Zeynəddin Hacıyev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Zeynəddin Hacıyev
Zeynəddin Camal oğlu Hacıyev
Doğum tarixi 1941
Doğum yeri
Vəfat tarixi 8 avqust 2023(2023-08-08)[1]
Milliyyəti azərbaycanlı
Elm sahəsi fəlsəfə
Mükafatları "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" yubiley medalı

Zeynəddin Camal oğlu Hacıyev (1941, Tülü, Balakən rayonu8 avqust 2023[1]) — Azərbaycan filosofu, fəlsəfə elmləri doktoru, professor[2].

Z. C. Hacıyev 1941-ci ildə Balakən rayonunun Tülü kəndində anadan olub.

Orta məktəbi bitirdikdən sonra, 1958–1960-cı illərdə kolxozda sıravi kolxozçu işləyib. 1960-cı ildə ADU-nun tarix fakültəsinə qəbul olub, 1965-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib.

1965–1969-cu illərdə ADU-nun Fəlsəfə kafedrasında əyani aspirant olub. 1966-cı ildə ordu sıralarında qulluq edib.

1969-cu ildə "Siyasət ilə əxlaqın qarşılıqlı münasibətləri" mövzusunda namizədlik, 1993-cü ildə "Elmitexniki tərəqqi ilə sosial dəyişikliklərin dialektikası" mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

1969–1981-ci illərdə ADU-da müəllim, baş müəllim və dosent vəzifələrində işləyib. 1982–1987-ci illərdə Kirovabadda (indiki Gəncə) Azərbaycan Texnologiya İnstitutunda Fəlsəfə kafedrasının müdiri olub. 1988-ci ildən ölümünə qədər BDU-da fəlsəfə kafedrasında çalışmışdır. Fəlsəfə elmləri üzrə 7 namizədlik dissertasiyasına elmi rəhbər olub. 4 dərsliyin, 4 monoqrafiyanın, 60-a qədər məqalənin və tezisin müəllifidir.

8 avqust 2023-cü ildə vəfat edib.[3]

Tədqiqat sahəsi

[redaktə | vikimətni redaktə et]

Sosial strukturun dəyişilməsi "Sosial fəlsəfədə mənəvilik, şəxsiyyətin azadlığı problemləri üzrə elmi tədqiqat aparmışdır.

Seçilmiş əsərləri

[redaktə | vikimətni redaktə et]
  1. "Keçid dövrü və sosial dəyərlər". BDU-nun xəbərləri. Sosial-siyasi elmlər seriyası. 2003, № 1, 0,8 ç.v.
  2. "Fəaliyyət anlayışının sosial-fəlsəfi təhlili". Sosial-siyasi problemlər. XI buraxılış. AMEA-nın Fəlsəfə və siyasi-hüquqi tədqiqatlar institutu. Bakı, 2004, 0,4 ç.v.
  3. "Sosial idrakda həqiqət ilə dəyərin münasibəti". BDU-nun xəbərləri. Sosial-siyasi elmləri seriyası. 2006, № 4, 0,6 ç.v.
  4. "Müasir cəmiyyətin sosial strukturunun dəyişilməsinin əsas meylləri" — AMEA-nınFəlsəfə, sosiologiya və hüquq institutunun "Fəlsəfə" elmi-nəzəri jurnalı, 2009, № 1, 1 ç.v.
  5. "Mənəvilik anlayışının fəlsəfi mahiyyəti" — BDU xəbərləri. Sosial-siyasi elmlər seriyası, 2009, № 1–2, 0,6 ç.v.
  6. "Azadlığın strukturunda dəyərlər seçiminin rolu" — BDU-nun 90 illiyinə həsr olunmuş Beynəlxalq elmi konfransın materialları. Humanitar elmlər. Bakı – 2009, s. 343–345.
  7. "Sosial tərəqqinin meyarı məsələsinə dair" — BDU-nun 90 illiyinə həsr olunmuş Beynəlxalq elmi konfransın materialları. Humanitar elmlər. Bakı – 2009, s. 355–356.
  8. "Fərd sosial əlaqələr sistemində". "Müasir dövrün aktual problemləri" Bakı — 2011 № 6. səh. 224 – 226.
  9. "Sosial fəlsəfənin funksiyalarına dair" (məqalə) "Müasir dövrün aktual problemləri" Bakı – 2011,№ 6. səh. 229 – 231.
  10. "İdarəçilikdə tələbələrin rolu probleminin sosioloji təhlili" (məqalə) "Tarix və onun problemləri" Bakı – 2011 № 3. səh. 346 – 350.
  11. "Azadlıq sosial birliklərin və fərdin maraqları kontekstində" "Qloballaşma şəraitində sosial problemlərin həlli yolları". Bakı, 2013.
  12. "Azadlıq anlayışının strukturuna dair" "Qloballaşma şəraitində sosial problemlərin həlli yolları". Bakı, 2013.
  13. "Sosial-iqtisadi proseslərdə dəyərlərin rolu". "ХIХ век глобализация социально-экономические проблемы общества". Научно-практическая конференция, посвященная социально-экономическим проблемам современности (20–21 декабря 2013 г). Баку – 2013səh. 173–181.
  14. "Sosial məkan və sosial zamanın ontoloji əsasları" // Sosial və humanitar elmlərin müasir problemləri. Buraxılış № 15, cild II. Bakı – 2015, səh. 219–225.
  15. ."Sosial idrakda həqiqət problemi". Sosial və humanitar elmlərin müasir problemləri. Buraxılış № 18, səh. 62–69. Bakı −2017.
  16. "Elmi fakt ilə nəzəriyyənin qarşılıqlı münasibəti". Bakı Dövlət Universiteti Xəbərləri. Sosial-siyasi elmlər seriyası. № 2, səh. 87–94. Bakı – 2017.
  17. "Multikultural proseslərin nəzəri mənalandırılmasında anlama prosedurunun rolu". Sosial və humanitar elmlərin müasir problemləri. Buraxılış № 19, səh. 85–91. Bakı −2017.
  1. 1 2 https://oxu.az/society/762847.
  2. "F.e.d., prof. Hacıyev Zeynəddin Camal o." 2022-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-09.
  3. BDU-nun professoru vəfat edib
  4. ""Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" yubiley medalı ilə təltif olunanlar" (PDF). 2019-11-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-10-09.