Yumurtalıq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Yumurtalıq
Yumurtlama yə ya ovulyasiya prosesi
Yumurtlama yə ya ovulyasiya prosesi
Latınca Ovarium
Yunanca Oophoron
Qrey subyekt 266 1254
Sistem Sidik-cinsiyyət - lat. Systema urogenitale - BNA
Aparat Sidik-cinsiyyət
Arteriya Yumurtalıq arteriyası, uşaqlıq arteriyası
Vena Yumurtalıq venası
Sinir Yumurtalıq kələfi
Limfa Bel və aorta limfa düyünləri.
MeSH Ovary
Dorlands/Elsevier Ovary
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yumurtalıq (lat. ovarium) — cüt üzvlərdən olub kiçik çanaq, uşaqlığın yan tərəflərində, enli bağın arxasında yerləşmişdir. Həddi-büluğa çatmışlarda bunun şəkli yastılaşmış ellipsoidə bənzəyir. Uzunluğu 3,0–5,0 sm, eni 1,5–3,0 sm, qalınlığı0,7–1,5 sm və çəkisi5,0–8,0 qram olur. Əksər hallarda sağ yumurtalıq sol yumurtalıqdan böyük olur. Xarici səthi zəif qabarıq, rəngi çəhrayı və ağımtıldır.

Yumurtalığın bayır və içəri səthi (lat. facies lateralis et medialis), çıxıq azad kənarı — lat. margo liber və düz çöz (müsariqə) kənarı — lat. margo mesovaricus, yuxarı bor ucu — lat. extremitas tubaria və aşağı uşaqlıq ucu — lat. extremitas uterina vardır. Azad kənarı arxaya çevrilmişdir, müsariqə kənarı önə doğru baxaraq uşaqlığın enli bağına bitişmişdir. Burada qan damarlarına məxsus yumurtalıq qapısı — lat. hilus ovari vardır. Boru ucu uşaqlıq borusunun qarın ağzına və uşaqlıq ucu uşaqlığa baxır və onun ilə xüsusi bağ — lat. lig. ovarii proprium vasitəsilə birləşir. Yumurtalıqların xarici səthləri periton ilə örtülü deyildir; bunların üzərində maya epiteli — lat. epitelium germinale (BNA) adlanan bir təbəqə kubabənzər və ya alçaq silindrə bənzər epitel hüceyrələri vardır. Maya epiteliyumurtalığın üzərində uşaqlığın enli bağına keçir; bu bağın həmin hissəsinə yumurtalıq müsariqəsi — lat. mesovarium deyilir. Bu müsariqə də digər müsariqələr kimi iki qat peritondan təşkil olunmuşdur və arasında yumurtalığa məxsus damarlar yerləşmişdir. Yumurtalığın maya epitelinin altındasıx lifli birləşdirici toxumadan əmələ gəlmiş ağlı qişa — lat. tunica albuginea ovari (BNA) vardır. Yumurtalığın kütləsi iki növ maddədən — qabıq maddədən və ya parenximatoz məntəqədən — lat. zona parenchimatosa (BNA) və beyin maddədən və ya damarlı məntəqədən — lat. zona vasculosa (BNA) ibarətdir. Qabıq maddə beyin maddədən çox sıxdır və xeyli əhəmiyyətə malikdir, çünkı burada yumurtalığın vəzi ünsürləri olur.

Yumurtalığın qabıq maddəsi uşaqlarda ilk follikullar — lat. folliculi ovarii (oophari — BNA) primarii) ilə dolu sıx lifli birləşdirici toxumadan təşkil olunmuşdur. Bunların miqdarı 100 minə qədər olur. Həddi- büluğa çatdıqda onların miqdarı 35 minə qədər azalır. Həddi-büluğ dövründə olan follikulların təxminən dörd yüzü tam mənası ilə inkişaf edərək mayalanmağa qabil olur; qalanları inkişaf etməyib məhv olur. İlk follikul birləşdirici toxuma qişası ilə əhatə olunmuş bir qrup hüceyrələrdən ibarətdir. Hər follikulun mərkəzində bir cinsiyyət hüceyrəsi — yumurtalat. ovum (ovulum — BNA) yerləşmişdir. Cinsiyyət hüceyrəsi başqa follikul hüceyrələrindən həcm və quruluş cəhətcə tam ayrıdır. Bir az sonra follikul daxilində, epitel hüceyrələrinin arasında şəffaf follikul mayesi — lat. liquor folliculi meydana çıxır. Bu maye follikul ətrafındakı damarlardan çıxan bir transudantdır. Follikul maye çoxaldıqca mərkəzi vəziyyət alır, follikulun epitel hüceyrələrini mühitə doğru sıxışdırır və nəticədə həmin hüceyrələr follikul qişasının daxili səthini sıra ilə örtür. Bu cür əmələ gəlmiş qata dənli qat — lat. stratum granulosum deyilir. Follikul epitelinin bir qismi bir nöqtədə toplaşaraq yumurtaya məxsus təpəcik — lat. cumulus oophorus əmələ gətirir; bunun üzərində də yumurta hüceyrəsi yerləşmiş olur. Yumurtaya yaxın follikul epiteli şüalı tac təşkil edir. Follikulun birləşdirici toxuma qişası — lat. teca folliculi iki qatdan ibarətdir: xarici yaxud lifli qat və daxili yaxud damarlı qat. Bu üsul ilə ilk follikul inkişaf edir və nəticədə yetişmiş qovuğabənzər follikul — Qraaf qovuqcuğu — lat. folliculis ovarii vesiculosi (folliculus oophorus vesiculosus Graafi — BNA) hasil olur. İlk follikul gözlə belə görünmür, qovuğabənzər follikul isə 5–12 mm böyüklüyündə olur.

border=none Əsas məqalə: Yumurta (hüceyrə)

Qovuğabənzər follikul böyüdükdə ilk dəfə qabıq maddədən uzaqlaşır və beyin maddəyə daxil olur, sonra yetişənə yaxın çox genişləndiyi üçün qabıq maddəyə çatır və yavaş-yavaş yumurtalığın xarici səthinə yaxınlaşır, yetişmiş follikul yumurtalığın üzərində nazik bir təbəqə qalır və onun üzərində tünd ləkə kimi gözlə görünən kiçik bir qabarçıq əmələ gətirir. Qovuğabənzər follikul tamamilə yetişdikdən sonra qabarcıq partlayır və onun möhtəviyyatı: follikul mayesi, yumurta hüceyrə və şüalı tacı əmələ gətirən epitel hüceyrələr periton boşluğuna atılmış olur. Bu prosesə, yəni yumurtanın yumurtalıqdan çıxmasına ovulyasiya yaxud yumurtlama —lat. ovulatio deyilir. Azad olmuş yumurta uşaqlıq borusu qıfının saçaqlarının (lat. fimbriae tubae) və yumurtalıq epitelinin ehtizazı nəticəsi olaraq uşaqlıq borusunun qarın dəliyinə doğru hərəkət edir və nəhayət boruya keçir.

Qırmızı sarı və ağımtıl cisimlər

[redaktə | mənbəni redaktə et]

Qovuğabənzər partladıqdan sonra onun divarları büzüşür və boşluğu partlamış damarlardan axan qan ilə dolur. nəticədə qovuqcuğun yerində qırmızı cisim — lat. corpus rubrum əmələ gəlir. bir tərəfdən qanın azalması və digər tərəfdən follikul hüceyrələrində lipoidin olması həmin cismi saraldır; ona görə sonradan sarı cisim — lat. corpus luteum adlanır. Həqiqi sarı cisim hamiləliyin sonunadək, qeyri həqiqi cisim isə 6–8 həftəyədək qalır. Yavaş-yavaş burada olan damarlar itir, nəticədə sarı cisim rəngini itirərək ağarır və ağımtıl cisim — lat. corpus albicans adlanır. Beləliklə hər bir qovuğabənzər follikulun yerində birər çapıq qalır.

Yumurtalığı fiksasiya edən bağlar ikidir:

  1. Yumurtalığın xüsusi bağı — lat. lig. ovarii proprium lifli toxumadan və saya əzələ liflərindən ibarət olub, yumurtalığın uşaqlıq ucunu yşaqlığın yan kənarının yuxarı ucu ilə birləşdirir.
  2. Yumurtalıq asılan bağ — lat. lig. suspensorium ovarii peritondan təşkil olunmuş bir büküşdür; daxilində yumurtalıq damarları və saya əzələ lifləri vardır. bu bağ ümumi qalça arteriyasının şaxələnən yerində və kiçik çanağın hüdudu cizgisindən başlayıb aşağı enir və oma-qalça oynağının önündən keçərək yumurtalığın boru ucuna və uşaqlıq borusunun qarın ağzına çatır.

Vaskulyarizasiya və innervasiyası

[redaktə | mənbəni redaktə et]
Uşaqlıq və yumurtalıq arteriyaları
Uşaqlığın və yumurtalığın vaskulyarizasiyası

Yumurtalığa arterrial qan iki mənbədən: uşaqlıq arteriyasından (lat. art. uterina) və yumurtalıq arteriyasından (lat. art. ovarica) gəlir. Venoz qan kiçik venalara yığışır; bunlar xaricə çıxaraq yumurtalıq kələfini — lat. plexus ovaricus əmələ gətirir. Buradanda qan yumurtalıq venasına və uşaqlığın venoz kələfinə (lat. plexus venosus uterinus) keçir. Limfa yumurtalıqdakı limfa kapilyar torundan yığışaraq limfa damarları vasitəsilə yumurtalıq qapısından xaricə çıxarılır; bu damarlar qan damarları ilı bərabər yumurtalıq asılan bağın içərisilə yuxarı gedərək bel və aorta limfa düyünlərinə açılır. Yumurtalıq öz sinirini yumurtalıq kələfindən (lat. plexus ovaricus) alır. Buradan çıxan sinirlər yumurtalıq qapısından daxil olaraq, onun beyin və qabıq maddələrinə şaxələnir.