Yavər Əliyev
Yavər Əliyev | |
---|---|
Yavər Yaqub oğlu Əliyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı şəhəri, Azərbaycan Respublikası |
Vəfat tarixi | (35 yaşında) |
Vəfat yeri | Qarabağ, Azərbaycan Respublikası |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Bakı,Şəhidlər Xiyabanı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Hərbi fəaliyyəti | |
Rütbəsi | Kapitan |
Döyüşlər | |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Yavər Əliyev (27 iyun 1956, Bakı – 29 fevral 1992, Qarabağ) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.[1]
Həyatı
[redaktə | vikimətni redaktə et]Yavər Əliyev 27 iyun 1956-cı ildə Bakı şəhərində, Azərbaycan SSR-də neftçi ailəsində anadan olub. Pirallahı adasında 235 saylı orta məktəbdə təhsil başa çatdıqdan sonra Kremençuq Mülki aviasiya uçuş məktəbinə daxil olmuş və 1977-ci ildə həmin məktəbi müvəffəqiyyətlə bitirmişdir. Yavər pilot fəaliyyətinə 1977-ci ildə Zabrat aviabirliyində başlamışdır. Əliyev Mi-2 helikopterinin pilotu, daha sonra Mi-8 helikopterinin ikinci dərəcəli pilotu kimi xidmət edib, sonradan həmin helikopterin komandiri olub. Yüksək peşəkarlıq və müsbət şəxsi keyfiyyətlərinə görə, Zabrat Aviasiya dəstəsinin uçuş heyətinin komandiri təyin edildi.[2]
Öz təşkilati və döyüş qabiliyyətinə, yüksək peşəkar hazırlığına görə Yavər Əliyev hərbi helikopterlərin birinci eskadrilyasının komandiri təyin edilib. O, qısa müddət ərzində eskadrilyaya ən yaxşı Mülki Aviasiya pilotlarını cəlb etməklə vahid və döyüş kollektivini topladı. Zakir Yusifov, Zakir Məcidov, Xanlar Səttarov, Firuz Cəlilov, Faiq Məmmədov və başqaları Azərbaycanın hərbi aviasiyasının tezliklə formalaşması üçün fədakarcasına çalışmışlar.
Döyüşlərdə iştirakı
[redaktə | vikimətni redaktə et]1990-cı illərin əvvəllərində Birinci Qarabağ müharibəsi zamanı Yavər Əliyevin rəhbərliyi altında uçuş heyəti dağlıq rayonların əhalisinin təxliyyəsində, [Ağdam] və [Şuşa] kəndləri arasında hava körpüsünün yaradılmasında iştirak etmiş, döyüş uçuşları da həyata keçirmişdir. Yavər Əliyev Qarabağda Mi-24 helikopterində bir neçə döyüş uçuşu yerinə yetirib, düşmənin mövqelərinə aşağı hündürlükdən zərbələr endirib. Dağlıq Qarabağda növbəti döyüş tapşırığını yerinə yetirərkən Yavər Əliyev 29 fevral 1992-ci ildə vəfat edib[3].
Ailəsi
[redaktə | vikimətni redaktə et]Ailəli idi. İki övladı atasının peşə yolunu davam etdirir.
Xatirəsi
[redaktə | vikimətni redaktə et]Azərbaycan Respublikası prezidentinin 14 sentyabr 1992-ci il tarixli 204 saylı fərmanı ilə Əliyev Yavər Yaqub oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.[1]
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.
Pirallahı adasında oxuduğu 235 №-li tam orta məktəb onun adını daşıyır. Sabunçu rayonu Ramana kəndində, Xətai rayonu UPD qəsəbəsi ərazisində küçələr onun adını daşıyır.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 "National Heroes". Azerbaijans.com. 18 February 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 December 2018.
- ↑ "Алиев Явер Ягуб оглу — Ассоциация содействия развитию гражданского общества" (rus). 2022-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-21.
- ↑ Xeyrulla Xəyal. "Национальные Герои Азербайджана: Явер Алиев". газета ОЧАГ (OCAQ) Самара (rus). 2017-06-27. 2021-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-21.
Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 91.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- 27 iyunda doğulanlar
- 1956-cı ildə doğulanlar
- 35 yaşında vəfat edənlər
- 29 fevralda vəfat edənlər
- 1992-ci ildə vəfat edənlər
- Azərbaycan Silahlı Qüvvələrinin kapitanları
- Azərbaycanın Milli Qəhrəmanları
- "Sosializm yarışı qalibi" döş nişanı ilə təltif edilənlər
- Əlifba sırasına görə hərbi xadimlər
- Bakıda doğulanlar
- Qarabağda vəfat edənlər
- Şəhidlər Xiyabanında dəfn olunanlar (Bakı)
- Birinci Qarabağ müharibəsi iştirakçıları