Trasimaxus

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Trasimaxus
Doğum tarixi e.ə. 459
Vəfat tarixi təq. e.ə. 399
Fəaliyyəti filosof
Antik fəlsəfə
Yunan fəlsəfəöncəsi dövrü
(e. ə. VII yüzilliyə qədər)

Orfizm  • Homer  • Hesiod  • Ferekid  • Yeddi yunan müdriki  • Epixarm

Qədim yunan fəlsəfəsi
(e. ə. VII–IV yüzilliklər)
Müstəqil filosoflar
Heraklit  • Anaksaqor  • Empedokl
Qədim yunan atomçuları
Levkipp  • Demokrit
Sofistlər

"Böyük" sofistlərProtaqor  • Prodikus  • Qorqias  • Hippias

"Kiçik" sofistlərTrasimaxus  • Likofron  • Kritius  • Alkidamas
Ellinizm dövrünün fəlsəfəsi
(e. ə. IV–I yüzilliklər)
Qədim Roma dövrünün fəlsəfəsi
I–V yüzilliklər
Stoaçılıq

Seneka  • Epiktet  • Mark Avreli  • Siseron

Orta platonizm
Alkinous  • Apuleyus  • Qalen  • Plutarx  • Maksim  • Filon  • Selsus  • Teon
Neoplatonizm

Roma məktəbi → Ammonius Sakkas  • Plotin  • Porfirius  • Amelius
Apameya məktəbi → Yamblix  • Sopater
Perqama məktəbi → Sallustius  • Yulian Avqust
Afina məktəbi → Afinalı Plutarx  • Proklus  • Marinus  • Simplikius  • Damaskius

İskəndəriyyə məktəbi → Hierokles  • Hipatiya  • İoann Filoponus
Antik dini təlimlər

Qnostisizm  • Hermetizm  • Mitraizm
NeopifaqorçuluqApollonius  • Nikomaxus  • Numenius  • Moderatus

Erkən Xristian fəlsəfəsi

Klement  • Origen  • Avqustin Avrelius  • Boesius  • Saxta Dionisius Areopagit

Trasimaxus (yun. Θρασύμαχος, e.ə. 459təq. e.ə. 399) — qədim yunan filosofu, sofistlər məktəbinin təmsilçisi. Platonun "Dövlət" dialoqunun iştirakçısı.

Bilginin nisbi olması ideyasını həm də ictimai və əxlaqi məsələlərə aid edirdi. Onun fikrincə güclü insanın yaratdığı hər şey ədalətlidir.

“Ədalətli” və “ədalətsiz” anlayışlar rəiyyət üçündür. Rəiyyət hökmdarların qanun kimi qoyduqları ədalətli və ədalətsiz saydıqları şeylərə əməl etməlidirlər. Hər bir siyasi quruluş özünə lazım olan qanunları yaradır. Belə ki, demokratik hakimiyyət demokratik, tiranik hakimiyyət tiranik, aristokratik hakimiyyət isə aristokrat təbəqə ilə uzlaşan qanunlar yazır. Hökmdar öz tabeliyində olanlara çobanın qoyunlara qulluq etdiyi kimi qayğı göstərməlidir. Bu qayğı rəiyyətin ədalət kimi saydığı anlayışlarla ölçülməz. Buna sübut gündəlik həyatda baş verən hadisələrdir. Çünki, çox zaman ədalətsizlik ədalətin üzərində üstünlük qazanır. Ədalətsizlik cinayətlərinin sayının çoxalması ilə daha da artır. Beləliklə, hökmdarın əxlaqı və ədaləti olmalıdır, ancaq bu anlayışlar rəiyyətin anladıqlarından fərqlənməlidir. Onun üçün hansısa ehkam halını almış əxlaq qaydaları olmamalıdır, çünki onun məqsədi dövləti və rəiyyəti saxlamaqdan ibarətdir. Bu yolda nə daha uyğundursa, onu da etməlidir.[1]

Sonralar Makiavelli və Nitsşe kimi düşünürlər bu fikirləri təkrarlamış və onları daha da inkişaf etdirmişdirlər.

  • Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 65. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.

Xarici bağlantılar

[redaktə | vikimətni redaktə et]
  1. Маковельский А. О. Софисты Arxivləşdirilib 2021-12-07 at the Wayback Machine. Баку, 1941, s. 21-22.