Tale

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
        

Tale — insanların həyatında bütün hadisələri qabaqcadan müəyyən edən fövqəltəbii qüvvə haqqında dini-idealist təsəvvürü ifadə edən anlayış. Qədim yunan mifologiyasında insanların və hətta allahların qisməti Tale ilahələrindən - moyralardan (romalılarda parkilərdən) asılı idi. Zaman keçdikcə Taleni dünyanı idarə edən ali ədalət (yunanlarda Tixe, Nemezida) kimi təsəvvür etməyə başlamışdılar. Xristianlıqda Tale ilahi bəsirət şəklində, ali qüvvə şəklində çıxış edir. Talenin allah qisməti olması haqqında təsəvvür müasir dinlərin hamısına xasdır (Fatalizm). Bəzi dini cərəyanlar (məsələn, katolisizim, pravoslavlıq) tale haqqında təsəvvürlərin fatalizmini allah yazısı, alın yazısının və insanın iradə azadlığının ekletik surətdə birləşdirilməsi vasitəsilə zəiflətməyə çalışırlar. Qeyri-fəlsəfi mənada Tale həmçinin insanın və ya bütöv xalqın həyatında hadisələrin gedişini ifadə etmək üçün işlədilir.

Türk xalq mədəniyyətində "alın yazısı"

[redaktə | vikimətni redaktə et]

"Yazqı" olaraq da deyilər. Yer üzündəki bir çox cəmiyyətdə insanın yaşayacaqlarınız əvvəldən ilahi bir güc tərəfindən təyin olunduğu və bəzi mədəniyyətlərdə isə bunun bir yerə yazılmış olduğu inancı vardır. Türk mədəniyyətində isə bu yazının insanın alınında olduğu düşünülərdi.[1] Tale (qədər) anlayışı bir çox inancda mövcud olub insanın başına gələcəklərin böyük bir qisminin öz əlində olmadığı inancına dayanır. Söz; "yazı" sözü ilə və "yazmaq" feliylə eyni kökdən gəlir.

  1. "Türk Söylence Sözlüğü, Deniz Karakurt". 2012-01-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-01-30.