Sərdarabad döyüşü
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Sərdarabad döyüşü | |||
---|---|---|---|
Tarix | 21—28 may 1918 | ||
Yeri | Sərdarabad stansiyası | ||
Nəticəsi | Osmanlıların məğlubiyyəti | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
İtkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Sərdarabad döyüşü (erm. Սարդարապատի ճակատամարտ; türk. Sardarapat Savaşı) — Birinci Dünya müharibəsi gedişində 21—28 may 1918-ci il tarixində erməni daimi ordusu və könüllülərlə Osmanlı ordusu arasında Sərdarabad dəmiryol stansiyası yaxınlığında (Sovet dönəmində Oktemberyan, hazırd isə Armavir) baş vermiş döyüş. Bəzi ermənipərəst qüvvələr döyüşü qondarma erməni soyqırımının bir parçası hesab edirlər[1]. Britaniya tarixçisi Kristofer Uolkerin sözlərinə görə əgər ermənilər bu döyüşü uduzduqları təqdirdə onların dövlət qurması mümkünsüz ola bilərdi[2]
Türk ordusunun hücumu
[redaktə | vikimətni redaktə et]Rusiyanın Birinci dünya müharibəsində məğlubiyyətdən sonra işğal olunmuş şərqi Osmanlı torpaqlarında ordusunu geri çəkmək məcburiyyətində qalır. Geri çəkilərkən öz silahlarının bir hissəsini ermənilərə verirlər. Türklər itirilmiş torpaqları geri qaytarmaq və ermənilərin türk və müsəlmanlara qarşı soyqırımların qarşısını almaq məqsədi ilə şərqə istiqamətlənirlər. 10 fevral 1918-ci ildən türklər hücuma keçərək aprelin sonlarına qədər Ərzincan, Ərzurum, Sarıqamış, Kars və 15 mayda isə Gümrü şəhərini erməni qüvvələrindən azad edə bilir.
Bu zaman erməni korpusu bir necə diviziyadan ibarət idi. Korpusa general Fom Nazarbekyan rəhbərlik edirdi. Korpusun tərkibinə daxil olan yezdi kürdlərindən təşkil olunmuş qoşuna Cangir ağa başçılıq edirdi. Gümrünün azad olmasından sonra türk qoşunlarının bir dəstəsi Qarakilsəyə, ikinci dəstə isə Yaqub Şevki Paşanın rəhbərliyi altında Sərdarabada yönəlir. Burada hədəf İrəvan şəhərini ermənilərdən azad etmək olur. Bu addımı alman müttəfiqlər bəyənməyərək türkləri dəstəkləmirlər.
Tərəflərin qüvvələri
[redaktə | vikimətni redaktə et]Türk qoşunlarının tərkibinə atıcı divisiya, süvari polk, zərbə və snayper batalyonu, 1500 kürd dəstəsi, artilleriya bateriyası (40 top).
Erməni qoşunlarının ümumi rəhbərliyi general Movses Silikyana həvalə edilmişdi. Ona 2-ci atıcı diviziya, 3-cü piyada briqadası, 1-ci polk və 2-ci süvsri briqadası tave idi. Bu qrupun əsas hissəsini polkovnik Daniel bəy Primyan idarə edirdi. Ermənilərin əsas qüvvəsi Sərdərabada yönəlsədə 6-cı atıcı, 2-ci süvari və partizan süvari diviziyalarınin əsas hədəfi İrəvana yönələn 9-cu diviziyanının qarşısını almaq olmuşdur. Ermənilər İrəvanın müdafiyəsini Aram Manukyana həvalə etmişdilər.
Nəticələri
[redaktə | vikimətni redaktə et]Sərdarabad döyüşünün əsas nətisəsi türk qoşunlarının daxili hissələrə irəliləməsinin qarşısı alınmış və Ermənistan Respublikasının qurulması üçün imkanlar yaranmışdır.
Xatirə
[redaktə | vikimətni redaktə et]Türk ordusunun məğlübiyyəti və ermənilərin 26 may 1918-ci ildə əldə etdiyi qalibiyyətin 50 illik münasibətilə 1968-ci ilin mayında Sərdarabad memorial abidəsi qoyulmuşdur. Abidə Rafael İsrailyanıb fikirləri əsasında heykəltaraş Samvel Manasyan və Arşam Şaqinyanın əməyi sayəsində hazırlanmışdır. Ansambl qırmızı tufdan hazırlanmışdlr. Abidənin əsas hissəsini qanadlı öküzlər təşkil edir.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Balakian, Peter. The Burning Tigris: The Armenian Genocide and America's Response. New York: HarperCollins. 2003. səh. 321. ISBN 0-0605-5870-9.
- ↑ Walker, Christopher J. Armenia The Survival of a Nation. New York: St. Martin's Press. 1980. 254–255. ISBN 0-7099-0210-7. (#redundant_parameters)