Məzmuna keç

Kəlmə



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Adətən, bir işin uğuru üçün zəngin bir insanın bir kəlməsi kifayətdir. Bunun üçün onun nə pulu, nə zəmanəti, nə də konkret təminatı lazım deyil, yalnız sözü kifayətdir. Teodor Drayzer
  • Az danışmağı, susmağı, soruşanda cavab verməyi, böyüklərə qulaq asmağı öyrətmək, nalaiq sözlər, söyüşlər, yersiz kəlmələr işlətdikdə utandırmaq, gözəl, zərif, xoş kəlamlardan istifadə etdikdə tərifləmək, buna adət etməyə hüsn-rəğbət oyatmaq lazımdır. O, müəlliminə, yaşca özündən böyük olanlara hörmət və xidmət etməyi bilməlidir. Böyük adamların övladları belə davranış qaydalarına daha çox möhtacdır. Onun müəllimi ağıllı, vicdanlı, əxlaq normalarına, uşaq ruhiyyəsinə bələd, şirin danışmaqda, insaflı rəftarda, vüqarlı, zəhmli davranışda, pak və təmizlikdə məşhur, şahların xasiyyətindən, adət və ənənələrindən, eyş-işrətlərindən, məclis və söhbətlərindən bixəbər, camaatın hər təbəqəsi ilə danışmağı bacaran, rəzil və alçaq adamlardan qaçmalıdır. Böyük adamların yaxşı tərbiyə görmüş, gözəl adətlər qazanmış uşaqları ilə bir məktəbdə oxumalıdır ki, darıxmasın, onlardan öyrənsin, başqa şagidlərə qibtə hissi ilə yanaşsın, onlarla bəhs-bəhsə girsin, elmə həvəsi artsın. Nəsirəddin Tusi
  • 200 kəlmə ilə düşünən birisi, 2000 kəlmə ilə düşünən birisini anlaya bilməz. [1] Anooshirvan Miandji
  • İnsan neçə həyat yaşayandan sonra yorular? Neçə ildən sonra yaşlı, neçə məğlubiyyətdən sonra bezgin, neçə sevdadan sonra qəlbsiz, neçə kəlmədən sonra lal olar? Əlif Şəfəq
  • İnsanların ən çox qorxduğu şey yeni bir addım atmaq,yeni bir kəlmə söyləməkdir. Fyodor Dostoyevski
  • İştah birinci tikədən, dava isə birinci kəlmədən başlayır. Ərəb atalar sözləri
  • Kasıb, yazıq, bədbəxt, uğursuz insanlar tez-tez “sabah” kəlməsini işlədir. Robert Kiyosaki
  • Kəlmələrin mənfi yanı, özümüzü başkalarına anlata bilməyi və başqalarının söylədiklərini anlaya biləcəyimiz hissini oyandırmasıdır, fəqət dönüb taleyimizlə üzləşdikdə yetmədiklərini görürük. Paulo Koelyo
  • Metal səsinə, insan kəlməsinə görə tanınar. Baltazar Qrasian
  • Mən Quranı hər yöndən araşdırdım. Hər kəlməsində böyük hikmətlər gördüm. Mən bunu iddia edirəm ki, Həzrəti Mühəmməd seçilmiş bir insandır. Belə bir insanın yenidən gəlməsi ehtimaldan uzaqdır. Ey Muhəmməd! Sənin çağdaşın ola bilmədiyim üçün çox kədərlənirəm. Öyrətdiyin və yaydığın bu kitab sənin deyildir. Bu, Allah kəlamıdır. Bu kitabın Allah sözü olduğunu inkar etmək bugünkü elmlərin lazımsızlığını iddia etmək qədər gülüncdür. İnsanlıq sənin kimi seçilmiş bir qüdrəti bir dəfə görmüş, bundan sonra görməyəcəkdir. Hüzurunda tam hörmətlə əyilirəm. [2] Otto fon Bismark
  • Mən əsl usta o zaman oldum ki, “Bura gəl” kəlməsini 15-20 səs tonu çaları ilə ifadə etməyi öyrəndim. Anton Makarenko
  • Nаlаyiq sözlər işlətməməli, dilini söyüşə öyrətməməli, zərurət üçündən аyıb kəlməyə еhtiyаc yаrаndıqdа оnu оbrаzlı, məcаzi ibаrələrlə аnlаtmаlı. Nəsirəddin Tusi
  • Tərbiyə ana qucağında başlayır, hər deyilən kəlmə isə uşağın şəxsiyyətini formalaşdıran bir kərpicdir. Namiq Kamal
  • Yox, qardaş, doğru və geniş həyat yolunda addımla və onun çoxsaylı cığırlarını bələdçilərə burax! Ticarət nişanələrindən əl çək! Başının üzərindən sektanlıq şüarlarını götür! Qəlbinin səhifələrindən babalarının yazdığı təəssüb və həsəd kəlmələrini sil! Ruhunun lövhəsini təmizlə, dostum, yaxşı təmizlə! Onun üzərində yazan tək katib sən ol! Lövhəyə sonluğu gözəl olan “azadlıq”, “həqiqət”, “məhəbbət” və “gözəllik” sözlərini yaz! Pak və sadə bir insan ol və bütün bəşəriyyət üçün çalış! Əmin ər-Reyhani

İstinadlar

[redaktə]
  1. [1] Anooshirvan Miandji Sözleri ve Hayatı
  2. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.317
pFad - Phonifier reborn

Pfad - The Proxy pFad of © 2024 Garber Painting. All rights reserved.

Note: This service is not intended for secure transactions such as banking, social media, email, or purchasing. Use at your own risk. We assume no liability whatsoever for broken pages.


Alternative Proxies:

Alternative Proxy

pFad Proxy

pFad v3 Proxy

pFad v4 Proxy