2018 FİFA Dünya Kuboku finalı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
2018 FİFA Dünya Kuboku finalı
Turnir 2018 FİFA Dünya Kuboku
Tarix 15 iyul 2018 (2018-07-15)
Yer Lujniki stadionu, Moskva
Matçın adamı Antuan Qrizman (Fransa)[1]
Hakim Nestor Pitana (Argentina)
Tamaşaçı 78011[2]
Hava Qismən buludlu
27 °C (81 °F)
51% rütubət[3]
2014
2022

2018 FİFA Dünya Kuboku finalı 2018 FİFA Dünya Kubokunun çempionunu müəyyən edən kubokun son futbol matçı. Bu, FİFA Dünya Kubokları tarixində 21-ci finaldır. Matç 2018-ci ilin 15 iyulunda Moskva şəhərində, Lujniki stadionunda, FransaXorvatiya milliləri arasında keçirildi. Matçda Fransa 4–2 hesabı ilə rəqibinə qalib gəldi və futbol tarixində ikinci dəfə Dünya Çempionu oldu.

Fransa final matçında qalib gəlməklə 2021 FİFA Konfederasiyalar Kubokunda da iştirak etmə hüququnu qazandı.

Ətraflı bax: Lujniki stadionu

Finalın keçiriləcəyi stadion Moskvadakı Lujniki stadionudur.Yaponiyanın Tokyo şəhərində FİFA İcraiyyə Komitəsinin keçirdiyi toplantı nəticəsində bu stadion final oyununun keçiriləcəyi stadion olaraq bəlirləndi.[4] Stadion həmçinin mundialın 14 iyundakı açılış və 11 iyuldakı yarı final matçları daxil olmaqla 8 matça ev sahibliyi etdi.

1956-cı ildə açılmış Lujniki stadionu 1992-ci ilədək Mərkəzi Lenin Stadionu olaraq adlanırdı.Stadion Lujniki Olimpiya Şəhərciyinin bir hissəsidir.[5] Stadion Rusiya millisinin əsas stadionu olmaqla yanaşı, keçmiş dövrlərdə SSRİ millisinin də əsas stadionu idi. Bundan əlavə,stadion keçmişdə ÇSKA Moskva, Torpedo Moskva, Spartak Moskva klublarının ev oyunlarını keçirdiyi stadion olmuşdu.Amma, hal-hazırda stadion heç bir futbol klubu tərəfindən istifadə olunmur.[6][7]

Stadion vaxtı ilə çox sayda mötəbər turnirə ev sahibliyi edib. Lujniki 1980 Yay Olimpiya Oyunlarının əsas idman kompleksi idi. Belə ki, stadionda oyunların açılış və bağlanış mərasimləri keçirilməsi ilə bərabər, həm də atletika, futbol (qızıl medal matçı ilə birlikdə 4 oyun) və atçılıq yarışları da keçirilmişdi.[8] Stadion 1999 UEFA Kuboku Finalı ilə yanaşı, 2008 UEFA Çempionlar Liqası Finalının şahidi olub. Stadionda keçirilən digər mötəbər turnirlərə, 1957 Buz Xokkeyi Dünya Çempionatının final matçı, 1973 Yay Universiadası, 1984 Dostluq oyunları1998 Dünya Gənclik Oyunları misal göstərilə bilər. Stadionda müxtəlif dünyaca məşhur müğənnilərin və musiqi qruplarının – Maykl Cekson, The Rolling Stones, Madonna, Metallica konsertləri olmuşdur.[9][10]

UEFA stadionu 5 reytinq ulduzundan 4 ulduzla qiymətləndirib. Stadion Rusiyanın və 2018-ci ildəki mundial zamanı ən böyük stadion olmaqla yanaşı, həm də Şərqi Avropanın ən böyük stadionudur. Avropanın isə səkkizinci böyük stadionudur. Stadion 2013-cü ildə yenidən bərpa olundu və bu təmir işləri 2017-ci ildə tamamlandı. Bu təmir-bərpa işləri 350 milyon -ya baha başa gəldi.

UruqvayBraziliya milliləri 1/4 Finalda turnirə vida etdikdən sonra yoluna davam edən 4 komanda qaldı. Bu dörd komandanın dördü də Avropa ölkələrini təmsil edirdi. Bundan əvvəlki üç mundialda da Avropa komandası kubokun sahibi olmuşdu. Beləliklə ardıcıl dördüncü dəfə kuboku Avropa tərəfinin öz bölgəsinə götürəcəyi bəlli oldu. Mundiallar tarixində doqquzuncu dəfə Avropa ölkələri öz aralarında qalibi müəyyənləşdirmək üçün öz aralarında oynayacaqdılar. Axrıncı dəfə belə final 20062010-cu illərdə olmuşdu.[11]

Fransa üçüncü dəfə mundialın finalında iştirak etmə hüququ qazandı. 1998-ci ildəki Fransa ilk dəfə ev sahibliyi etdiyi mundialda finala çıxma uğurunu göstərmişdi. Həmin finalda da rəqibi olan Braziliyanı 3–0 hesabı ilə məğlub etmişdi. Axırıncı dəfə 2006-cı ildə final oynayan Fransa rəqibinə oyun sonrası penalti zərbələri nəticəsində uduzmuşdu.[12][13] Didye Deşamp Frans Bekkenbauer, Rudi FölyerMario Zaqallodan sonra dördüncü həm futbolçu həm də baş məşqçi olaraq finala çıxma uğurunu qazanan futbol adamı oldu.[14]

Beşinci dəfə mundialda iştirak edən Xorvatiya millisi ilk dəfədir ki, finalda iştirak etmə hüququnu qazandı. Ümumiyyətlə, Xorvatlar mundiallar tarixində ən yaxşı çıxışını 1998-ci ildə debüt etdikləri çempionatda əldə etdikləri üçüncü yerlə qazanıblar. Belə ki, yarı finalda ev sahibi Fransaya 2–1 hesabı ilə uduzan Xorvatlar, üçüncülük oyununda eyni hesabla Hollandlara qalib gəlmişdilər.[15][16]

Bu matç Xorvatiya ilə Fransa arasında oynanan səkkizinci matç olacaq. Digər matçlara nəzər yetirsək, Fransanın Xorvatiyaya uduzmadığının şahidi olarıq. Fransızlar xorvatlarla oynadığı 7 matçda 3 qələbə qazanmış, 4 dəfə də heç-heçə etmişdir.[17]

Finala gedən yol

[redaktə | vikimətni redaktə et]
Ətraflı bax: 2018 FİFA Dünya Kuboku
Fransa Mərhələ Xorvatiya
Rəqiblər Nəticə Qrup mərhələsi Rəqiblər Nəticə
 Avstraliya 2–1 1-ci matç  Nigeriya 2–0
 Peru 1–0 2-ci matç  Argentina 3–0
 Danimarka 0–0 3-cü matç  İslandiya 2–1
C qrupu birincisi
Komanda O Xal
1  Fransa 3 7
2  Danimarka 3 5
3  Peru 3 3
4  Avstraliya 3 1
Mənbə: FİFA
Qrupdakı son nəticələr D qrupu birincisi
Komanda O Xal
1  Xorvatiya 3 9
2  Argentina 3 4
3  Nigeriya 3 3
4  İslandiya 3 1
Mənbə: FİFA
Rəqiblər Nəticə Pley-off mərhələsi Rəqiblər Nəticə
 Argentina 4–3 1/8 final  Danimarka 1–1 (ə.v) (3–2 pen.)
 Uruqvay 2–0 1/4 final  Rusiya 2–2 (ə.v) (4–3 pen.)
 Belçika 1–0 Yarım-final  İngiltərə 2–1 (ə.v)

Final matçının rəsmi topu Telstar Mechta seçildi. Bu top Adidas Telstar 18-in qırmızı rəngli bir versiyası idi.[18][19]

Finalı idarə edən hakim – Nestor Pitana

12 iyul 2018-ci ildə FİFA Hakimlər Komitəsi tərəfoindən finalı idarə edəcək hakim təyin olundu. Bu hakim 43 yaşlı Argentinalı Nestor Pitana idi. Bu final matçı Pitananın bu ilki mundialda idarə edəcəyi beşinci matç olacaqdı. Bundan əlavə, Pitana mundiallar tarixində həm açılış həm final matçını idarə edən ikinci hakim oldu.[20] 2010-cu ildən FİFA'nın Beynəlxalq hakimi olan Pitana 2014 FİFA Dünya Kubokunda dörd matçı idarə etmişdi. Onun köməkçiləri öz həmvətənliləri olan Hernan Maydana və Xuan Pablo Bellatti olacaq. Hollandiyalı Byörn Keypers isə matçda dördüncü hakim olacaq. İtaliya Futbol Federasiyasından olan Massimilyano İrrati mundiallar tarixində ilk dəfə video köməkçi hakim olaraq final matçını idarə edəcək.

Qapanış mərasimi

[redaktə | vikimətni redaktə et]

Turnirin bağlanış mərasimi final matçı başlamamışdan əvvəl keçirildi.13 iyul 2018-ci ildə FİFA turnirin bağlanış mərasimində Uill Smit, Niki CemEra İstrefinin birgə turnirin rəsmi mahnısı olan "Live It Up"ı səsləndirəcəklərini elan etdi.[21][22] Bununla yanaşı, mərasimdə opera müğənnisi Aida Qarifullina və onu müşayiət edən uşaq xoru Rusiyanın xalq mahnısı olan Kalinkanı səsləndirdi.[23]

Matç yerli vaxtla saat 18:00-də (15:00 UTC) başladı. Matçın temperaturu 27 °C (81 °F) idi.[3] Matçda bir neçə dəfə gözlə görülə bilən şimşək çaxdı. Lujniki stadionu yenə tam dolu vəziyyətdə idi. Belə ki, matçı 78011 tamaşaçı izləyirdi. Bununla bərabər oyunu 10 Dövlət başçısı izləyirdi. Rusiya prezidenti Vladimir Putin, Fransa prezidenti Emmanuel Makron və Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç daha çox nəzərə çarpırdı.[24] Hər iki komandanın start heyətləri yarı final oyunlarında çıxarılan start heyətləri ilə eyni idi.[25]

Xorvatiya ilk hissədə daha çox topla oynayan tərəf idi. Antuan Qrizmanın hücumunun qarşısı Marçelo Brozoviç tərəfindən kobudluqla qarşısı alındı. Buna görə də hakim cərimə zərbəsi təyin etdi. Qrizman qapıya 30 metrlik uzaqlıqdan cəribə zərbəsini yerinə yetirirdi. Qapıya doğru topu ortaladı və 18-ci dəqiqədə Mandzukiç səhvən öz qapılarının sol küncünün torunu silkələdi.[26] İlk dəfə idi ki, Dünya Çempionatının finalında avtoqol vurulurdu.[27]

Bu qoldan 10 dəqiqə sonra Xorvatlar hesabı bərabərləşdirdi. Belə ki, Luka Modriçin yerinə yetirdiyi cərimə zərbəsinin nəticəsində top Domaqoy Vidaya gəldi. Vida isə topu Rakitiçə ötürdü. Rakitiç isə sol ayağı ilə qapının sağ aşağı küncünə dəqiq zərbə vurmaqla hesabı 1–1 etdi. 34-cü dəqiqədə sağ tərəfdən yerinə yetirilən künc zərbəsinin nəticəsində top İvan Perişiçin əlinə dəydi. Hakim bu anı görməmişdi, lakin oyunçular qışqıraraq topun ələ dəydiyini hakimə israrla deyirdilər. Hakim bu halın olub olmadığını dəqiqləşdirmək üçün video köməkçi hakimdən rəy istədi.[26] Həm də özü də dəfələrlə həmin anın təkrarına baxdı. Təkrara baxdıqdan sonra hakim Fransanın lehinə qərar verdi. Penaltini yerinə yetirən Qrizman komandasını 2–1 hesabı ilə önə keçirtdi. Fransa ilk yarını öndə bitirdi. İşin maraqlı tərəfi isə Fransa tərəfinin hissə boyu qapıya tək bir dəqiq zərbə vurması olub. Bundan əlavə, Fransa ilk hissədə topa sahib olmada da Xorvatiyadan xeyli geri idi: 34% [27]

59-cu dəqiqədə Pol Poqba ilk zərbəsini vurdu, lakin zərbənin qarşısı alındı. Təkrar zərbəni cərimə zərbəsinin kənarından qapının sol tərəfinə dəqiq zərbə endirərək hesabı 3–1 etdi. Altı dəqiqə sonra Kilian Mbappe uzaqdan qapının sol küncünə möhtəşəm zərbə endirərək hesabı artırdı. Mbappe bu qolu vurmaqla 1958-ci il mundialındakı finalda Peledən bəri qol vuran ilk yeniyetmə oldu.[28] 69-cu dəqiqədə Fransanın qapıçısı Huqo Lyorisin səhvindən Mandzukiç istifadə etdi və hesabı 4–2 etdi. Matç elə bu hesabla başa çatdı və ən çox qol vurulan mundiallardan biri oldu.

15 iyul 2018
18:00 (Moskva vaxtı ilə) (UTC+3)
 Fransa 4 : 2
Hesabat
 Xorvatiya
Mandzukiç Qol 18' (ö.q)
Qrizman Qol 38' (pen.)
Poqba Qol 59'
Mbappe Qol 65'
Qollar Perişiç Qol 28'
Mandzukiç Qol 69'
Lujniki stadionu, Moskva
Tamaşaçı: 78 011[2]
Hakim: Argentina Nestor Pitana
Fransa[29]
Xorvatiya[29]
GK 1 Huqo Lyoris (K)
RB 2 Benjamin Pavar
CB 4 Rafael Varan
CB 5 Samuel Umtiti
LB 21 Lukas Hernandez Booked in the 41-ci minute 41'
CM 6 Paul Poqba
CM 13 N'Qolo Kante Booked in the 27-ci minute 27' 55-ci dəqiqədə əvəz olunub 55'
RW 10 Kilian Mbappe
AM 7 Antuan Qrizman
LW 14 Blez Matuidi 73-cü dəqiqədə əvəz olunub 73'
CF 9 Olivye Jiru 81-ci dəqiqədə əvəz olunub 81'
Əvəzetmələr:
MF 15 Stiven Nzonzi 55-ci dəqiqədə əvəzetmədən daxil olub 55'
MF 12 Korenten Tolisso 73-cü dəqiqədə əvəzetmədən daxil olub 73'
FW 18 Nabil Fekir 81-ci dəqiqədə əvəzetmədən daxil olub 81'
Baş məşqçi:
Fransa Didye Deşamp
GK 23 Daniyel Subaşiç
RB 2 Şime Vrsalko Booked in the 90+2-ci minute 90+2'
CB 6 Dean Lovren
CB 21 Domaqoy Vida
LB 3 İvan Striniç 81-ci dəqiqədə əvəz olunub 81'
CM 7 İvan Rakitiç
CM 11 Marçelo Brozoviç
RW 18 Ante Rebiç 71-ci dəqiqədə əvəz olunub 71'
AM 10 Luka Modriç (K)
LW 4 İvan Perişiç
CF 17 Mario Mandzukiç
Əvəzetmələr:
FW 9 Andrey Kramariç 71-ci dəqiqədə əvəzetmədən daxil olub 71'
FW 20 Marko Pyatsa 81-ci dəqiqədə əvəzetmədən daxil olub 81'
Baş məşqçi:
Xorvatiya Zlatko Daliç

Oyunun adamı:
Antuan Qrizman (Fransa)[1]

Hakim köməkçiləri:[29]
Hernan Maydana (Argentina)
Xuan Pablo Belatti (Argentina)
Dördüncü hakim:
Byörn Keypers (Hollandiya)
Beşinci hakim:
Ervin Zeynstra (Hollandiya)
Video köməkçi hakim:
Massimilyano İrrati (İtaliya)

Paris küçələrində (sol) və Zəfər tağında (sağ) matçdan sonra azarkeşlərin bayram etməsi.

Fransanın baş məşqçisi Didye Deşamp Frans BekkenbauerMario Zaqallodan sonra üçüncü şəxs oldu ki, həm oyunçu olduğu vaxt, həm də məşqçi olaraq Dünya Kubokunu başı üzərinə qaldırdı.[14] Fransa millisinə qızıl medalları və kuboku prezidentlər – Putin, Makron və Qrabar-Kitaroviç tərəfindən leysan yağışın altında verildi.[31]

Xorvatiya millisindən olan Luka Modriç turnirin ən yaxşı oyunçusu seçildi. Antuan Qrizman isə final matçının adamı seçildi. Bundan əlavə, o bu turnirdə 4 qol və 2 asist etməklə bürünc top və gümüş buts mükafatına da layiq görüldü. Mbappe isə turnirin ən yaxşı gənc oyunçusu seçildi.[32]

Fransada isə izdiham hökm sürürdü. Hamı küçəyə çıxaraq səhər açılana kimi bu qələbəni qeyd etdi. Təxminən 90000 insan Eyfel qülləsinin ətrafında yerləşən fanzone-da, 1 milyona yaxın insan isə Yelisey çöllərində bu qələbəni qeyd etdilər.[33][34] Lakin bu bayram keçirmələrin nəticəsində bədbəxt hadisələr də baş verdi. Belə ki, bəzi yerlərdə polislə toqquşmalar yaşandı, 2 nəfər həyatını itirdi.[35][36] Bu zəfərə görə müvəqqəti olaraq bəzi metro stansiyalarının adları dəyişdirildi. Təzə qoyulan adlar isə Fransa millisində oynayan bir sıra futbolçuların adları idi. Xorvatiya tərəfi isə uduzmağına baxmayaraq çox qürurlu və xoşbəxt idi. 16 iyulda Xorvatlar vətənə dönəndə, 550000-ə yaxın azarkeş komandanı Zaqreb Aeroportunda qarşıladı. Komanda Aeroportdan Ban Yelaciç Meydanına qədər avtobusla altı saatlıq tur etdi.[37]

  1. 1 2 "Fransa-Xorvatiya – Oyunun adamı". FIFA.com. Fédération Internationale de Football Association. 15 iyul 2018. 2018-07-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 iyul 2018.
  2. 1 2 3 4 "Matç hesabatı – Final – Xorvatiya - Fransa" (PDF). FIFA.com. Fédération Internationale de Football Association. 15 iyul 2018. 2018-07-15 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 15 iyul 2018.
  3. 1 2 "Start list – Final – France v Croatia" (PDF). FIFA.com. Fédération Internationale de Football Association. 15 iyul 2018. 2018-07-15 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 15 iyul 2018.
  4. "2018-ci ildəki mundial Lujnikidə başlayıb Lujnikidə bitəcək". FIFA.com. Fédération Internationale de Football Association. 15 dekabr 2012. 2017-12-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 noyabr 2017.
  5. "Lujniki stadionu". The Stadium Guide. 2018-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-10.
  6. "Moskva". FIFA.com. Fédération Internationale de Football Association. 2018-06-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 noyabr 2017.
  7. "Luzhniki Stadium". FIFA.com. Fédération Internationale de Football Association. 2017-11-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 noyabr 2017.
  8. 1980 Summer Olympics official report. Arxivləşdirilib 2008-11-18 at the Wayback Machine Volume 2. Part 1. pp. 48–51.
  9. "Luzniky Stadium". Red Hot Chili Peppers. 2014-02-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-07-10.
  10. "U2 in Russia". 2017-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-10.
  11. Stokkermans, Karel. "Dünya Kuboku 1930-2018". RSSSF.com. Rec.Sport.Soccer Statistics Foundation. 5 iyul 2018. 2019-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 iyul 2018.
  12. Douglas, Steve. "Vive la France: Les Bleus advance to World Cup final". The Washington Post. Associated Press. 10 iyul 2018. 2018-07-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 iyul 2018.
  13. Reineking, Jim. "Every FIFA World Cup champion: Brazil, Germany, Italy historically dominate tournament". USA Today. 25 may 2018. 11 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 iyul 2018.
  14. 1 2 Sen, Debayan. "Rəqəmlərlə baxaq – Deşamp Bekkenbauer və Zaqalloya çata bilər?". ESPN. 10 iyul 2018. 2018-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 iyul 2018.
  15. McAleavy, Emma L. "Xorvatların keçmişdən gələn kubok haqq-hesabı". The New York Times. 11 iyul 2018. 2018-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 iyul 2018.
  16. "Xorvatiyanın 20 il əvvəlki yarı final çıxışına təzdən nəzər yetirək". The Irish Independent. Press Association. 10 iyul 2018. 2018-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 iyul 2018.
  17. West, Jenna. "Fransa – Xorvatiya matçlarının tarixi". Sports Illustrated. 11 iyul 2018. 2018-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 iyul 2018.
  18. Wright, Chris. "World Cup 2018 match ball released – yep, that's right, another one". ESPN. 26 iyun 2018. 2018-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 iyul 2018.
  19. "adidas Football Reveals Official Match Ball for the Knockout Stage of the 2018 FIFA World Cup Russia". FIFA.com (Press-reliz). Fédération Internationale de Football Association. 26 iyun 2018. 2018-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 iyul 2018.
  20. "Pitana: Bu sözlə deyə bilmədiyim,qürurverici bir hisdir". FIFA.com. Fédération Internationale de Football Association. 13 iyul 2018. 2018-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 iyul 2018.
  21. "RELIVE: Press Conference on the Closing Ceremony for the 2018 FIFA World Cup Russia". FIFA.com. Fédération Internationale de Football Association. 12 July 2018. 16 June 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 iyul 2018.
  22. Kozlov, Vladimir. "World Cup: Will Smith Nicky Jam'lə birlikdə turnirin bağlanış mərasimində performans göstərəcək". Billboard (jurnal). 13 iyul 2018. 2021-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 iyul 2018.
  23. "Hollywood star Will Smith brings down curtain on Russia World Cup". Reuters. 15 iyul 2018. 2018-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 iyul 2018.
  24. Goff, Steven; Fortier, Sam; Wilson, Scott. "France blazes past Croatia to win World Cup title for the second time". The Washington Post. 15 July 2018. 15 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 iyul 2018.
  25. Austin, Jack. "World Cup final: France and Croatia name unchanged line-ups as Kylian Mbappe starts". The Independent. 15 iyul 2018. 2018-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 iyul 2018.
  26. 1 2 Taylor, Daniel. "France seal second World Cup triumph with 4–2 win over brave Croatia". The Guardian. 15 iyul 2018. 2019-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 iyul 2018.
  27. 1 2 Bull, JJ. "World Cup final 2018, France vs Croatia: live score and latest updates". The Daily Telegraph. 15 iyul 2018. 2018-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 iyul 2018.
  28. Ogden, Mark. "Mbappe powers France to World Cup glory, Croatia reeling after VAR controversy". ESPN. 15 iyul 2018. 2018-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 iyul 2018.
  29. 1 2 3 "Taktiki düzülüş – Final – Fransa-Xorvatiya" (PDF). FIFA.com. Fédération Internationale de Football Association. 15 iyul 2018. 2018-07-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 15 iyul 2018.
  30. "Matç hesabatı: İlk hissə – Final – Fransa-Xorvatiya" (PDF). FIFA.com. Fédération Internationale de Football Association. 15 iyul 2018. 2018-07-15 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 15 iyul 2018.
  31. "Soaked but smiling, Croatian president wins admirers at World Cup final". Reuters. 16 iyul 2018. 2018-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyul 2018.
  32. "Luka Modriç qızıl topun sahibi olur; Mbappe və Kurtua da mükafatlandırıldı". ESPN. 15 iyul 2018. 2018-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 iyul 2018.
  33. Felix, Bate. "Paris fanzone fills with 90,000 willing 'Les Bleus' to World Cup victory". Reuters. 15 iyul 2018. 2018-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 iyul 2018.
  34. Chrisafis, Angelique. "Paris celebrates World Cup win as one million fans fill Champs-Élysées". The Guardian. 15 July 2018. 16 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 iyul 2018.
  35. Samuel, Henry; Chandler-Wilde, Helen. "Parisdə iki nəfər bədbəxt qəzalar nəticəsində həyatını itirdi". The Telegraph. 16 iyul 2018. 2018-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyul 2018. (Registration required (help)).
  36. "Paris polisi 102 nəfər xuliqanı həbs etdi". ESPN. 16 iyul 2018. 2018-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyul 2018.
  37. Ilic, Igor. "Xorvatiyalılar tarixi uğuru qeyd etmək üçün komandanın yanındadır". Reuters. 16 iyul 2018. 2018-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyul 2018.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]