Waze

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Waze
Loqonun şəkli
Tipi mobil tətbiq, avtomobil naviqasiya sistemi, məhsul, onlayn xidmət[d]
Əməliyyat sistemi Android, İOS
Yayımlanma tarixi 2010
Platforma Android, İOS
Sonuncu versiya
Sayt waze.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Waze Mobile Ltd[3] (/wz/; ivr.ווייז מובייל בע"מ‏‎), Waze (ivr.ווייז‏‎), əvvəlki adı ilə FreeMap IsraelGoogle-un GPS dəstəkləyən smartfonları və digər kompüterləri peyk naviqasiyası proqramı ilə təmin edən törəmə şirkəti. Növbəli naviqasiya ilə yanaşı, mobil şəbəkə üzərindən məkandan asılı məlumatları endirərkən istifadəçi tərəfindən təqdim olunan səyahət vaxtlarını və marşrut təfərrüatlarını özündə birləşdirir. Waze öz tətbiqini ictimaiyyət tərəfindən idarə olunan, yüklənməsi və istifadə edilməsi pulsuz olan təşəbbüs kimi təsvir edir.

Proqram ilk olaraq İsraildə Ehud Şabtay, Amir Şinar və Uri Levin tərəfindən yaradılmış Waze Mobile şirkəti tərəfindən hazırlanıb. İlkin layihənin maliyyələşdirilməsi İsrailin iki vençur kapitalı firması olan Magma və Vertex Ventures Israel, həmçinin Amerikan vençur kapitalı şirkəti Bluerun Ventures tərəfindən təmin edilib. 2013-cü ilin iyun ayında Waze Mobile Google tərəfindən 1,3 milyard ABŞ dollarına satın alınıb.[4][5][6]

Proqram təxminən 130 milyon istifadəçiyə hiperlokal reklam vasitəsilə gəlir qazanır.[7]

2006-cı ildə israilli proqramçı Ehud Şabtay FreeMap Israel kimi tanınan cəmiyyət layihəsini yaratdı, layihənin hədəfi pulsuz məzmun, yeniləmələr və paylanma ilə ivrit dilində tərtib edilmiş İsrailin açıq rəqəmsal xəritəçəkmə məlumat bazasını yaratmaq idi.[8] Şabtay 2008-ci ildə ilkin layihəni kommersiyalaşdırmaq üçün Waze adlı bir şirkət yaratdı.[9] 2009-cu ildə şirkətin adı Waze Mobile Ltd olaraq dəyişdirildi.

2010-cu ildə şirkət maliyyələşdirmənin ikinci mərhələsində 25 milyon ABŞ dolları,[10] 2011-ci ildə əlavə 30 milyon dollar maliyyə vəsaiti cəlb etdi.[11] 2011-ci ildə tətbiqə küçə yarmarkaları və etiraz aksiyaları kimi yerli hadisələr də daxil olmaqla, real vaxt rejimində icma tərəfindən seçilmiş nöqtələri göstərmə funksiyası əlavə olundu.[12]

2011-ci ilin dekabr ayına qədər Waze 80 nəfəri işə götürdü, onlardan 70-i Raananada, qalan 10 nəfər isə Palo-Altoda yaşayırdı.[13][14] 2012-ci ilin noyabr ayında şirkət satıcılara və reklamçılara cihaz müəyyən bir yerdə olduqda kiçik bir işarənin göründüyü və istifadəçini həmin işarə ilə qarşılıqlı əlaqəyə girməyə təşviq edən, coğrafi yerə əsasən çıxan reklamlar göstərməyi təklif etdi.[15] Waze həmçinin televiziya xəbər stansiyalarına cari trafik hesabatlarını və xəbərdarlıqları birbaşa Waze tətbiqindən yayımlamaq üçün öz veb interfeysini təklif edir. Xidmət 2013-cü ilin iyun ayına qədər Amerikanın 25 televiziya xəbər stansiyası tərəfindən istifadə edilmişdi.[16] O həmçinin 24 iyul 2013-cü ildən Braziliyanın Rio-de-Janeyro şəhərində, Rionun Əməliyyat Mərkəzinin daxilində,[17] eləcə də 2012-ci ildən Amerikanın Nyu-YorkNyu-Cersi ştatlarında istifadə olunur.

2013-cü ildə mobil şəbəkə operatorlarının ticarət birliyi olan GSM Association, assosiasiyanın Mobile World Congress sərgisində "Waze"ə "Ən Yaxşı Ümumi Mobil Proqram" mükafatını verdi.[18]

Google tərəfindən satın alınması

[redaktə | mənbəni redaktə et]

2013-cü ilin iyununda Waze Google tərəfindən 1,3 milyard dollara satın alındı.[4][5][6] Waze-nin o vaxtkı 100 işçisi orta hesabla təxminən 1,2 milyon dollar maaş alırdı ki, bu da İsraildə yüksək texnologiya işçilərinə edilən ən böyük ödəniş idi.[19]

Həmin ay ABŞ-ın Federal Ticarət Komissiyası (FTK) Google-un Waze-i satın almasının rəqabət qanununu potensial olaraq pozub-pozmadığını araşdırmağa başladı.[20] Waze, Google Maps-in mobil xəritə sektorundakı çox kiçik rəqibləri qrupu arasında idi. FTK sonradan müqaviləyə etiraz etməyəcəyinə qərar verdi.[21] Böyük Britaniyanın Ədalətli Ticarət İdarəsi və İsrail Antiinhisar Orqanı da araşdırmaya başladı və onlar da satınalmaya heç bir etiraz etmədi.[22][23][24] Bununla belə, FTK 2020-ci ildə Google-un 2013-cü ildə Waze-i satın almasını yenidən araşdıracağını açıqladı.[25]

  1. Android: 4.100.0.1; Dec 10, 2023. 2023.
  2. iOS: 4.100; Dec 14, 2023. 2023.
  3. "ווייז מוביל בע"מ". OpenCorporates. 2008-02-11. 2023-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-20.
  4. 1 2 "Google buys Waze map app for $1.3bn". the Guardian (ingilis). 2013-06-11. 2022-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-03.
  5. 1 2 Cohan, Peter. "Four Reasons Google Bought Waze". Forbes (ingilis). 2022-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-03.
  6. 1 2 Kelleher, Suzanne Rowan. "Did Google Just Deliver A Death Blow To Waze?". Forbes (ingilis). 2022-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-03.
  7. Pressman, Aaron; Lashinsky, Adam. "Why Waze Doesn't Share Traffic Data With Google Maps—Data Sheet". Fortune. 2019-10-11. 2019-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-11.
  8. "FreeMap Israel". Freemap Israel. March 9, 2008 tarixində orijinalından arxivləşdirilib.
  9. "FreeMap Israel". Freemap Israel. February 7, 2009 tarixində orijinalından arxivləşdirilib.
  10. Hardawar, Devindra. "Waze revs up crowdsourced driving app with $25M". Venturebeat. December 7, 2010. March 7, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 5, 2019.
  11. Geron, Tomio. "Waze Nabs $30M From Kleiner Perkins, Li Ka Shing; Mary Meeker To Advise". Forbes. October 18, 2011. November 5, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 5, 2019.
  12. "Waze Introduces Redesigned App for iPad, iPhone & iPod touch, Steering Drivers from Local Search to Local Discovery". San Francisco Chronicle. October 13, 2011. İstifadə tarixi: September 25, 2012.
  13. Blum, Brian. "Waze steers you clear of traffic". Israel21c. December 19, 2011. February 26, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 22, 2012.
  14. Hoge, Patrick. "Waze raises $30 million". San Francisco Business Times. October 18, 2011. May 20, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 18, 2019.
  15. "Waze Maps Out Native Ad Platform Driving app navigates direct sales, self-serve". Adweek. November 7, 2012. June 1, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 18, 2013.
  16. "What Waze Adds To Google: A View From Waze's CEO". Forbes. June 13, 2013. June 17, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 13, 2013.
  17. "Prefeitura começa a usar Waze no Centro de Operações Rio". O Globo. July 24, 2013. February 22, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 8, 2014.
  18. Hoffman, Tzahi. "Waze wins Best Mobile App award in Barcelona". Globes. Rishon Le-Zion, Israel: Globes Publisher Itonut (1983) Ltd. February 27, 2013. October 4, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 16, 2018.
  19. Teig, Amir. "Waze employees clinch most lucrative exit in Israeli history". Haaretz. June 13, 2013. July 15, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 25, 2013.
  20. "US Federal Trade Commission probes Google Waze deal". Tekinsol. June 23, 2013. October 4, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: June 23, 2013.
  21. Melissa Grey. "FTC will not challenge Google's $1 billion Waze acquisition". Engadget. AOL. 2018-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-09.
  22. "Google acquisition of Waze traffic app sparks OFT inquiry". The Guardian. August 27, 2013. August 27, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 28, 2013.
  23. "Israel's antitrust panel taking a look at Google-Waze merger". Jewish Telegraphic Agency. October 2, 2013. October 6, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 3, 2013.
  24. Waze - News - GCR - Global Competition Review Arxiv surəti 23 avqust 2016 tarixindən Wayback Machine saytında Arxivləşdirilib avqust 23, 2016, at the Wayback Machine Global Competition Review
  25. "FTC to review Google's 2013 Waze acquisition as part of its antitrust sweep". Android Central. 2020-02-17. 2020-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-09.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]