Məzmuna keç

İxtiyar



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Azacıq da olsa xeyirxah olmağa çalışsanız, görəcəksiniz ki, axmaq hərəkət etmək ixtiyarında deyilsiniz. Konfutsi
  • Böyük səbrə malik insan cəsur birisindən xeyli üstündür, özünə hakim olan insan isə bir şəhəri fəth edən sərkərdədən daha böyük ixtiyar sahibidir. Süleyman
  • Çox sayda insan heç bir dinə qulluq eləmir. Bu onların haqqıdır, kiminsə bu haqqı onların əlindən almağa ixtiyarı yoxdur. Əsas olan onların həyatının bir mənasının olmasıdır, başqa cür desək, xoşbəxt olmalarıdır. Amma söhbət başqalarına zərər vermədən xoşbəxt olmaqdan gedir. Çünki əgər bizim xoşbəxtliyimiz başqalarının əzab çəkməsindən keçirsə, əvvəl-axır biz də əzab çəkəcəyik. Dalay Lama
  • Ən pis bir nəticə gözləmək və taleyi gözlənilməzliyin və ya təsadüfün ixtiyarına buraxmaq daha ağıllıdır. Jül Vern
  • Fikir mübadiləsi etmək ixtiyarında olmayan insanlar bir-birinə kart atırlar. Artur Şopenhauer
  • Hər kəs nəfsini sevdiyindən öz eyiblərini görə bilməz, bu eybin əlamətləri aşkar olduqda da onu dərk etməz. Bunun müalicəsi üçün deyilibdir: O adam fazil və kamil bir dost tapmalı, uzun müddət onunla oturub-durduqdan, ünsiyyət saxladıqdan sonra ixtiyar verməlidir ki, onun səhvlərini desin, o da bu səhvləri islah etsin, dostun köməyi və sədaqəti də bundadır. Bu barədə onunla möhkəm əhd-peyman bağlaya, heç bir şeyi gizlətməyə, deməyə ki, səndə heç bir eyib yoxdur, belə desə, bununla razılaşmaya, təkid edib onu doğru danışmağa məcbur edə, deməsə, dostluğa xəyanətdə təqsirləndirə, yenə əvvəlki sualına qayıda, daha da yalvar-yaxar edə, inad göstərib sussa, kədərlənə, ondan tamamilə üz döndərəcəyini, dostluğu qıracağını deyə, əl çəkməyə, nəhayət, dilə gətirməyə müvəffəq ola, eyiblərini söylədə; əlbəttə, bu vaxt onun dediklərinə etiraz etməməli, belə olmadığına sübut-dəlil gətirməməli, qaş-qabağını salıb narazılığını bildirməməlidir; əksinə, ona sevinc və şadlıqla qulaq asmalı, təşəkkürünü bildirməli, xəlvət yerə çəkilib ünsiyyəti möhkəmlətməli, səmimiyyəti artırmalı, eyiblərindən mümkünsə yaxa qurtarmağa, onları aradan qaldırmağa çalışmalı, dostunun etibarını daha çox qazanmalı, nəfsinin islahı xatirinə dönə-dönə belə etməli və dostunun sözlərindən inciməməlidir. Nəsirəddin Tusi
  • Xalqa tənqid və şikayət etmək ixtiyar verilməlidir, gizli nifrət açıq nifrətdən təhlükəlidir. Deni Didro
  • İnsanın xoşbəxtlik və bədbəxtlik açarı, kamillik və naqislik sükanı onun ağıl və iradəsinin ixtiyarına verilmişdir. Nəsirəddin Tusi
  • İnsanlar ətrafdakı insanlardan daha bədbəxt olmalarına dözə bilmir və qeyri-ixtiyarı olaraq ətrafdakıların da onlar kimi bədbəxt və xəstə olmasını arzulayırlar. Daniel Defo
  • Kim özünü bütünlüklə nəşənin və ya kədərin ixtiyarına tapşırarsa, o, kölə vəziyyətinə düşər. Seneka
  • Mühakimə etmək üçün Allahın ixtiyarında min cür üsul var. O, ən kiçik alətdən belə istifadə edə bilər. Jül Vern
  • Müharibə, istilaçıya istila edilmişlərə istənilən şərti diktə etməyə ixtiyar verir. Qay Yuli Sezar
  • Öylə bir ixtiyar olsaydı məndə,

Qoymazdım bəndəyə möhtac bir bəndə. Nizami Gəncəvi

  • Özünü hisslərin ixtiyarına buraxmaq vəhşi azadlığın əlamətidirsə, hissləri cilovlamaq şəxsiyyət azadlığının əlamətidir. Əbu Turxan
  • Özünü nəfsin ixtiyarına buraxanlar – ağıla, ancaq ağılla yaşayanlar isə özünə xəyanət edir. Əbu Turxan

İstinadlar

[redaktə]
pFad - Phonifier reborn

Pfad - The Proxy pFad of © 2024 Garber Painting. All rights reserved.

Note: This service is not intended for secure transactions such as banking, social media, email, or purchasing. Use at your own risk. We assume no liability whatsoever for broken pages.


Alternative Proxies:

Alternative Proxy

pFad Proxy

pFad v3 Proxy

pFad v4 Proxy