Xaçmaz
Bu məqalə Xaçmaz şəhəri haqqındadır. Xaçmaz rayonu üçün Xaçmaz rayonu səhifəsinə baxın. |
Şəhər | |
Xaçmaz | |
---|---|
41°28′05″ şm. e. 48°48′10″ ş. u.HGYO | |
Ölkə | |
Başçı | Elnur Rzayev |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1938 |
Mərkəzin hündürlüyü | 42 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ2700 |
Vikianbarda əlaqəli mediafayllar |
Xaçmaz — Azərbaycan Respublikasının Xaçmaz rayonunun Xaçmaz şəhər inzibati ərazi dairəsində şəhər,[1] Xaçmaz rayonunun inzibati mərkəzi. 1938-ci ildə rayon tabeli şəhər statusu almışdır.[2]
Tarixi
[redaktə | vikimətni redaktə et]Xaçmaz şəhərinin tarixi tam öyrənilməsə də məlumdur ki, artıq XVII əsr mənbələrdə Xaçmaz adı çəkilir. Şəhərin Qudyalçayın sahilində yerləşməsi də yəqin ki, təsadüfi deyil, çünki bu çayın mənsəbində o zamanlar tanınmış liman olan Niyazabad yerləşirdi. Şəhərin karvan ticarət yolları üzərində yerləşməsi onun sürətli inkişafına səbəb olmuşdur. XX əsrin əvvəlində inşası başa çatan Bakı-Mahaçqala (Petrovsk) dəmir yolu üzərində Xaçmaz stansiyasının tikintisi şəhəri vacib nəqliyyat məntəqəsinə çevirdi. 1930-cu ildə şəhər rayon mərkəzinə çevrildi. 1945–1954-cü illərdə tikilən Xaçmaz konserv kombinatı isə uzun müddət Avropa qitəsində istehsalat gücünə görə ən iri müəssisələrdən biri olmuşdur. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "2010–2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları" Proqramına uyğun olaraq Xaçmaz 2013-cü ildə Azərbaycan Respublikasının əfsanələr paytaxtı elan olunub. 2014-cü ildə Xaçmaz şəhəri, Bakı prospektində Bayraq Meydanı yaradılmışdır. Orada 85 metr hündürlüyündə Bayraq dirəyi qaldırılmışdır. Bayrağın uzunluğu 30 metr, eni isə 15 metrdir. Həmin ərazidə Bayraq Muzeyi fəaliyyət göstərir.
Əhalisi
[redaktə | vikimətni redaktə et]Etnik qrup | Sayı, 1970 sa.[3] | Nisbəti, 1970 sa.[3] |
---|---|---|
Cəmi | 22.313 | 100 % |
Azərbaycanlılar | 13.170 | 59 % |
Ruslar və Ukraynalılar | 5.301 | 23,8 % |
Ləzgilər | 1.726 | 7,7 % |
Yəhudilər | 892 | 4 % |
Ermənilər | 507 | 2,3 % |
Tatarlar | 244 | 1,1 % |
Gürcülər | 21 | 0,1 % |
Avarlar | 5 | 0,1 % |
Tatlar | 3 | 0,1 % |
Digərləri |
Texniki problemlərə görə qrafiklər müvəqqəti olaraq söndürülüb. |
|
Tanınmış şəxsləri
[redaktə | vikimətni redaktə et]Qardaş şəhərlər
[redaktə | vikimətni redaktə et]Qalereya
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ Президиум Верховного Совета Азербайджанского ССР. "Азербайджанская ССР, Административно-территориальное деление на 1 января 1961-го года". Азербайджанское государственное издательство, Баку, 1961, стр. 9
- ↑ 1 2 Ethno-Caucasus, Этнодемография Кавказа: Хачмасский район (1970 г.) Arxivləşdirilib 2021-11-29 at the Wayback Machine
- ↑ SSRİ əhalisinin siyahıya alınması (1926).
- ↑ SSRİ əhalisinin siyahıya alınması (1939).
- ↑ SSRİ əhalisinin siyahıya alınması (1959).
- ↑ SSRİ əhalisinin siyahıya alınması (1970).
- ↑ SSRİ əhalisinin siyahıya alınması (1979).
- ↑ SSRİ əhalisinin siyahıya alınması (1989).
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- azerbaijanphoto.com saytındakı şəkilləri Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine
Xaçmaz rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Şəhər haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |