asfalt
Görünüş
- Təbii və ya süni surətdə hasil edilən qara rəngli, bərk, qatranaoxşar kütlə (küçələrə döşəmək, lak və s. hazırlamaq üçün işlənir). Asfalt zavodu. Küçələrə asfalt döşəmək. – Asfaltın boğuq istisi adamın nəfəsini təngidirdi. M.Hüseyn.
- Sif. mənasında. Asfalt döşənmiş, asfaltlı. Dəmiryol stansiyasından gələn asfalt yol rayon mərkəzindən keçirdi. Ə.Vəliyev. Kombaynın işlədiyindən arxayın olan İkram sürətlə asfalt yola yetişməyə can atırdı. Ə.Əbülhəsən.
- Asfaltlanmış yol, küçə, meydança və s. Burada 8-9 yaşlı uşaqlar oynaşır, asfalt üstündə velosiped sürürlər. Mir Cəlal.
Dünya xalqlarının dillərində
[redaktə]
|
Ural-Altay dil ailəsi: Türk qrupu
[redaktə]
|