Ktheju tokës
"Ktheju tokës" | |
---|---|
2018 Avroviziya Mahnı Müsabiqəsi mahnısı | |
Ölkə | Albaniya |
Müğənni(lər) | Yonida Maliçi |
Dil | Albanca |
Bəstəkar(lar) | Eriona Ruşiti |
Sözləri | Eriona Ruşiti |
Yarımfinal nəticəsi | |
Yarımfinal | 2-ci yarımfinal |
Yeri | 10-cu |
Xalı | 96 |
Final nəticəsi | |
Yeri | 17-ci |
Xalı | 90 |
Xronologiya | |
◄ Mall (2017) |
Ktheju tokës (azərb. Vətəninə dön) — Albaniyanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.[1]
Yonida Maliçi "Ktheju tokës" mahnısı ilə Albaniyada keçirilən sayca 57-ci Festivali i Këngës mahnı festivalında qələbə qazanmış və ölkəsini həmin mahnı ilə İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmək hüququ əldə etmişdir. Mahnının musiqisi və sözləri alban bəstəkarı Eriona Ruşitiyə aiddir.
Maliçi Wiwibloggs saytına verdiyi müsahibədə mahnının həm albanlar üçün, həm immiqrantlar üçün və həm də bütün dünya insanları üçün yazıldığını söyləmişdir. Mahnının sözlərində Kosovo müharibəsinin ardınca yaşanan alban immiqrasiyası mövzusuna toxunulur.[2]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Albania: Jonida Maliqi to Eurovision 2019". Eurovoix. 22 dekabr 2018. 2019-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-24.
- ↑ "Albania: Jonida Maliqi wins Festivali i Këngës 57 with "Ktheju tokes"". Wiwibloggs. 22 dekabr 2018. 2020-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-24.
Əvvəlki: Euqent Buşpepa "Mall" |
Albaniya Avroviziya Mahnı Müsabiqəsində 2019 |
Sonrakı: – |