37°29′00″ şm. e. 130°54′00″ ş. u.HGYO

Ullındo

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ullındo
hanqıl울릉도
Ümumi məlumatlar
Sahəsi 73,15 km²
Hündür nöqtəsi 984 m
Əhalisi 10.000 nəfər (2012-ci il)
Yerləşməsi
37°29′00″ şm. e. 130°54′00″ ş. u.HGYO
Ölkə  Cənubi Koreya
Akvatoriya
Ullındo xəritədə
Ullındo
Ullındo
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ullındo (kor. 울릉도, 鬱陵島) — Cənubi Koreyaya məxsus olan, sahəsinə görə ikinci ən böyük ada. Ada Yapon dənizinin suları ilə əhatələnmişdir. Koreya yarımadasından 120 km şərqdə yerləşir. Avropa mənbələrində Dajelet adı ilə xatırlanır.

Ullındo adası

Ada vulkanik məşhəllidir. Böyük hissəsi sərt dağ enişlərindən ibarətdir. Adanın sahəsi 73,15 km² təşkil edir. Əsasən masson iqliminə malikdir. Bu səbəbdən yayı yağmurlu və rütubətli keçir. Ancaq Yapon adalsrı qədər yağıntı almır. Adanın ən hündür nöqtəsi 984 metrdir.

Arxioloji araşdırmalara görə adada ilk insan izləri b.e.ə I minilliyə aidir. İlk yazılı mənbələrdə isə adanın adı Samquk Saqidə 512-ci ildə çəkilir. Silla krallığından olan general Li Sa Bu əvvəllər muxtar dövlət olan Usanquk dövlətini ələ keçirmişdir. Bununla da ada Slla krallığına keçir.

Ancaq bu tam istila olmamışdır. Adanın Koreyanın tam mülkiyyəti elan edilməsi 930-cu ilə aiddir. Adanı Koryu adası ələ keçirmişdir. Ölkədən kifayət qərər uzaqlıqda yerləşməsi adanın müdafiyəsinin təminatını çətinləşdirirdi. O dəfələrlə Çjurçjen dəniz quldurlarının və yaponların hücumuna şəruz qalır. Yaponlarla uzun zaman aparılan mübarizədə Çoson dövləti adanı tamamən yaşamsız hala gətirməyi düşünür. Nəticədə adanın əhalisi buradan köçürülür. Bu siyasət 1881-ci ilə qədər davam edir. Ölkə adaya əhali köçürməyi qərara alır. 1787-ci ildə Jan-Fransua de Laperuz Koreyanın şərq sahillərini ətüiq etmişdir. O adanı aşkarladıqdan sonra ekspedisiyanın astronomu Jozef Lepot Dajelenin[1] şərəfinə Dajele adlandırmışdır (fr. Dagelet). Adanın xəritəsi 18871888 illərdə Vityaz gəmisində Stepan Osipoviç Makarov tərəfindən tərtib edilmişdir. Bu xəritə 1889-ci ildə tərtib olunur.

XX əsrə qədər adanın adı Avropa və Rusiyada Dajele olaraq adlanırdı. Koreya imperatoru Kocon 25 oktyabr 1900-ci il №41 fərmanı ilə adanı Ullıdo adlandırır. Ancaq San-Fransisko anlaşması zamanı adanın adı yenədə Dajele olaraq adlanırdı[2].

Adanın əhalisi 10 min nəfər təşkil edir. Əsas yaşayış məntəqəsi Todon limanıdır.

İnzibati bölgü

[redaktə | mənbəni redaktə et]

Ada Kyusan-Pukto vilayətinin Ullın qəzası ərazisinə daxildir. Vilayətin əsas hissəsini təşkil edir.

Ada əhalisinin əsas gəlir mənbəyi turizm və balıqçılıqdır.

Todon limanı ilə materik arasında bərələr fəaliyyət göstərir.

Ada ərazisində əsas turizm dağ turizmi və balıq tutmaqdır. Üstəlik turistləri katerə mindirib adanın ətrafında gəzdirirlər. Onlar adının görməli yerlərini görə bilirlər. Adanln ən görməli yerlərindən biri 984 metr hündürlüyü olan Soninbon dağıdır. Üstəlik burada Ponne şəlaləsi vardır. Buradan Yaponiyaya məxsus olan Takeşima adasını görmək olar.

  1. "Lepaute Dagelet vu par l'Australie, un homme de raison et d'esprit, martyr de la science" (PDF). 2016-03-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-11-18.
  2. San-Frasisko sülh anlaşmasının (1951) mətni Arxivləşdirilib 2001-02-21 at the Wayback Machine (ing.)