Sarvastivada
Sarvastivada (sanskr. सर्वास्तिवादि, çin. 說一切有部) — hinayana buddizminin məktəbi. Bu, Aşokanın hakimiyyəti dövründə qurulan ilk buddist məktəblərindən biri idi. Sarvastivadanın ardıcılları VII əsrə qədər Şimali Hindistanda, xüsusilə də Kəşmirdə, həmçinin Orta Asiyada çiçəklənən ən nüfuzlu buddist monastır qruplarından biri idi.[1] Hal-hazırda bu məktəbin birbaşa ardıcılları yoxdur, baxmayaraq ki, onun əsərləri bir çox mahayana məktəblərində fəal şəkildə tədris olunur.
Bu məktəbin nümayəndələri ilk növbədə buddizmin dini təlimi kontekstində dharmaların təsnifatı və təsviri ilə məşğul olurdular. Onlar həmçinin, epistemoloji realistlər idilər. Onlar nəinki dərk edilən şüurdan kənar xarici aləmin real varlığını tanıyırdılar, həm də onun canlılar tərəfindən dərk edilən və onların şüuruna təcrübələrinin obyektiv tərəfi kimi daxil edilən dünyaya tam adekvatlığını təsdiq edirdilər.
Theravada əsəri "Dipavamsa"ya görə, sarvastivada daha qədim mahişasaka məktəbindən yaranıb, lakin digər əsərlərdə mahişasakanın sarvastivadadan törədiyi bildirilir.[2][3]
Sarvastivada məktəbi abhidharma ənənəsinə görə tanınırdı və onun ən mühüm abidəsi buddist mütəfəkkiri Vasubandhu tərəfindən yazılmış "Abhidharmakoşa"dır (V əsr).[4]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Westerhoff, The Golden Age of Indian Buddhist Philosophy in the First Millennium CE, 2018, p. 60.
- ↑ Baruah, Bibhuti. Buddhist sects and sectarianism (1st). New Delhi: Sarup & Sons. 2000. ISBN 978-8176251525., p. 50
- ↑ Buswell, Robert E.; Lopez, Donald S., The Princeton Dictionary of Buddhism, Princeton University Press, 2013
- ↑ Westerhoff, The Golden Age of Indian Buddhist Philosophy in the First Millennium CE, 2018, p. 61.
Əlavə ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Андросов В. П. Буддийские соборы // Индийская философия: Энциклопедия. М.: Вост. лит.; Академический проект; Гаудеамус. Отв. ред. М. Т. Степанянц; Ин-т философии РАН. 2009.
- Лучина В. П. Вайбхашика // Философский энциклопедический словарь (150000 nüs.). М.: Советская энциклопедия. Гл. редакция: Л. Ф. Ильичёв, П. Н. Федосеев, С. М. Ковалёв, В. Г. Панов. 1983. 73.
- Лекция 5. Классическая буддийская философия: Мадхьямика (Шуньявада) // Введение в буддологию. Курс лекций. Торчинов Е. А. СПб.: Санкт-Петербургское философское общество. 2000. 77—91. ISBN 5-93597-019-8.