Məzmuna keç

Cinsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Adətən, düşmən hisslər zərif hisslərdən sonra meydana çıxır və onlar cinsi münasibətlərimizin əksəriyyətində hökmranlıq edən hisslərin ikili münasibətini yaxşı əks etdirir. Ziqmund Freyd
  • Cinsi əlaqə deyil, razılıq evlilik deməkdir. Ulpian
  • Cinsi əlaqənin müstəqil, yuxu, qida kimi zəruri funksiya hesab edilməsi ən böyük cəhalətdir. Mahatma Qandi
  • Düşünürəm ki, daha əvvəl bakirəliyimi itirə bilərdim... Amma mən ictimai xadim idim və bütün bu təzyiqlər var idi. Ancaq mən bütün bunlarla üzləşməli və vaxtım olanda (cinsi həyatıma) başlamalıydım. Düşünürəm ki, özümlə daha çox əlaqə saxlamalıydım. Brok Şilders
  • Əgər siz gününüzə kofeinsiz başlayırsınızsa, həmişə şən olursunuzsa, ağrılara, nasazlıqlara məhəl qoymursunuzsa, öz problemlərinizlə insanları narahat etmirsinizsə, şikayət etmirsinizsə, hər gün eyni yeməyi yeyirsinizsə və buna görə minnətdarsınızsa, sevdiyiniz insanın sizə baxmağa vaxtı olmayanda onu başa düşürsünüzsə, sizin heç bir günahınız olmadığı halda sevdiyiniz insanın ittihamlarını qulaqardına vura bilirsinizsə, tənqidi sakit qəbul edə bilirsinizsə, kasıb dostunuzla, zəngin dostunuzla eyni cür rəftar edirsinizsə, yalandan və aldatmadan uzaq dura bilirsinizsə, stresslə dərmansız mübarizə apara bilirsinizsə, özünüzü içkisiz yaxşı hiss edirsinizsə, dərmansız yuxuya gedə bilirsinizsə, səmimi olaraq dəri rənginə, dini inanclara, cinsi oriyentasiyaya və siyasətə qarşı qərəziniz olmadığını söyləyirsinizsə, deməli siz itinizin inkişaf səviyyəsinə çatmışınız. Uinston Çörçill
  • Hanna belə bir fikrə zəmin yaradırdı – guya onların vəzifəsi bizim cinsi həyatımızı yoluna qoymaqdır, əks təqdirdə bizlər yaxşı donor ola bilmərik. O deyirdi ki, seks olmasa, böyrəklər, mədəaltı vəz və başqa orqanlar düzgün fəaliyyət göstərməyəcək. İşiquro Kazuo
  • Qeyd etmək maraqlıdır ki, dondurulmuş cinsi həvəs insanların bir-birinə uzun müddətli bağlılığını formalaşdırır. Ziqmund Freyd
  • Müxtəlif insanlar çatışmayan şeylər barəsində müxtəlif fikirlər söyləyirlər. Məsələn, kifayət qədər cinsi əlaqədə olmayan seksdən, ac adam yeməkdən, pulu olmayan isə puldan, bizim oliqarxlar və bankirlər isə əxlaqdan danışırlar. [1]Ziqmund Freyd
  • Ümumiyyətlə, insanlar cinsi məsələlərdə səmimi deyillər. Cinsi əlaqələrini açıq şəkildə nümayiş etdirmir, cinsi münasibətlər dünyasında sanki hava pis imiş kimi, "saxta" adlanan materiyadan tikilmiş qalın palto geyinərək onu gizlədirlər.[2] Ziqmund Freyd

İstinadlar

[redaktə]
  1. [1]Xoşbəxtlik ehtimalımız. Aforizmlər. Ziqmund Freyd. Bakı,2015
  2. [2]Xoşbəxtlik ehtimalımız. Aforizmlər. Ziqmund Freyd. Bakı,2015
pFad - Phonifier reborn

Pfad - The Proxy pFad of © 2024 Garber Painting. All rights reserved.

Note: This service is not intended for secure transactions such as banking, social media, email, or purchasing. Use at your own risk. We assume no liability whatsoever for broken pages.


Alternative Proxies:

Alternative Proxy

pFad Proxy

pFad v3 Proxy

pFad v4 Proxy