Salavat rayonu
Salavat rayonu | |||||
---|---|---|---|---|---|
Салауат районы | |||||
|
|||||
55°13′17″ şm. e. 58°09′00″ ş. u.HGYO |
|||||
Ölkə | |||||
İnzibati mərkəz | Maloyaz[d] | ||||
Tarixi və coğrafiyası | |||||
Yaradılıb | 31 yanvar 1935 | ||||
Sahəsi |
|
||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəqəmsal identifikatorlar | |||||
Telefon kodu | 34777 | ||||
Poçt indeksi | 4524ХХ | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Salavat rayonu (başq. Салауат районы) — Rusiya Federasiyası, Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Malayaz kəndidir.
Coğrafiyası
[redaktə | vikimətni redaktə et]Rayon Başqırdıstanın şimal-şərq hissəsində, Çelyabinsk vilayəti ilə həmsərhə yerlıəşir. Rayonun sahəsi 2182 km²-dir. Ərazinin əsas hövzəsini Yuruzani və Ay çayları təşkil edir. Cənub-şərq hissəsində Uralın qərb yamacının ətəkləri (Suleia, Başqırd İlçikeyevo) uzanır. Karatau silsiləsi şimaldan yüksəlir, Ufa yaylası isə şimal-qərbdə yerləşir. Orta səth hündürlüyü 370 m-dir. Rayonda yerləşən Yangantau dağı, Kuselyarovski hidrogen sulfid bulağı, Korqazak bulağı, Laklinskaya mağarası, İzris mağarası təbii abidələr elan edilmişdir. Boksit (Novoe, Ayskie), əhəng daşı (Mursalimkinskoye, Çebarkulskoye, Yazqi-Yurtovskoe), sement gilləri (Yaqodnoye), qum və çınqıl (Yalan-Kulskoye), aqronom filizləri (Meşçerovskoysk) kimi zəngin ehtiyyatlara sahibdir. Ümumi sahəsi 600 hektar olan kiçik torf bataqlıqları (Meşeqarovskoye, Ak-Şişminskoye, Laqerovskoye və s.) vardır. İqlimi mülayim kontinentaldır.
Qara və tünd boz meşə torpaqlarına sahibdir. Meşələr 63,9 min ha ərazini (ərazinin 31,6%) əhatə edir. Ümumi meşə ehtiyatı təqribən 9 milyon kubmetrdir (o cümlədən ağcaqayın - 4,5 milyon kubmetr, əsməqovaq - 1,8 milyon kubmetr, şam - 1,1 milyon kubmetr, cökə - 0.8 milyon kubmetr). 107,9 min hektar ərazi kənd təsərrüfatı təyinatlıdır. 66,9 min hektar ərazi əkin sahələri, 26,6 min hektar otlaq sahələri və 14.3 min hektar isə biçənəklərdir.
Tarixi
[redaktə | vikimətni redaktə et]Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin qərarına əsasən kantonlara bölünmə ləğv edildikdə, rayon 20 avqust 1930-cu ildə qurulur.
Əhalisi
[redaktə | vikimətni redaktə et]Rusiya İqtisadi İnkişaf Nazirliyinin proqnozuna görə[2]:
2024 - 23,67 min nəfər.
2035 - 22,09 min nəfər.
- Milli tərkib
2010-cu il Ümumrusiya siyahıyaalmasına görə: başqırdlar - 66,6 %, tatarlar - 22,4 %, ruslar - 10 %, digər millətlərdən olanlar - 1 %[3].
Yerli özünü idarəetmə
[redaktə | vikimətni redaktə et]Nuriman rayonu ərazisinə 16 kənd inzibati vahidliyinə ümumilikdə 60 yaşayış məntəqəsi daxildir.
Təhsil və mədəniyyət
[redaktə | vikimətni redaktə et]Rayonda 49 ümumtəhsil məktəbi, o cümlədən 18 orta məktəb, musiqi məktəbi, Maloyazdakı peşə məktəbi, 25 kütləvi kitabxana, 48 klub müəssisəsi, mərkəzi rayon və 4 kənd xəstəxanası və Yanqantau kurortu vardır. "Yuryuzan" və "Salavat torpağında" adlı qəzetlər başqırd və rus dillərində nəşr olunur.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ https://rosstat.gov.ru/storage/mediabank/tab-5_VPN-2020.xlsx (rus.).
- ↑ "Стратегия пространственного развития Российской Федерации на период до 2025 года (проект)" (PDF). 2018-12-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-06-24.
- ↑ "Итоги Всероссийской переписи населения по Республике Башкортостан. Т.5" (pdf). Территориальный орган Федеральной службы государственной статистики по Республике Башкортостан. 2013-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-20.