Vikipediya:Maraqların toqquşması
Bu qayda rəsmi olaraq qəbul edilməmişdir. Qayda hal-hazırda hazırlanma mərhələsindədir. |
Maraqların toqquşması (MT) özünüz, ailəniz, dostlarınız, müştəriləriniz, işəgötürənləriniz və ya maddi və digər münasibətləriniz haqqında Vikipediyaya töhfə verməkdən ibarətdir. İstənilən xarici əlaqələr maraqların toqquşmasına səbəb ola bilər. Kiminsə maraqların toqquşmasında iştirak etməsi, onun fikirləri, dürüstlüyü və ya vicdanlılığı ilə bağlı mühakimə deyil, vəziyyətin təsviridir.
Vikipediyada MT redaktəsi qətiyyən tövsiyə olunmur. Bu, ictimai etimadı sarsıdır və irəli çəkilən şəxslər və şirkətlər üçün ictimai xəcalətə səbəb ola bilər. MT olan istifadəçilər bəzən bunun onların redaktəsinə nə dərəcədə təsir edib-etməməsindən xəbərsiz olurlar. MT redaktəsi pozuculuğa səbəb olarsa, inzibatçılar həmin hesablara blok tətbiq edə bilər.
Ödənişli redaktorlar da daxil olmaqla MT olan redaktorların təsirə məruz qalan məqalənin məzmununu dəyişmək istədikləri zaman bunu açıqlamaları gözlənilir. Ödəniş üçün redaktə edən hər kəs kimin ödədiyini, müştərinin kim olduğunu və hər hansı digər müvafiq mənsubiyyəti açıqlamalıdır; bu Vikimedia Fondunun tələbidir. MT redaktorlarından təsirə məruz qalmış məqalələri birbaşa redaktə etməkdən qəti şəkildə çəkinmələri və bunun əvəzinə məqalənin müzakirə səhifəsində dəyişikliklər təklif etmələri gözlənilir. Bununla belə, yaşayan insanlarla bağlı siyasətimiz mövzu ilə bağlı olanlar da daxil olmaqla, çox aşkar səhvləri tez bir zamanda düzəltməyə icazə verir.
MT redaktəsini araşdırarkən redaktorların kimliyini onların istəklərinə zidd olaraq açıqlamayın. Vikipediyanın təqiblərə qarşı siyasəti və xüsusilə şəxsi məlumatların açıqlanmasının qadağan edilməsi bu qaydadan üstündür. MT redaktəsini bildirmək üçün aşağıda "Maraqlar toqquşması ilə necə mübarizə aparmaq olar" bölməsindəki məsləhətlərə əməl edin. Bu qaydaya və ya müvafiq qaydaya dəyişikliklər edən və ya müzakirə edən redaktorlar Vikipediyanı redaktə etmək üçün pul alıb-almadıqlarını açıqlamalıdırlar.
Vikipediyanın mövqeyi
[mənbəni redaktə et]Vikipediyanın məqsədi
[mənbəni redaktə et]Ensiklopediya olaraq Vikipediyanın məqsədi ictimaiyyəti qəbul edilmiş bilikləri ümumiləşdirən, neytral şəkildə yazılmış və etibarlı mənbədən əldə edilmiş məqalələrlə təmin etməkdir. Oxucular korporativ və ya şəxsi internet səhifələri və ya reklam və özünü tanıtma platformaları deyil, mövzularından asılı olmayaraq yazılmış neytral məqalələr tapmağı ümid edirlər. Məqalələr yalnız Vikipediyanın məzmun siyasətinə və ən yaxşı təcrübələrinə uyğun olan materialdan ibarət olmalıdır və Vikipediyaçılar ensiklopediya və onun oxucularının maraqlarını şəxsi qayğılardan üstün tutmalıdırlar.
MT redaktəsi
[mənbəni redaktə et]MT olan redaktorlar Vikipediya siyasətlərinə və ən yaxşı təcrübələrə ciddi şəkildə əməl etməlidirlər:
- əlaqəli məqalələri redaktə edən zaman maraqlarınızı açıqlamalısınız;
- əlaqəli məqalələri birbaşa redaktə etmək sizə qətiyyən tövsiyə edilmir;
- müzakirə səhifələrində dəyişiklik təklif edə bilərsiniz;
- yeni məqalələri birbaşa yaratmaq əvəzinə, ilk öncə qaralama ad fəzasında yaratmalısınız;
- müzakirələri qısa saxlamaqla digər redaktorlara hörmət etməlisiniz;
- siz əlaqəli məqalələrin patrullanmasında iştirak etməməlisiniz.
Yadda saxlayın ki, Vikipediyada heç kim məqalələri idarə etmir. Əgər Vikipediyada sizin və ya təşkilatınız haqqında məqalə yerləşdirilirsə, başqaları çox az məlum olan məlumatları əlavə edə bilər. Onlar həmçinin məqaləni silmək qərarına gələ bilər və ya sonradan silinməyi tələb etdiyiniz halda onu saxlamaq qərarına gələ bilər. KİV-də bir neçə dəfə Vikipediyada MT redaktəsi ilə məşğul olan şirkətlərdən bəhs olunub. (en:Conflict-of-interest editing on Wikipedia)
Ödənişlə redaktə etmək
[mənbəni redaktə et]İstifadəçilər yaxın maddi əlaqəsi olan mövzu haqqında yazanda maddi maraqlar toqquşması ilə üzləşir. Bura sahib, işçi, podratçı, investor və ya digər maraqlı tərəf olmaq daxildir.
Vikipediyaya töhfə vermək üçün ödəniş almaq maddi MT-nın formalarından biridir; bu, həmin redaktoru işəgötürənin maraqları ilə Vikipediyanın maraqları arasında ziddiyyətə salır. İcmanı ən çox narahat edən ödənişli redaktə növü Vikipediyadan ictimaiyyətlə əlaqələr və marketinq məqsədləri üçün istifadə etməkdir. Bu bəzən "ödənişli vəkillik" adlanır, hansı ki problemlidir, çünki o, həmişə müştərinin və ya işəgötürənin maraqlarını əks etdirir.
Vikimedia Fondu bütün ödənişli redaktələrin açıqlanmasını tələb edir. Bundan əlavə, qlobal siyasət tələb edir ki, (əgər varsa) istifadəçi səhifənizdə reklam etdiyiniz, tələb etdiyiniz və ya ödənişli redaktə əldə etdiyiniz xarici vebsaytlardakı bütün aktiv hesablara keçidlər təqdim etməlisiniz. Əgər siz Vikipediyaya verdiyiniz töhfələrə görə ödəniş (pul, mal və ya xidmətlər) alırsınızsa və ya alacağınızı gözləyirsinizsə, Azərbaycanca Vikipediyada mövcud qayda belədir: