müaviyəyə gəldikdə isə, o bu sözü Səd ibni Əbi Vəqqası ələ salmaq üçün demişdi. Bu sözlə onu təhqir və alçaq hesab etmişdi. Çünki o, Əlini söyməkdən boyun qaçırmış, Müaviyənin sözünü həyata keçirməmişdi.
Həqiqətdə Müaviyə “mənzilət” hədisinin Əlinin fəziləti haqqında olduğunu bilir və eşitmişdi. Bilirdi ki, o, Peyğəmbərdən (s) sonra xalqa ən layiqli rəhbərdir və bunu da Məhəmməd ibni Əbu Bəkrə olan məktubunda xatırlatmışdı. (Tezliklə onu qeyd edəcəyik.)
Görəsən Müaviyə Səd və Ümmü Sələmədən hədisi eşitdikdən sonra Əlini söyməkdən əl çəkdimi? Xeyr! Əksinə bundan da artıq öz azğınlığını davam etdirib günahları ilə fəxr etdi. Xalqı bu işə məcbur edirdi, uşaqlar bu tərbiyə ilə böyüyür, qocalar beləcə dünyadan gedirdi. Bu iş səksən, bəlkə daha çox illər boyunca davam etdi.
“Sənə göndərilən bilikdən sonra buna dair səninlə mübahisə edənlər olsa, onlara de: Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü siz də özünüzü çağıraq! Sonra dua edib yalançılara Allahın lənət etməsini diləyək.” (“Ali-İmran” surəsi, 61-ci ayə)
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Али-заде А. Сад ибн Абу Ваккас (rus.). // Исламский энциклопедический словарь Москва: Ансар, 2007.