Tu Yuyu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Tu Yuyu
Tu Youyou
Doğum tarixi (93 yaş)
Doğum yeri Çin
Elm sahələri farmakologiya
Təhsili
Mükafatları fiziologiya və tibb üzrə Nobel mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tu Yuyu (30 dekabr 1930[1][2][…], Ninbo, Çjetszyan, Çin Respublikası)—Çin alimi və fitokimyacı. Malyariyaya qarşı dünyanın ən təsirli dərmanlarından biri olan artemisinin kimi tanınan antimalarial maddə qinghaosu təcrid etməsi və tədqiqi ilə məşhur olub. Kəşflərinə görə Tu 2015-ci ildə Fiziologiya və ya tibb üzrə "Nobel" mükafatı alıb.[3]

Tu Yuyu 30 dekabr 1930-cu ildə Çinin Çjetszyan-Ninbo şəhərində anadan olub. 1948-ci ildə Ninbo məktəbinə keçməmişdən əvvəl orta məktəbi və liseyin ilk ilini Xiaoshi məktəbində oxuyub. 1951-ci ildən 1955-ci ilə qədər Pekin Universiteti Tibb fakültəsində oxuyub. Tu Əczaçılıq Elmləri Bölməsində oxuyub və 1955-ci ildə oranı bitirib. Sonra iki il yarım ənənəvi Çin təbabəti üzrə təlim keçib. Məktəbi bitirdikdən sonra Pekində ənənəvi Çin Tibb Akademiyasında təhsil alıb. O, 1978-ci ildə Çin iqtisadi islahatının başlanmasından qısa müddət sonra Tədqiqatçı adını alıb. 2001-ci ildə "Doktorantlar üçün Akademik Məsləhətçi" vəzifəsinə yüksəlib. Hazırda Akademiyanın baş elmi işçisidir. 2007-ci ildən onun ofisi Pekin də köhnə yaşayış binasındadır.

  1. Rogers K. Tu Youyou // Encyclopædia Britannica (ing.).
  2. Youyou Tu // Brockhauz Ensiklopediyası (alm.).
  3. "Tu Yuyu". 2023-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-31.