azərbaycanca: ölmək
Mənalar :
- Həyatı tərk etmək, vəfat etmək; keçinmək. ..Evin kişisi bir neçə il bundan qabaq ölmüşdür. C.Məmmədquluzadə. Bir gün qoca bağban xəstələnib öldü. M.Hüseyn. // Qırılmaq, tələf olmaq, məhv olmaq (heyvanlar haqqında). Qışda xeyli mal-qara öldü. // Tələf olmaq, məhv olmaq (ağac, ot və s. haqqında). Şaxtadan güllər öldü. – Çiçəyi soluxub, otu öləndə; Qaçardı üstündən quşu, heyvanı. H.K.Sanılı.
- məc. dan. Çox arzu etmək, can atmaq, çox istəmək, həsrətində olmaq. Oxumaq üçün ölür.
- məc. Özündən qabaq gələn sözün ifadə etdiyi şeyin şiddətini, təsirini bildirir. Sancıdan ölmək. Acından ölmək. Gülməkdən ölmək.
- Mən ölüm şəklində dan. – bir şeyi təkidli xahiş məqamında işlənir. Mən ölüm, tez gəl. Mən ölüm, bu işə qarışma. // Sən öl, sən öləsən, siz öləsiniz şəklində dan. – bir şeyə inandırmaq üçün işlənir: canın (canınız) üçün. [Məşədi İbad:] A kişi, sən öl, mən sənə; Nə qədər desən pul verərəm. Ü.Hacıbəyov. [Ata:] Siz öləsiniz, Arazda da heç belə nərilti olmazdı. S.Rəhimov. // ...ölsün – and içmək, inandırmaq məqamında işlənir. [Hacı Qara:] Oğlum ölsün ki, dəxi kisədə tənbəki yoxdur. M.F.Axundzadə. [Səfi:] Bu canım ölsün ki, bularda bir kələk var, gedim görüm nə danışırlar. Ü.Hacıbəyov. ölə-ölə zərf Güc-bəla ilə, zorla, çətinliklə, əziyyətlə. [Qurban:] Hər gün ölə-ölə gəl, ölə-ölə qayıt, belin olsun yağır. Ə.Haqverdiyev. Bu tövr ilə Fərhad ölə-ölə məktəbi tamam etdi. C.Cabbarlı.
Dünya xalqlarının dillərində
[redaktə]
Tərcümələr :
Ural-Altay dil ailəsi: Türk qrupu
[redaktə]
Tərcümələr :
{{fullurl:Şablon:{{{3}}}|action=edit}}
</noinclude>: [[ | ]](ky)
|
|
|
|