2019 Avroviziya Mahnı Müsabiqəsi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
2019 Avroviziya Mahnı Müsabiqəsi
"Dare to Dream"
"azərb. Xəyal Etməyə Cəsarət Et‎"
Müsabiqə afişası
Müsabiqə afişası
I yarımfinal 14 may 2019
II yarımfinal 16 may 2019
Final 18 may 2019
Aparıcı(lar) Erez Tal
Bar Rafaeli
Assi Azar
Lüsi Əyyub
Direktor Yon Ola Sand
Kanal İsrail IPBC (KAN)
Keçirilən yer Expo Tel Aviv, Tel-Əviv, İsrail
Qalib mahnı Niderland Niderland
"Arcade"
Seçki sistemi 50% telesəsvermə
50% münsif səsverməsi
İştirakçıların sayı 41
İlk dəfə iştirak edən ölkələr Olmayıb
Yenidən iştirak edən ölkələr Olmayıb
İştirakdan imtina edən ölkələr Bolqarıstan Bolqarıstan
Ukrayna Ukrayna[1]
Avroviziya Mahnı Müsabiqəsi
◄ 2018        2020 ►

2019 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 2019; fr. Concours Eurovision de la chanson 2019) — sayca 64-cü Avroviziya Mahnı Müsabiqəsidir. Netta Barzilayın ifa etdiyi "Toy" mahnısı ilə 2018 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2019-cu ildə İsrail 20 il sonra yenidən Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdır. 19791999-cu ildən sonra bu İsraildə keçirilən üçüncü Avroviziya müsabiqəsidir. İsrailin paytaxtı olan Qüds şəhəri iki dəfə müsabiqəyə ev sahibliyi etmiş olsa da, Avropa Yayım İttifaqı və IBPC telekanalının birgə qərarı ilə Avroviziya 2019-a ev sahibliyi üçün liman şəhəri olan Tel-Əviv seçilmişdir. Müsabiqə Expo Tel Aviv arenasında, "Dare to Dream" (ing. Xəyal etməyə cəsarət et) şüarı altında keçirilmişdir. Müsabiqənin yarımfinalları 14 və 16 may, final isə 18 may tarixində baş tutmuşdur. Erez Tal, Bar Rafaeli, Assi Azar və Lüsi Əyyub müsabiqəyə aparıcılıq etmişdir[2].

7 noyabr 2018-ci il tarixində Avropa Yayım İttifaqı Tel-Əvivdə keçirilən Avroviziya 2019-da 42 ölkənin iştirak edəcəyini açıqlamışdır. 2018-ci ildə Avroviziyada iştirak edən ölkələrdən Bolqarıstan maliyyə problemləri səbəbindən Tel Əvivdə keçirilən müsabiqədə iştirak etməyəcək. 27 fevral tarixində milli seçim turlarında yaranan gərginliyin ardınca Ukrayna televiziya və radio yayımları şirkəti müsabiqədə iştirak edə bilməyəcəyini elan etmişdir.

18 may tarixində baş tutan final şousunda Niderland təmsilçisi Dankan Lourens ifa etdiyi "Arcade" mahnısı ilə 498 xal toplayaraq qalib gəlmişdir. Bu Niderlandın Avroviziyada 5-ci qalibiyyəti olmuşdur.

Keçirildiyi yer

[redaktə | vikimətni redaktə et]

Netta Barzilayın ifa etdiyi "Toy" mahnısı ilə 2018 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2019-cu ildə İsrail 20 il sonra yenidən Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdır.

Expo Tel Aviv

Müsabiqə 2015-ci ilin yanvar ayında təmirinin başa çatdırıldığı və 10,000 nəfəri qəbul edə biləcək olan Tel-Əviv Konqres mərkəzində keçirilmişdir. Tel-Əviv şəhərinin şimalında, Rokax bulvarında yerləşən məkanda müxtəlif konsertlər, sərgilər, toplantılar və s. keçirilir. 2018-ci ilin aprel ayında məkan 44 ölkənin iştirak etdiyi Avropa Cüdo Çempionatına ev sahibliyi etmişdir.

Tender mərhələsi

[redaktə | vikimətni redaktə et]

Avroviziya 2018-də qələbə qazandıqdan sonra səhnədə Netta Barzilay 2019 Avroviziya Mahnı Müsabiqəsinin paytaxt Qüdsdə keçiriləcəyini elan etmişdir. İsrailin baş naziri Benyamin Netanyahu da öz Twitter hesabından Avroviziyanın Qüdsdə keçiriləcəyini qeyd etmişdir.[3][4] Lakin bu qərar Avropa Yayım İttifaqı (AYİ) tərəfindən hələ ki, öz təsdiqini tapmayıb.

İsrailin maliyyə naziri Moşe Kaxlon Maariv qəzetinə müsahibədə müsabiqənin yalnız Qüdsdə keçirilə biləcəyini vurğulamış və müsabiqənin dəyərinin 120 milyon Yeni İsrail şekeli olacağını qeyd etmişdir. Qüds meri Nir Barkat müsabiqənin 1979 və 1999-cu illərdə keçirildiyi Beynəlxalq Konvensiya mərkəzinin Avroviziya 2019 üçün çox kiçik olduğunu bildirərək, Teddy Stadium və eyni zamanda Jerusalem Arenanı müsabiqə üçün uyğun görmüşdür.[5]

Müsabiqə üçün nəzərdə tutulan digər arena isə Təl-Əvivdə yerləşən Menora Mivtachim Arena olsa da, şəhər meri Ron Hulday Təl-Əvivin Avroviziya 2019-a ev sahibliyi etməyəcəyini açıqlamışdır. Digər mümkün məkanlar isə Hayfada yerləşən Sammy Ofer Stadium və Beer-Şevada yerləşən Turner Stadiumdur. Lakin hər iki stadionun tavanı yoxdur və müsabiqənin qaydalarını görə müsabiqə qapalı arenada keçirilməlidir.

Şəhər Arena Tutum Qeyd
Beer-Şeva Turner Stadium 16,126 Təklif stadionu əhatə edən müvəqqəti və ya daimi bir tavanın inşasına bağlı idi.
Eylat Limandakı anqarlar 10,000 Təklif iki anqarın birləşdirilərək bir stadion yaradılmasına və beləliklə AYİ-nin şərtlərinə uyğun olmasına bağlı idi.
Hayfa Sammy Ofer Stadium 30,870 Təklif stadionu əhatə edən müvəqqəti və ya daimi bir tavanın inşasına bağlı idi.
Qüds Teddy Stadium 31,733 Təklif stadionu əhatə edən müvəqqəti və ya daimi bir tavanın inşasına bağlı idi.
Jerusalem Arena 15,654
Təl-Əviv Expo Tel Aviv 9,000

Yarımfinallara bölünmə səbətləri

[redaktə | vikimətni redaktə et]

İştirakçı ölkələrin hansı yarımfinallarda iştirak edəcəyini müəyyən etmək məqsədilə 28 yanvar 2019 tarixində Assi Azar və Lüsi Əyyubun aparıcılığında Tel-Əvivdə püşkatma keçirilmişdir.

Püşkatmanın ilk mərhələsində ev sahibi-ölkə İsrail və Böyük beşlik ölkələrinin hansı yarımfinallarda səs verəcəkləri və ifa edəcəkləri müəyyən edilmişdir. İkinci mərhələdə ölkələrin hansı yarımfinallarda iştirak edəcəkləri və yarımfinalların neçənci hissəsində (birinci və ya ikinci) ifa edəcəkləri təyin olunmuşdur. Birinci yarımfinalda 17, ikinci yarımfinalda isə 18 ölkə iştirak etmişdir. Hər yarımfinalda ilk onluğa daxil olan ölkələr, ev sahibi ölkə və 'Böyük beşlik' də daxil olmaqla cəmi 26 ölkə finalda iştirak etmişdir. AYİ, 26 yanvar 2019 tarixində yarışmanın rəsmi telesəsvermə üzrə sponsoru Digame-nin apardığı hesablamalar nəticəsində 36 ölkədən müsabiqənin tarixində ənənəvi olaraq bir-birlərinə səs verənləri təyin edərək, 6 səbətə ayırmışdır.

1-ci Səbət 2-ci Səbət 3-cü Səbət 4-cü Səbət 5-ci Səbət 6-cı Səbət
  1. Ukrayna püşkatmadan bir ay sonra müsabiqədə iştirakını dayandırdı.

İnterval aktlar

[redaktə | vikimətni redaktə et]
Madonna Avroviziya finalında Quavo ilə birlikdə çıxış etmişdir.

16 may 2019-cu il tarixdə AYİ Madonnanın Quavo ilə birlikdə Avroviziya finalında səhnə alacağını elan etmişdir. Birinci yarımfinalın açılışını Netta Barzilay "Toy" mahnısın yeni versiyası ilə etmişdir. İnterval akt olaraq isə Avroviziya 1998-in qalibi Dana International "Just the Way You Are" mahnısı ilə çıxış etmişdir. İkinci yarımfinalda əlillərdən təşkil olunmuş Shalva band "Million Dreams" mahnısı ilə səhnə almışdırlar. Finalda Madonna və Quavo ilə yanaşı keçmiş Avroviziya ulduzları Konçita Vurst, Mons Selmerlöv, Eleni Fureyra, Verka Serdyuçka, Qali Atari, Ilanit, Dana International, Nadav Qedj və Netta Barzilay çıxış etmişdir. Finalda eyni zamanda dünyaca məşhur İsrail aktrisası və modeli Qal Qadot da yer almışdır.[6][7][8][9]

İştirakçı ölkələr

[redaktə | vikimətni redaktə et]
  Birinci yarımfinalda iştirak edən ölkələr
  Finalda birbaşa iştirak edən və birinci yarımfinalda səs verən ölkələr
  İkinci yarımfinalda iştirak edən ölkələr
  Finalda birbaşa iştirak edən və ikinci yarımfinalda səs verən ölkələr

41 ölkənin iştirak etdiyi Avroviziya 2019 otuz beş ölkənin final uğrunda mübarizə apardığı iki yarımfinal mərhələsindən (birinci yarımfinalda on yeddi, ikinci yarımfinalda on səkkiz ölkə) və iyirmi altı ölkənin qalibiyyət uğrunda mübarizə apardığı final mərhələsindən təşkil olunacaqdır. "Böyük Beşlik" ölkələri (Almaniya, Böyük Britaniya, Fransa, İspaniya, İtaliya) və ev sahibi İsrail müsabiqənin finalında birbaşa iştirak etmək hüququ qazanmışdırlar.

Yenidən iştirak edən ifaçılar

[redaktə | vikimətni redaktə et]

1-ci yarımfinal

[redaktə | vikimətni redaktə et]

14 may tarixində baş tutan yarımfinal mərhələsində 17 ölkə iştirak etmişdir. Bu yarımfinalda iştirak edən bütün ölkələr və eyni zamanda Fransa, İsrailİspaniya səsvermədə iştirak etmişdir. 50% telesəsvermə, 50% münsif səslərinin tətbir olunduğu yeni səsvermə metodu ilə ən çox səs toplayan 10 ölkə müsabiqənin finalına vəsiqə qazanmışdır.

Cədvəldə işarələnmiş ölkələr müsabiqənin final mərhələsinə vəsiqə qazanmışdırlar.

Ölkə[10] Dil Müğənni(lər)[10] Mahnı Tərcümə Yer Xal
01 Kipr Kipr İngiliscə Tamta "Replay" Təkrar oynat 9 149
02 Monteneqro Monteneqro İngiliscə D mol "Heaven" Cənnət 16 46
03 Finlandiya Finlandiya İngiliscə Darude ilə Sebastian Reyman "Look Away" Üz döndər 17 23
04 Polşa Polşa Polyakca, İngiliscə Tulia "Fire of Love (Pali się)" Sevgi atəşi (Yan) 11 120
05 Sloveniya Sloveniya Slovencə Zala Kraly və Qaşper Şantl "Sebi" Özünə 6 167
06 Çexiya Çexiya İngiliscə Lake Malawi "Friend of a Friend" Dostumun dostu 2 242
07 Macarıstan Macarıstan Macarca Yoçi Papai "Az én apám" Mənim atam 12 97
08 Belarus Belarus İngiliscə ZENA "Like It" Bəyən 10 122
09 Serbiya Serbiya Serbcə, İngiliscə Nevena Bojoviç "Kruna" (Круна) Tac 7 156
10 Belçika Belçika İngiliscə Eliot "Wake Up" Oyan 13 70
11 Gürcüstan Gürcüstan Gürcücə, Abxazca[q 1] Oto Nemsadze "Keep On Going" İrəliləməyə davam et 14 62
12 Avstraliya Avstraliya İngiliscə Keyt Miller-Haydki "Zero Gravity" Sıfır cazibə 1 261
13 İslandiya İslandiya İslandca Hatari "Hatrið mun sigra" Nifrət qalib gələcək 3 221
14 Estoniya Estoniya İngiliscə Viktor Kron "Storm" Fırtına 4 198
15 Portuqaliya Portuqaliya Portuqalca Konan Oziriş "Telemóveis" Mobil telefonlar 15 51
16 Yunanıstan Yunanıstan İngiliscə Katerina Duska "Better Love" Daha yaxşı sevgi 5 185
17 San-Marino San-Marino İngiliscə, Türkcə Serhat "Say Na Na Na" Na na na de 8 150
  1. Mahnının adı ingiliscə olsa da, mahnı gürcü dilində ifa edilmişdir.

2-ci yarımfinal

[redaktə | vikimətni redaktə et]

16 may tarixində baş tutan yarımfinal mərhələsində 18 ölkə iştirak etmişdir. Bu yarımfinalda iştirak edən bütün ölkələr və eyni zamanda Almaniya, Böyük Britaniyaİtaliya səsvermədə iştirak etmişdir. 50% telesəsvermə, 50% münsif səslərinin tətbir olunduğu yeni səsvermə metodu ilə ən çox səs toplayan 10 ölkə müsabiqənin finalına vəsiqə qazanmışdır.

Cədvəldə işarələnmiş ölkələr müsabiqənin final mərhələsinə vəsiqə qazanmışdırlar.

Ölkə[11] Dil Müğənni(lər)[11] Mahnı Tərcümə Yer Xal
01 Ermənistan Ermənistan İngiliscə Srbuk "Walking Out" Çölə çıxmaq 16 49
02 İrlandiya İrlandiya İngiliscə Sara MakTernan "22" - 18 16
03 Moldova Moldova İngiliscə Anna Odobesku "Stay" Qal 12 85
04 İsveçrə İsveçrə İngiliscə Luka Henni "She Got Me" Məni tutdu 4 232
05 Latviya Latviya İngiliscə Carousel "That Night" O gecə 15 50
06 Rumıniya Rumıniya İngiliscə Ester Peoni "On a Sunday" Bazar günündə 13 71
07 Danimarka Danimarka İngiliscə, Fransızca,
Danca, Almanca
Leonora "Love is Forever" Sevgi əbədidir 10 94
08 İsveç İsveç İngiliscə Con Lundvik "Too Late for Love" Sevgi üçün çox gec 3 238
09 Avstriya Avstriya İngiliscə Paenda "Limits" Hüdudlar 17 21
10 Xorvatiya Xorvatiya İngiliscə, Xorvatca Roko Blajeviç "The Dream" Yuxu 14 64
11 Malta Malta İngiliscə Mikela Paç "Chameleon" Buqələmun 8 157
12 Litva Litva İngiliscə Yuriy Veklenko "Run with the Lions" Şirlərlə qaç 11 93
13 Rusiya Rusiya İngiliscə Sergey Lazarev "Scream" Qışqırıq 6 217
14 Albaniya Albaniya Albanca Yonida Maliçi "Ktheju tokës" Vətəninə dön 9 96
15 Norveç Norveç İngiliscə, Şimali Saamca KEiiNO "Spirit in the Sky" Səmadakı ruh 7 210
16 Niderland Niderland İngiliscə Dankan Lourens "Arcade" Arkada 1 280
17 Şimali Makedoniya Şimali Makedoniya İngiliscə Tamara Todevska "Proud" Məğrur 2 239
18 Azərbaycan Azərbaycan İngiliscə Çingiz Mustafayev "Truth" Həqiqət 5 224

Finalçılar:

  • "Böyük Beşlik" ölkələri (Almaniya, Böyük Britaniya, Fransa, İspaniya və İtaliya);
  • Ev sahibi ölkə (İsrail);
  • Birinci yarımfinal mərhələsindən ilk onluğa daxil olan ölkələr;
  • İkinci yarımfinal mərhələsindən ilk onluğa daxil olan ölkələr.

18 may tarixində keçirilən final mərhələsində 26 ölkə iştirak etmişdir. Müsabiqədə iştirak edən bütün ölkələr səsvermədə iştirak etmişdir və Niderland təmsilçisi ən çox səs toplayaraq müsabiqənin qalibi elan edilmişdir.

Ölkə[12] Dil Müğənni[12] Mahnı Tərcümə Yer[13] Xal
01 Malta Malta İngiliscə Mikela Paç "Chameleon" Buqələmun 14 107
02 Albaniya Albaniya Albanca Yonida Maliçi "Ktheju tokës" Vətəninə dön 17 90
03 Çexiya Çexiya İngiliscə Lake Malawi "Friend of a Friend" Dostumun dostu 11 157
04 Almaniya Almaniya İngiliscə S!sters "Sister" Bacı 25 24
05 Rusiya Rusiya İngiliscə Sergey Lazarev "Scream" Qışqırıq 3 370
06 Danimarka Danimarka İngiliscə, Fransızca,
Danca, Almanca
Leonora "Love is Forever" Sevgi əbədidir 12 120
07 San-Marino San-Marino İngiliscə, Türkcə Serhat "Say Na Na Na" Na na na de 19 77
08 Şimali Makedoniya Şimali Makedoniya İngiliscə Tamara Todevska "Proud" Məğrur 7 305
09 İsveç İsveç İngiliscə Con Lundvik "Too Late for Love" Sevgi üçün çox gec 5 334
10 Sloveniya Sloveniya Slovencə Zala Kraly və Qaşper Şantl "Sebi" Özünə 15 105
11 Kipr Kipr İngiliscə Tamta "Replay" Təkrar oynat 13 109
12 Niderland Niderland İngiliscə Dankan Lourens "Arcade" Arkada 1 498
13 Yunanıstan Yunanıstan İngiliscə Katerina Duska "Better Love" Daha yaxşı sevgi 21 74
14 İsrail İsrail (ev sahibi-ölkə) İngiliscə Kobi Marimi "Home" Ev 23 35
15 Norveç Norveç İngiliscə, Şimali Saamca KEiiNO "Spirit in the Sky" Səmadakı ruh 6 331
16 Böyük Britaniya Böyük Britaniya İngiliscə Maykl Rays "Bigger than Us" Bizdən daha böyük 26 11
17 İslandiya İslandiya İslandca Hatari "Hatrið mun sigra" Nifrət qalib gələcək 10 232
18 Estoniya Estoniya İngiliscə Viktor Kron "Storm" Fırtına 20 76
19 Belarus Belarus İngiliscə ZENA "Like It" Bəyən 24 31
20 Azərbaycan Azərbaycan İngiliscə Çingiz Mustafayev "Truth" Həqiqət 8 302
21 Fransa Fransa Fransızca, İngiliscə Bilal Həsəni "Roi" Kral 16 105
22 İtaliya İtaliya İtalyanca, Ərəbcə Mahmud "Soldi" Pul 2 472
23 Serbiya Serbiya Serbcə, İngiliscə Nevena Bojoviç "Kruna" (Круна) Tac 18 89
24 İsveçrə İsveçrə İngiliscə Luka Henni "She Got Me" Məni tutdu 4 364
25 Avstraliya Avstraliya İngiliscə Keyt Miller-Haydki "Zero Gravity" Sıfır qravitasiya 9 284
26 İspaniya İspaniya İspanca Miki "La venda" Sarğı 22 54

1-ci yarımfinal

[redaktə | vikimətni redaktə et]
1-ci yarımfinal
Yer SMS səsvermə Xal Münsif Xal
1 İslandiya İslandiya 151 Çexiya Çexiya 157
2 Avstraliya Avstraliya 140 Yunanıstan Yunanıstan 131
3 Estoniya Estoniya 133 Avstraliya Avstraliya 121
4 San-Marino San-Marino 124 Kipr Kipr 95
5 Sloveniya Sloveniya 93 Serbiya Serbiya 91
6 Çexiya Çexiya 86 Belarus Belarus 78
7 Serbiya Serbiya 65 Sloveniya Sloveniya 74
8 Polşa Polşa 60 İslandiya İslandiya 70
9 Yunanıstan Yunanıstan 54 Macarıstan Macarıstan 65
10 Kipr Kipr 54 Estoniya Estoniya 65
11 Belarus Belarus 44 Polşa Polşa 60
12 Portuqaliya Portuqaliya 43 Belçika Belçika 50
13 Gürcüstan Gürcüstan 33 Monteneqro Monteneqro 31
14 Macarıstan Macarıstan 32 Gürcüstan Gürcüstan 29
15 Belçika Belçika 20 San-Marino San-Marino 26
16 Monteneqro Monteneqro 15 Finlandiya Finlandiya 9
17 Finlandiya Finlandiya 14 Portuqaliya Portuqaliya 8
  Münsif səsverməsi
  SMS səsverməsi
Səsvermə nəticələri
Cəmi Kipr Monteneqro Finlandiya Polşa Sloveniya Çexiya Macarıstan Belarus Serbiya Belçika Gürcüstan Avstraliya İslandiya Estoniya Portuqaliya Yunanıstan San-Marino Fransa İsrail İspaniya
Kipr 149 95 8 4 7 10 4 8 3 5 1 8 1 12 8 6 4 6
54 4 1 3 1 10 3 1 12 10 8 1
Monteneqro 46 31 4 12 5 10
15 7 8
Finlandiya 23 9 1 2 4 2
14 2 12
Polşa 120 60 1 3 7 8 6 3 8 7 3 5
60 6 1 7 6 5 5 5 8 2 5 8 2
Sloveniya 167 74 5 1 5 8 12 3 7 7 4 5 8 1 4 4
93 8 7 8 5 7 8 10 3 5 5 7 7 5 3 2 3
Çexiya 242 157 1 3 8 7 12 10 7 10 8 12 12 10 12 12 8 3 8 6 8
86 2 3 5 5 5 4 3 1 6 1 10 12 8 4 1 4 6 5
Macarıstan 97 65 6 1 6 2 4 2 6 2 1 6 5 7 10 7
32 2 3 6 2 12 1 3 3
Belarus 122 78 8 8 12 4 4 3 3 10 6 7 1 4 1 7
44 6 5 2 2 3 4 7 2 6 1 2 4
Serbiya 156 99 6 7 3 10 5 6 7 5 6 3 6 6 4 6 5 3 3
65 5 12 1 4 12 4 2 4 3 3 6 2 6 1
Belçika 70 50 10 2 3 6 3 2 4 10 2 3 5
20 3 1 1 4 2 5 4
Gürcüstan 62 29 7 2 1 2 10 5 2
33 10 1 10 1 4 7
Avstraliya 261 121 5 12 12 5 8 5 12 4 12 1 2 10 6 7 8 12
140 4 7 8 10 4 10 5 10 7 10 10 5 10 8 6 7 12 7
İslandiya 221 70 8 4 4 5 4 1 1 10 10 2 2 7 12
151 1 6 12 12 10 6 10 12 6 7 6 12 6 8 7 7 10 3 10
Estoniya 198 65 6 1 6 12 1 7 8 7 5 1 10 1
133 7 2 10 7 8 8 8 6 3 12 8 7 7 12 3 8 1 10 6
Portuqaliya 51 8 3 2 2 1
43 3 2 8 2 4 12 12
Yunanıstan 185 131 12 12 7 10 5 4 5 2 6 10 7 8 4 12 5 12 10
54 12 1 1 2 4 4 8 5 12 3 2
San-Marino 150 26 2 10 3 1 2 3 3 2
124 8 10 4 6 3 12 12 7 5 2 12 6 4 10 6 4 5 8
Münsif səsverməsi
[redaktə | vikimətni redaktə et]

Aşağıdakı cədvəldə 1-ci yarımfinalda iştirak edən ölkələrin münsif səsverməsindən gələn maksimum 12 xallar göstərilmişdir:

Say İştirakçı ölkə 12 xal verən ölkələr
5 Avstraliya Belçika, Finlandiya, İslandiya, İspaniya, Polşa
Çexiya Avstraliya, Estoniya, Gürcüstan, Portuqaliya, Sloveniya
4 Yunanıstan İsrail, Kipr, Monteneqro, San-Marino
1 Belarus Macarıstan
Estoniya Belarus
İslandiya Fransa
Kipr Yunanıstan
Monteneqro Serbiya
Sloveniya Çexiya
SMS səsverməsi
[redaktə | vikimətni redaktə et]

Aşağıdakı cədvəldə 1-ci yarımfinalda iştirak edən ölkələrin SMS səsverməsindən gələn maksimum 12 xallar göstərilmişdir:

Say İştirakçı ölkə 12 xal verən ölkələr
4 İslandiya Avstraliya, Belarus, Finlandiya, Polşa
3 San-Marino Çexiya, Gürcüstan, Macarıstan
2 Estoniya Belçika, Portuqaliya
Portuqaliya Fransa, İspaniya
Serbiya Monteneqro, Sloveniya
Yunanıstan Kipr, San-Marino
1 Avstraliya İsrail
Çexiya İslandiya
Finlaniya Estoniya
Kipr Yunanıstan
Macarıstan Serbiya

2-ci yarımfinal

[redaktə | vikimətni redaktə et]
  Münsif səsverməsi
  SMS səsverməsi
Səsvermə nəticələri
Cəmi Ermənistan İrlandiya Moldova İsveçrə Latviya Rumıniya Danimarka İsveç Avstriya Xorvatiya Malta Litva Rusiya Albaniya Norveç Niderland Şimali Makedoniya Azərbaycan Almaniya İtaliya Böyük Britaniya
Ermənistan 49 26 2 4 2 1 1 6 6 2 2
23 2 10 5 6
İrlandiya 16 13 5 8
3 3
Moldova 85 58 5 5 12 6 2 5 5 3 2 6 3 4
27 3 12 2 5
İsveçrə 232 95 6 10 3 4 12 7 10 5 2 5 8 8 5 2 8
137 8 6 6 3 7 6 4 12 8 12 4 4 6 7 8 2 10 12 6 6
Latviya 50 37 3 7 6 7 1 3 5 5
13 1 12
Rumıniya 71 47 2 12 1 12 1 8 4 2 5
24 1 12 10 1
Danimarka 94 53 3 1 2 7 2 4 3 5 3 5 12 6
41 1 2 2 5 10 2 1 2 3 1 8 4
İsveç 238 150 12 12 10 12 4 12 12 4 10 10 7 12 12 4 7 10
88 4 5 8 4 1 10 1 4 7 5 2 4 10 10 1 3 5 4
Avstriya 21 21 1 1 2 8 6 1 1 1
0
Xorvatiya 64 26 1 5 5 2 5 8
38 2 5 1 1 8 1 3 3 10 1 3
Malta 157 107 10 4 7 4 4 5 4 2 6 3 8 6 4 10 7 6 6 10 1
50 7 4 3 2 2 5 2 1 3 1 4 6 2 8
Litva 93 16 3 6 3 3 1
77 12 5 1 10 4 7 3 1 5 12 2 2 1 12
Rusiya 217 93 7 8 1 3 6 3 7 3 8 4 8 3 7 10 12 3
124 12 7 10 3 12 8 3 3 4 3 5 10 2 4 3 7 12 7 7 2
Albaniya 96 38 2 2 5 7 12 7 3
58 12 3 2 3 6 2 12 4 2 12
Norveç 210 40 1 7 3 6 8 5 3 4 1 2
170 5 10 4 10 8 5 12 12 10 10 8 8 8 12 12 3 5 10 8 10
Niderland 280 140 4 8 12 8 8 7 10 10 8 12 12 1 4 10 6 4 10 4 2
140 10 8 7 6 7 6 8 5 6 7 10 6 7 10 5 8 8 8 3 5
Şimali Makedoniya 239 155 8 10 6 8 5 10 10 8 12 2 2 10 12 7 4 10 12 7 12
84 6 7 4 1 6 5 12 6 2 6 8 1 6 7 6 1
Azərbaycan 224 103 5 6 10 7 1 1 6 7 7 8 4 10 6 1 8 3 6 7
121 3 8 4 6 10 7 8 7 5 4 7 12 7 6 7 5 4 4 7
Münsif səsverməsi
[redaktə | vikimətni redaktə et]

Aşağıdakı cədvəldə 2-ci yarımfinalda iştirak edən ölkələrin münsif səsverməsindən gələn maksimum 12 xallar göstərilmişdir:

Say İştirakçı ölkə 12 xal verən ölkələr
7 İsveç Avstriya, Danimarka, Ermənistan, İrlandiya, Latviya, Niderland, Norveç
4 Şimali Makedoniya Albaniya, Almaniya, Böyük Britaniya, Xorvatiya
3 Niderland İsveçrə, Litva, Malta
2 Rumıniya Moldova, Rusiya
1 Albaniya Şimali Makedoniya
Danimarka İtaliya
İsveçrə İsveç
Moldova Rumıniya
Rusiya Azərbaycan
SMS səsverməsi
[redaktə | vikimətni redaktə et]

Aşağıdakı cədvəldə 2-ci yarımfinalda iştirak edən ölkələrin SMS səsverməsindən gələn maksimum 12 xallar göstərilmişdir:

Say İştirakçı ölkə 12 xal verən ölkələr
4 Norveç Albaniya, Danimarka, İsveç, Niderland
3 Albaniya İsveçrə, İtaliya, Şimali Makedoniya
İsveçrə Almaniya, Avstriya, Malta
Litva Böyük Britaniya, İrlandiya, Norveç
Rusiya Azərbaycan, Ermənistan, Latviya
1 Azərbaycan Rusiya
Latviya Litva
Moldova Rumıniya
Rumıniya Moldova
Şimali Makedoniya Xorvatiya
  Münsif səsverməsi
  SMS səsverməsi
Səsvermə nəticələri
Cəmi Portuqaliya Azərbaycan Malta Şimali Makedoniya San-Marino Niderland Monteneqro Estoniya Polşa Norveç İspaniya Avstriya Böyük Britaniya İtaliya Albaniya Macarıstan Moldova İrlandiya Belarus Ermənistan Rumıniya Kipr Avstraliya Rusiya Almaniya Belçika İsveç Xorvatiya Litva Serbiya İslandiya Gürcüstan Yunanıstan Latviya Çexiya Danimarka Fransa Finlandiya İsveçrə Sloveniya İsrail
Malta 107 87 10 5 8 6 4 8 1 12 4 3 6 3 2 5 1 3 1 1 4
20 4 6 6 4
Albaniya 90 43 7 2 8 7 8 1 2 2 3 3
47 12 7 12 1 5 10
Çexiya 157 150 10 4 1 8 12 6 3 1 4 12 8 3 8 5 5 1 7 7 4 6 12 3 3 4 12 1
7 1 2 2 2
Almaniya 24 24 2 3 5 8 6
0
Rusiya 370 126 12 10 6 10 5 10 6 2 4 1 5 3 1 5 6 10 4 3 2 1 10 4 3 3
244 10 12 4 12 10 12 3 1 2 5 8 12 7 12 5 12 12 7 10 8 1 12 8 8 8 12 12 3 4 12
Danimarka 120 69 7 3 2 5 4 3 12 6 4 1 1 2 7 7 1 4
51 1 5 6 5 6 4 4 7 4 4 1 3 1
San-Marino 77 12 1 5 6
65 10 8 8 10 6 8 1 2 1 1 10
Şimali Makedoniya 305 247 5 8 3 1 3 7 8 10 12 12 10 12 10 12 5 10 10 7 7 4 7 10 12 8 1 8 7 10 7 7 12 2
58 3 5 1 6 6 2 7 12 2 2 12
İsveç 334 241 2 5 12 12 8 12 6 10 2 6 4 2 12 2 12 1 7 12 2 5 8 8 12 2 10 12 12 10 12 8 7 6
93 6 8 3 12 6 5 2 2 8 1 2 3 8 6 10 7 4
Sloveniya 105 46 3 4 10 1 4 4 4 10 6
59 2 4 7 4 2 3 5 6 3 10 10 2 1
Kipr 109 77 3 6 1 5 1 5 1 5 7 8 8 2 7 6 12
32 7 1 12 12
Niderland 498 237 12 7 7 3 7 7 8 8 6 1 3 8 6 6 5 5 6 8 6 12 6 12 7 8 12 6 7 12 8 10 6 12
261 8 7 10 7 6 1 8 10 8 8 7 4 5 7 8 6 8 10 10 12 6 6 5 7 12 6 4 7 3 5 5 6 5 4 7 5 5 6 5 2
Yunanıstan 74 50 6 4 8 4 3 12 10 3
24 10 2 12
  Münsif səsverməsi
  SMS səsverməsi
Cəmi Portuqaliya Azərbaycan Malta Şimali Makedoniya San-Marino Niderland Monteneqro Estoniya Polşa Norveç İspaniya Avstriya Böyük Britaniya İtaliya Albaniya Macarıstan Moldova İrlandiya Belarus Ermənistan Rumıniya Kipr Avstraliya Rusiya Almaniya Belçika İsveç Xorvatiya Litva Serbiya İslandiya Gürcüstan Yunanıstan Latviya Çexiya Danimarka Fransa Finlandiya İsveçrə Sloveniya İsrail
İsrail 35 0
35 1 7 3 5 4 3 12
Norveç 331 40 4 1 1 7 6 5 4 5 7
291 6 1 7 5 3 12 10 8 7 8 12 10 5 10 3 12 8 5 4 1 12 10 12 7 12 5 8 4 12 8 10 12 8 10 8 6 10
Böyük Britaniya 11 8 2 2 2 1 1
3 3
İslandiya 232 46 2 6 3 8 2 10 6 4 5
186 3 1 2 7 2 5 12 10 3 6 8 7 12 1 6 7 3 5 10 7 2 3 8 3 6 5 3 2 7 6 4 1 12 7
Estoniya 76 28 5 1 6 5 1 2 8
48 2 1 10 4 3 10 1 8 8 1
Belarus 31 18 1 1 8 1 7
13 5 8
Azərbaycan 302 202 8 8 4 4 5 2 5 7 4 7 7 8 5 6 7 5 10 6 2 12 5 10 3 4 10 8 6 5 4 6 2 10 7
100 2 1 4 4 3 1 2 3 1 1 3 1 3 2 10 6 6 1 12 3 5 7 4 7 5 3
Fransa 105 67 3 6 5 2 3 3 4 10 4 8 3 1 1 5 2 2 3 2
38 2 4 2 1 4 1 3 3 10 1 3 4
İtaliya 472 219 6 5 12 12 12 6 2 3 4 7 5 7 1 7 8 8 12 12 8 12 3 10 3 7 2 8 1 8 5 5 8 10
253 7 6 12 3 8 10 5 7 7 12 10 8 4 5 4 3 7 8 8 5 1 6 8 4 12 10 7 6 1 10 3 2 3 10 3 12 8 8
Serbiya 89 35 12 4 7 2 3 1 4 2
54 10 12 4 3 8 7 10
İsveçrə 364 152 1 3 2 10 10 6 3 10 5 10 3 10 4 7 4 1 6 7 10 8 5 5 3 6 2 3 5 3
212 5 8 8 4 5 6 4 5 6 10 12 7 3 4 5 4 7 4 8 10 7 7 2 10 5 1 6 2 6 7 7 1 5 6 2 2 4 7
Avstraliya 284 153 7 2 10 2 4 12 10 8 6 2 10 4 12 10 4 6 2 7 10 2 4 10 4 5
131 4 3 2 2 6 4 5 3 10 6 1 10 2 1 2 2 4 5 4 5 1 10 3 6 8 2 6 6 2 6
İspaniya 54 1 1
53 12 2 3 2 4 6 2 4 1 7 5 5
Münsif səsverməsi
[redaktə | vikimətni redaktə et]

Aşağıdakı cədvəldə iştirak edən bütün ölkələrin peşəkar münsiflər heyətinin finalda iştirak edən ölkələrə verdiyi maksimum 12 xallar göstərilmişdir:

Say İştirakçı ölkə 12 xal verən ölkələr
10 İsveç Avstraliya, Çexiya, Danimarka, Ermənistan, Estoniya, Finlandiya, İrlandiya, İslandiya, İspaniya, Niderland
6 İtaliya Almaniya, Belçika, Malta, San-Marino, Şimali Makedoniya, Xorvatiya
Niderland Fransa, İsrail, İsveç, Latviya, Litva, Portuqaliya
Şimali Makedoniya Albaniya, Avstriya, Böyük Britaniya, İsveçrə, Moldova, Serbiya
4 Çexiya Gürcüstan, Macarıstan, Norveç, Sloveniya
2 Avstraliya Polşa, Rumıniya
1 Azərbaycan Rusiya
Danimarka İtaliya
Kipr Yunanıstan
Malta Belarus
Rusiya Azərbaycan
Serbiya Monteneqro
Yunanıstan Kipr
SMS səsverməsi
[redaktə | vikimətni redaktə et]

Aşağıdakı cədvəldə iştirak edən bütün ölkələrdən gələn SMS səsverməsinin nəticəsi olaraq finalda iştirak edən ölkələrə göndərilən maksimum 12 xallar göstərilmişdir:

Say İştirakçı ölkə 12 xal verən ölkələr
11 Rusiya Albaniya, Azərbaycan, Belarus, Çexiya, Ermənistan, Estoniya, İsrail, Latviya, Litva, Moldova, San-Marino
8 Norveç Almaniya, Avstraliya, Böyük Britaniya, Danimarka, İrlandiya, İslandiya, İsveç, Niderland
4 İtaliya İspaniya, İsveçrə, Malta, Xorvatiya
3 İslandiya Finlandiya, Macarıstan, Polşa
2 Albaniya İtaliya, Şimali Makedoniya
Kipr Gürcüstan, Yunanıstan
Niderland Belçika, Rumıniya
Şimali Makedoniya Serbiya, Sloveniya
1 Azərbaycan Rusiya
İspaniya Portuqaliya
İsrail Fransa
İsveç Norveç
İsveçrə Avstriya
Serbiya Monteneqro
Yunanıstan Kipr

Digər ölkələr

[redaktə | vikimətni redaktə et]

Aşağıda göstərilən ölkələrin 2019-cu ildə Avroviziyada iştirak etməyəcəkləri təsdiqlənmişdir.

Avropa Yayım İttifaqına üzv ölkələr

[redaktə | vikimətni redaktə et]
  • Andorra Andorra – On il ərzində Avroviziyaya qatılmamasına baxmayaraq, Andorra mətbuatı RTVA telekanalının müsabiqəyə qayıtmaq niyyətində olmasını elan etmişdir. Lakin bu cırtdan ölkənin müsabiqədə bir-birini izləyən uğursuz nəticələri və eyni zamanda maliyyə çətinlikləri telekanalı Avroviziyada iştirakdan çəkindirmişdir. Müsabiqəyə geri dönüş üçün RTVA Andorra Hökumətindən maliyyələşdirmə tələb etmişdir.[14] May ayının 19-da Andorra telekanalı ölkənin 2019-cu ildə Avroviziyada iştirakının baş tutmayacağını bildirmişdir.[15] Andorra Avroviziyada son dəfə Moskvada keçirilən müsabiqədə 2009-cu ildə iştirak etmiş və yarımfinal mərhələsində 15-ci yeri tutmuşdur.
  • Bolqarıstan Bolqarıstan — Bolqarıstan Milli Televiziyası (BNT), 2019 Avroviziya Mahnı Müsabiqəsində ilkin iştirakını təsdiqləsə də, 2018-ci il oktyabr ayının 13-də nümayəndə heyətinin bir çox üzvünün digər layihələrə keçdiyini elan etdilər. 2018-ci il 15 oktyabr tarixində BNT 2019-cu ildə maliyyə çətinliyi səbəbiylə Avroviziyada iştirakdan imtina etdiyini elan etmişdir.[16]
  • Bosniya və Herseqovina Bosniya və Herseqovina — 25 may 2018-ci il tarixdə Bosniya və Herseqovinanın BHRT telekanalı Avropa Yayım İttifaqına olan yüksək miqdarda borc səbəbi ilə ölkənin İsraildə keçirilən müsabiqədə iştirak etməyəcəyini açıqlamışdır.[17] Bosniya və Herseqovina Avroviziyada son dəfə 2016-cı ildə Stokholmda keçirilən müsabiqədə iştirak etmiş və yarımfinal mərhələsində 11-ci yeri tutaraq, finala adlaya bilməmişdi.
  • Lüksemburq Lüksemburq – 21 iyul 2018-ci il tarixdə Lüksemburqun RTL kanalı ölkənin 2019-cu ildə Avroviziyaya geri dönməyəcəyini bildirmişdir.[18] Lüksemburq Avroviziyada son dəfə 1993-cü ildə İrlandiyada keçirilən müsabiqədə iştirak etmiş və 20-ci yeri tutmuşdur.
  • Monako Monako – 17 avqust 2018-ci il tarixdə Monakonun TMC kanalı ölkənin 2019-cu ildə də müsabiqəyə qayıtmayacağını rəsmi olaraq açıqlamışdır.[19] Monako Avroviziyada son dəfə 2006-cı ildə Afinada keçirilən müsabiqədə iştirak etmiş və yarımfinal mərhələsində 21-ci yeri tutmuşdur.
  • Slovakiya Slovakiya – 31 may 2018-ci il tarixdə Slovakiyanın RTVS telekanalı maliyyə problemləri səbəbindən ölkənin Avroviziya 2019-da iştirak etməyəcəyini açıqlamışdır.[20] Slovakiya Avroviziyada son dəfə 2012-ci ildə Bakıda keçirilən müsabiqədə iştirak etmiş və yarımfinal mərhələsində sonuncu yeri tutmuşdur.
  • Türkiyə Türkiyə – İsrailin Avroviziya qələbəsinin ardınca Türkiyənin sabiq baş naziri Binəli Yıldırım açıqlamasında "Müsabiqənin İsraildə, Qüdsdə keçirilməsi üçün planlı şəkildə səsvermə qaydalarına dəyişikliklər etdilər. Bunu dinlər arasında savaşı qızışdırmaq üçün inadına edirlər." söyləmiş və Türkiyənin Avroviziyaya qayıtmaq niyyətində olmamasını vurğulamışdır.[21] Bunun ardınca TRT kanalının baş meneceri İbrahim Eren müxtəlif səbəblərdən dolayı Türkiyənin 2019-cu ildə də Avroviziyada iştirak etməyəcəyini təsdiqləmişdir.[22] Türkiyə Avroviziyada son dəfə 2012-ci ildə Bakıda keçirilən müsabiqədə iştirak etmiş və final mərhələsində 7-ci yeri tutmuşdur.
  • Ukrayna Ukrayna – 27 fevral 2019-cu il tarixdə milli seçim turunda yaranan gərginliyin ardınca Ukrayna televiziya və radio yayımları şirkəti Avroviziya 2019-da iştirak etməyəcəyini elan etmişdir.

Avropa Yayım İttifaqına üzv olmayan ölkələr

[redaktə | vikimətni redaktə et]
  • Kosovo Kosovo – Müstəqilliyi bir neçə Avropa ölkəsi (Serbiya, Bosniya və Herseqovina, İspaniya, Yunanıstan, Rusiya, Ukrayna, Azərbaycan və s.) tərəfindən hələ də tam olaraq tanınmayan Kosovonun RTK telekanalının baş direktoru Mentor Şala telekanalın Avropa Yayım İttifaqına üzv qəbul olunması üçün çalışmaların davam etdiyini bildirmişdir.[23] 2018-ci ilin dekabr ayında Kosovonun AYİ-nə üzv qəbul olunması üçün səsvermə keçiriləcəyi gözlənilsə də,[24] səsvermə 2019-cu ilin sonunadək təxirə salınmışdır.
  • Lixtenşteyn Lixtenşteyn – 4 noyabr 2017-ci il tarixdə Lixteşteynin 1 FL TV telekanalı knyazlığın 2019-cu ildə Avroviziyada debüt etməyi planlaşdırdığını bəyan etmişdir. Lixtenşteynin müsabiqəyə iştirakçı seçmək üçün fərqli musiqi tərzləri üçün açıq olan milli seçim turu təşkil etmək niyyətində olduğu bildirilmişdir.[25] Lakin iyul ayının 26-da 1 FL TV telekanalının direktoru Peter Kölbelin ani vəfatı səbəbi ilə ölkənin 2019-cu ildə də Avroviziyada ilk iştirakının baş tutmayacağı elan edilmişdir.
  • Qazaxıstan Qazaxıstan – 22 dekabr 2017-ci il tarixində Qazaxıstanın 31 kanalının ölkənin Avroviziya 2019-da iştirakı üçün AYİ ilə danışıqlarını uğurla bitirdiyi iddia edilsə də,[26] növbəti gün Avropa Yayım İttifaqı rəsmisi açıqlamasında bildirmişdir: "Kanal 31-in Avropa Yayım İttifaqına üzv seçilmək və eyni zamanda Avroviziyaya qatılmaq barədə müraciət etdiyi doğrudur. Lakin Qazaxıstanın Avropa Yayım ərazisindən kənarda yerləşməsi və Avropa Şurasına üzv olmaması səbəbindən Avropa Yayım İttifaqına üzv qəbul olunması hal-hazırda mümkün deyil."[27][28] 25 iyulda Qazaxıstanın 2018 Avroviziya Uşaq Mahnı Müsabiqəsində iştirak edəcəyi öz təsdiqini tapmışdır.[29] Ökənin Avroviziya 2019-a dəvət edilməsi gözlənilsə də, 2018-ci ilin 23 noyabr tarixində Yon Ola Sand Qazaxıstanın 2019-cu ildə də müsabiqədə iştirak etməyəcəyini təsdiqləmişdir.[30]

Dini tələblər

[redaktə | vikimətni redaktə et]

14 may 2018-ci il tarixdə Birləşmiş Tövrat Yəhudiliyi partiyasının lideri Yaakov Litzman Turizm, Kommunikasiya və Mədəniyyət və İdman nazirlərinə müsabiqəyə görə dini qaydaların pozulmamasını tələb edən məktub göndərmişdir.[31] Yəhudilərə görə şənbə günü (Şabat və ya Müqəddəs Şabat) istirahət günüdür və həmin gün sırf Tövratı öyrənmək, sinaqoq xidmətini ziyarət etmək və dualar oxumaqla keçirilməlidir. Şabat qəbul edilmiş təqvimlə cümə gününün axşamı günəşin batması ilə başlayır və şənbə günü axşam bitir. Adəti üzrə Avroviziya mahnı müsabiqəsinin finalı şənbə günü İsrail vaxtı ilə saat 22.00-da yayımlanır və bu Şabat ilə üst-üstə düşmür. Lakin cümə gecəsi və şənbə günü günorta çağında müsabiqənin final məşqləri keçirilir. Bənzər etirazlar daha öncə 1999-cu ildə də baş verməsinə baxmayaraq, nəticədə müsabiqənin keçirilmə vaxtına dəyişiklik edilməmişdir. Avropa Yayım İttifaqının Avroviziya üzrə komitə sədri Frank-Diter Freylinq məsələ ilə bağlı İsrail telekanalı ilə danışıqların aparıldığını bəyan etmişdir.[32]

Boykot çağırışları

[redaktə | vikimətni redaktə et]

Müsabiqənin İsraildə və gözlənildiyi kimi paytaxt Qüdsdə keçirilməsi ilə əlaqədar olaraq bəzi ölkə təşkilatları narazılıqlarını bildirmiş və İsrail əleyhinə olan BDS (Boykot, Ayırma və Sanksiyalar) hərəkatına dəstək çıxaraq, ölkələri müsabiqəni boykot etməyə çağırmışdırlar.

  • Avstraliya AvstraliyaAvstraliya Yaşıllar Partiyası İsraildə keçiriləcək olan Avroviziya Mahnı Müsabiqəsinin boykot edilməsi məsələsini Avstraliyada mövzüya qoymuşdur. Senator Li Riannon açıqlamasında "Qəzzə sərhədində baş verən son hadisələr İsrail ordusunun açıq bir şəkildə ölümcül hərbi əməliyyatlar keçirdiyini göstərir. Fələstinlilərin ard-arda həyata keçirdiyi aksiyalar ərəfəsində Avroviziyanın İsraildə keçirilməsi kimin yaşayıb, kimin ölməsinə böyük təsiri ola bilər. SBS (Avstraliya telekanalı) müsabiqədə iştirak barədə qərar aldığında bütün bu faktorları nəzərə alacaqdırmı?" SBS telekanalının baş direktoru cavab olaraq "İsrail daha öncə də qələbə qazanıb və müsabiqəyə ev sahibliyi edib və müsabiqənin müxtəlif mədəniyyətləri birlik və bərabərlik şüarı altında bir araya gətirdiyini nəzərə aldıqda Avroviziyanı yayımlamayacığımızı təsəvvür edə bilmirəm." Avstraliya 1 oktyabr tarixində rəsmi olaraq müsabiqədə iştirakını təsdiqləmişdir.
  • Böyük Britaniya Böyük Britaniya – "Ceremi Korbini dəstəkləyirik" qrupunun üzvləri də müsabiqəni boykot etməyə çağırmışdır. Lakin Korbinin özü heç bir açıqlama verməmişdir.[33] Bəzi Liberal Demokratlar partiyası üzvləri partiyanı və Böyük Britaniya hakimiyyətini İsraildə keçirilən müsabiqəni boykot etməyə çağırmışdır.[34] Böyük Britaniyanın BBC telekanalı 19 sentyabr tarixində Avroviziya 2019-da iştirakını təsdiqləmişdir. Daha sonra 2018-ci ilin noyabr ayında Avroviziya 2018-in qalibi Netta Barzilayın Londonda yerləşən gey klublardan birində keçirtdiyi konsert zamanı bir qrup BDS hərəkatı dəstəkləyiciləri klubun qarşısında ifaçı əleyhinə aksiya keçirmişdir. Aksiya iştirakçıları Nettanı "İsrailin işğalçı rejiminin təmsilçisi" adlandırmışdır.[35]
  • İrlandiya İrlandiya – BDS hərəkatını dəstəklədiyi üçün İsrailə girişə qadağan edilən Dublin şəhərinin meri Maykl Mak Donça İrlandiyanın İsraildə keçiriləcək olan Avroviziya 2019-da iştirak etməməli olduğunu söyləmişdir.[36] Şinn Feyn siyasətçisi Linn Boylan Twitter hesabı vasitəsilə müsabiqəni boykot etməyə çağırmışdır. Daha bir neçə irlandiyalı siyasətçi ilə bərabər 1994-cü ildə İrlandiyaya Avroviziyada qələbə qazandıran musiqiçi Çarli MakQettiqan "Başqaları qətlə yetirildiyi zaman biz əylənə bilmərik" söyləyərək, İrlandiya telekanalı RTE-ni müsabiqəni boykot etməyə çağırmışdır.[37] Teleaparıcı Mayk Mörfi də etirazlara qoşulmuşdur.[38] Etirazlara baxmayaraq İrlandiya 16 avqust tarixində rəsmi olaraq Tel-Əvivdə keçirilən Avroviziya 2019-da iştirakını təsdiqləmişdir.
  • İslandiya İslandiya – Ölkənin RÚV telekanalı ilkin olaraq Avroviziya 2019-da iştirakını təsdiqləmiş olsa da, 23,000-dən artıq islandiyalı İsraildə keçirilən müsabiqəni boykot edilməsi üçün petitisiya imzalamışdır.[39] İslandiyalı musiqiçi Dadi Freyr ölkənin müsabiqədə iştirak edəcəyi halda bir daha müsabiqənin seçim turuna qatılmayacağını bildirmiş və paylaşdığı açıqlamada "İsrail Dövləti və ordusu Fələstin xalqına qarşı bu cür şiddət tətbiq edərkən, bizim təmiz bir vicdanla İsraildə keçirilən Avroviziya kimi əyləncəli bir müsabiqədə iştirak etməyimizi təsəvvür edə bilmirəm" söyləmişdir. İslandiya telekanalı etirazların ardınca müsabiqənin boykot edilməsi ilə bağlı son qərarın verilməsi üçün toplantı keçiriləcəyini bəyan etmişdir.[40] İsrailin Tel-Əviv şəhərini müsabiqənin ev sahibi olaraq elan etdiyindən bir gün sonra İslandiya rəsmi olaraq Avroviziya 2019-da iştirakını bir daha təsdiqləmişdir.
  • İsveç İsveç – Ölkənin siyasi partiyalarından biri müsabiqənin İsraildə keçirilməsinə etiraz etmişdir: "İşğal davam edərkən İsrailin bu nəhəng mahnı müsabiqəsinə ev sahibliyi etməsi tamamilə əsassızdır. Biz İsrailin Avroviziyadan humanitar cəhətdən istisna edilməsini istəyirik. Fələstin xalqının zülmü davam edərkən rəqs etməyə davam edə bilmərik."[41] Buna baxmayaraq İsveçin SVT telekanalı Avroviziya 2019-da iştirakını təsdiqləmişdir.

Milli seçim turlarına müdaxilələr

[redaktə | vikimətni redaktə et]

İsrailə qarşı olan BDS hərəkatının dəstəkliyiciləri 19 yanvar tarixində Fransanın keçirdiyi milli seçim turunda səhnəyə atlayaraq "İsraildəki Avroviziyaya heç kəs getməyəcək" yazılmış olan afişaları havaya qaldırmışdırlar. Mühavizəçilərin müdaxiləsi ilə bir qrup gənc səhnədən uzaqlaşdırılmışdır.[42]

20 yanvarda baş tutan İspaniya milli seçim turunun arenası qarşısında bir qrup etirazçı toplanaraq İsrailə qarşı şüarlar səsləndirmişdir.[43]

Baş verən hadisələrin ardınca Avropa Yayım İttifaqı müsabiqədə iştirak edən bütün ölkələrin dövlət telekanallarına bənzər halların bir daha təkrarlanmaması üçün təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı məktub göndərmişdir.[44]

Ukrayna milli seçim turu

[redaktə | vikimətni redaktə et]

Ukraynanın Avroviziya 2019 üçün təşkil etdiyi milli seçim turunda iştirak edən ifaçılardan Maruv "Siren Song" mahnısı ilə yarışmada qələbə qazanaraq Ukraynanı Tel-Əvivdə təmsil etmək hüququnu əldə etmişdir. Lakin bunun ardınca Ukraynanın milli televiziya və radio yayımları şirkəti səsvermənin nəticəsindən asılı olmayaraq, şirkətin qalib ifaçını müsabiqəyə göndərməmək haqqının olduğunu elan etmişdir. Seçim turunda qələbə qazanan Maruva Ukraynanın Avroviziya təmsilçisi ola bilmək üçün Rusiyadakı bütün çıxışlarını təxirə salması ilə bağlı müqavilə imzalaması təklif edilmişdir. Bunun üçün ifaçıya 48 saat vaxt verilmişdir.[45] Bunun ardınca Maruv Rusiya ilə bağlı olan şərt ilə yanaşı həmin müqaviləyə əsasən onun telekanalın icazəsi olmadan Avroviziyada çıxışı zamanı səhnələşdirmədə hansısa bir dəyişiklik etməsinə, jurnalistlərə müsahibə verməsinə aid xüsusi şərtlər də qeyd olunduğunu şəxsi sosial hesabında paylaşmışdır. Şərtlərdən hər hansı birinin pozulacağı halda ifaçı telekanala 2 milyon qrivna cərimə ödəməli idi. Maruv eyni zamanda Tel-Əvivə səyahət də daxil olmaqla telekanalın ona hər hansısa maddi dəstək verməkdən də imtina etdiyini vurğulamışdır.[46] Ukraynanın Mədəniyyət naziri və Xarici işlər nazirinin müavini Vyaçeslav Kırılenko məsələ haqqında bildirmişdir:

" Bir çox insanın düşüncələrini təkrar etmiş ola bilərəm, amma təcavüzkar dövlətdə turlar həyata keçirən və buna davam etməyi planlaşdıran bir müğənni ölkəmizi Avroviziya 2019-da təmsil edə bilməz. "

25 fevral tarixində Maruv və Ukrayna telekanalı rəsmi olaraq Maruvun müqaviləni imzalamağa razılaşmadığı üçün onun ölkəni İsraildə təmsil etməyəcəyini təsdiqləmişdir.[47] Bunun ardınca milli seçim turunda ikinci yeri tutan Freedom Jazz qrupu, növbəti gün isə üçüncü yeri tutan Kazka qrupu telekanalın Ukraynanı təmsil etmək təklifini geri çəkmişdir.[48]

Baş verən gərginlik The New York Times, The Washington Post, Billboard, The Telegraph, The Independent, SBS News, The Irish Independent, Cosmopolitan və s. kimi bir çox dünya mətbuatında yer almışdır.[49]

Nəticədə 27 fevral tarixində Ukrayna rəsmi olaraq Avroviziya 2019-da iştirak edə bilməyəcəyini elan etmişdir.

Xaç simvolu mübahisəsi

[redaktə | vikimətni redaktə et]

Polşanı müsabiqədə təmsil edən mahnı üçün çəkilmiş video klipdə xaç simvolunun yer aldığı üç saniyəlik səhnə son anda klipdən silinmişdir. Bu Polşada böyük etirazlara səbəb olmuş və Avroviziya xristianlığa qarşı ayrı-seçkilikdə ittiham olunmuşdur.[50] Polşanın Avroviziyanı ölkədə yayımlamaq hüququ olan TVP telekanalının baş direktoru Yatsek Kurski ölkə təmsilçiləri Tulia qrupunun albom şirkətini video klipin ilkin versiyasını bərpa etməyə çağırmışdır. Qrupun menecmentliyi etirazlara cavab olaraq xaç simvolunun klipdən silinməsinə əsas səbəbin Avropa Yayım İttifaqının Avroviziyada siyasi və dini işarələrin təbliğ edilməsinin qadağan etməsi ilə əlaqələndirmişdir. Lakin bu bəyanatın əksinə eyni video klipin 31-ci saniyəsində Müqəddəs Yan Nepomukun heykəli göstərilir. Tulia qrupu simvolun klipdən çıxarılması ilə bağlı qərarın onlara aid olmadığını sosial şəbəkədə paylaşmışdır.[51]

14 may tarixində baş tutan birinci yarımfinal zamanı İsrailin KAN telekanalı bir qrup hakerlər tərəfindən kiber hücuma məruz qalmışdır.[52] Hakerlər müsabiqənin yayımlandığı zaman kanalın canlı yayım axınına daxil olaraq qısa müddətlik "İsrail təhlükəsiz deyil, bunu görəcəksiniz", "Raket zərbəsi təhlükəsi. Hamı sığınacaqlara" kimi şüarlar yayımlamışdırlar.[53] KAN və Avropa Yayım İttifaqı hadisə barədə araşdırma başlatmışdır. KAN hadisənin ardınca açıqlama vermişdir: "Birinci yarımfinal zamanı yayın axınımız hücuma məruz qalmış lakin problem cəld bir şəkildə aradan qaldırılmışdır. Həmin şüarların çox insanlar tərəfindən görüldüyünü düşünmürük."[54]

Müsabiqəni canlı yayımlayan ölkələr

[redaktə | vikimətni redaktə et]
  1. "Ukrayna "Evrovision"da iştirakdan imtina etdi". 2020-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-27.
  2. "Bar Refaeli, Erez Tal, Assi Azar & Lucy Ayoub to host Eurovision 2019!". eurovision.tv. 2019-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 yanvar 2019.
  3. "Benjamin Netanyahu on Instagram: "לשנה הבאה בירושלים 🇮🇱🇮🇱🇮🇱"". 2019-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-13.
  4. "Benjamin Netanyahu on Instagram: "נטע, את כפרה אמיתית. הבאת הרבה כבוד למדינת ישראל! לשנה הבאה בירושלים! 🇮🇱🇮🇱🇮🇱"". 2019-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-13.
  5. "Israel mulls venue for hosting Eurovision 2019 Finals". Globes English (ingiliscə). 2018-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-13.
  6. "Lots of Eurovision 2019 news during Host Broadcaster press conference". eurovision.tv. AYİ. 15 aprel 2019. 2019-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-23.
  7. "Viva la Diva! Dana International will open Eurovision 2019 Grand Final with two song medley including "Diva"". wiwibloggs. 23 aprel 2019. 2024-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 aprel 2019.
  8. "Eurovision'19: Netta to Perform "Nana Banana" at Grand Final". Eurovoix. 6 may 2019. 6 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2019.
  9. "Interval Acts for Eurovision Song Contest 2019 revealed". eurovisionworld.com. 10 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 may 2018.
  10. 1 2 "Eurovision Song Contest 2019 First Semi-Final". eurovision.tv. Avropa Yayım İttifaqı. 28 yanvar 2019. 2019-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 yanvar 2019.
  11. 1 2 "Eurovision Song Contest 2019 Second Semi-Final". eurovision.tv. Avropa Yayım İttifaqı. 28 yanvar 2019. 2019-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 yanvar 2019.
  12. 1 2 "Eurovision Song Contest 2019 Grand Final". eurovision.tv. Avropa Yayım İttifaqı. 28 yanvar 2019. 2019-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 yanvar 2019.
  13. "EBU issues statement on Eurovision 2019 Grand Final jury result". eurovision.tv. 22 may 2019. 25 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2019.
  14. "Andorra: Return to Eurovision Dependent on Government Support". Eurovoix (ingiliscə). 17 dekabr 2017. 2018-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 yanvar 2018.
  15. "Andorra: No Participation in Eurovision Events for the Foreseeable Future". 20 May 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 may 2018.
  16. "Official: Bulgaria withdraws from the Eurovision Song Contest". esc-plus. 15 oktyabr 2018. 2018-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-04.
  17. "Bosnia & Herzegovina: BHRT Barred From Competing in Eurovision Contests". 25 may 2018. 19 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 may 2018.
  18. "Luxembourg: RTL Télé Lëtzebuerg Rules out Eurovision Return in 2019". Eurovoix. 21 iyul 2018. 2019-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-04.
  19. "Eurovision Monaco: TMC will not return to Eurovision in 2019 - ESCToday.com". ESCToday. 2018-08-17. 2019-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-17.
  20. "Slovakia: No Return to Eurovision in 2019". 31 may 2018. 13 June 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 December 2018.
  21. "Turkish prime minister claims Israeli win was 'planned'". 2018-06-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 iyun 2018.
  22. "TRT Genel Müdürü'nden Eurovision açıklaması". ABC Gazetesi. 4 avqust 2018. 2019-07-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 avqust 2018.
  23. "Kosovo: RTK to Push for Full EBU Membership Next Week". Eurovoix. 2018-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 iyun 2018.
  24. "Kosovo: EBU to Vote on Full Membership of RTK in December". Eurovoix. 1 iyul 2018. 2018-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-26.
  25. "Liechtenstein: 1 FLTV Plans Eurovision Debut in 2019". eurovoix.com. 4 noyabr 2017. 2018-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 yanvar 2018.
  26. "Kazakhstan's Channel 31 claims: "We will participate in Eurovision 2019!"". ESCXTRA (ingiliscə). 22 dekabr 2017. 2018-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 yanvar 2018.
  27. "The EBU's statement regarding Channel 31 and Kazakhstan's participation in Eurovision". ESCToday (ingiliscə). 23 dekabr 2017. 2017-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 yanvar 2018.
  28. "EBU clarifies potential participation of Kazakhstan at Eurovision 2018". wiwibloggs.com. 23 dekabr 2017. 2017-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 yanvar 2018.
  29. "These are the 19 (!) countries taking part in Junior Eurovision 2018". junioreurovision.tv. Avropa Yayım İttifaqı. 25 iyul 2018. 2018-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 iyul 2018.
  30. "No entry in Eurovision 2019 for Kazakhstan, clarifies Jon Ola Sand". 23 noyabr 2018. 2018-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 noyabr 2018.
  31. "Litzman demands Shabbat not be violated for Eurovision 2019". The Jerusalem Post. 2018-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-19.
  32. "Israel: Orthodox MP requests Eurovision schedule changes to avoid "Sabbath desecration" | wiwibloggs". wiwibloggs (ingiliscə). 2018-05-15. 2022-01-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-19.
  33. "Dave Rich on Twitter". Twitter (ingiliscə). İstifadə tarixi: 2018-05-14.
  34. "UK participation in Eurovision 2019 in Israel would condone "outrageous human rights violations"". Liberal Democrat Voice (ingiliscə). 2018-05-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-05-16.
  35. Harpin, Lee. "BDS protest against Netta's performance at London nightclub Heaven condemned as 'sad'". www.thejc.com. 21 noyabr 2018.
  36. "Ireland: Dublin Lord Mayor Calls for Boycott of Eurovision 2019". Eurovoix (ingiliscə). 13 may 2018.
  37. "Ireland: Eurovision Winner Charlie McGettigan Calls For RTÉ To Boycott Next Years Contest - Eurovoix". Eurovoix (ingiliscə). 2018-05-16. 2018-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-16.
  38. "Former Eurovision Winner Joins Calls For Ireland To Boycott Israel In 2019 | Scribd". Scribd (ingiliscə). 2018-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-17.
  39. "Iceland: Daði Freyr ‏Will Not Participate in 2019 Contest as Thousands Sign Petition For Eurovision Boycott - Eurovoix". Eurovoix (ingiliscə). 2018-05-15. 2022-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-15.
  40. "Iceland: RÚV Considers Withdrawing From Eurovision 2019 - Eurovoix". Eurovoix (ingiliscə). 2018-05-17. 2018-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-17.
  41. "Vänsterpartiet Malmö - Bojkotta Israel". vmalmo.se (isveçcə). 13 may 2018. 14 May 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 May 2018.
  42. "Arxivlənmiş surət". 2019-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-21.
  43. "Arxivlənmiş surət". 2022-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-21.
  44. "Safety first: The EBU sends special letter to all 2019 participating countries following threats to French singers". wiwibloggs. 29 yanvar 2019. 2024-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 yanvar 2019.
  45. "Arxivlənmiş surət". 2019-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-25.
  46. "Ukraine: MARUV Reveals Details Of UA:PBC Eurovision Contract". Eurovoix. 25 fevral 2019. 2019-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-25.
  47. "Ukraine: MARUV Will Not Go To Eurovision". Eurovoix. 2019-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-25.
  48. "Ukraine: Freedom Jazz Reject Proposal to Go to Eurovision 2019". Eurovoix. 26 fevral 2019. 2019-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-26.
  49. "BANG! MARUV makes global headlines after rejecting Ukraine's Eurovision 2019 contract". wiwibloggs (ingiliscə). 2019-02-26. 2022-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-27.
  50. "Ks. Isakowicz-Zaleski: „Co za skrajna durnota!!!"" (polyakca). wmeritum.pl. 2021-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 mart 2019.
  51. "Cenzura? Krzyż usunięty z anglojęzycznej wersji teledysku Tulii "Pali się"" (polyakca). Gość Niedzielny. 2019-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 mart 2019.
  52. "Eurovision 2019: KAN suffers cyber attack during live broadcast of Semi-Final 1". Wiwibloggs (ingiliscə). 14 may 2019. 14 may 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 may 2019.
  53. "האקרים ניסו לפגוע בשידורי האירוויזיון". ynet (ivritcə). 15 may 2019. 14 may 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 may 2019.
  54. "Eurovision'19: KAN's Online Semi-Final One Broadcast Disrupted By Hackers". Eurovoix (ingiliscə). 15 may 2019. 17 may 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 may 2019.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]