Naxçıvan yatağı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Naxçıvan yatağı — Azərbaycanda, Xəzər dənizində neft və qaz yatağıdır. Bakıdan 90 km (56 mil) cənubda, 400–600 metr (1.300–2.000 ft) dərinlikdə yerləşir.

Naxçıvan yatağı 1960-cı ildə aşkar edilmişdir. 1994-cü ildə qazma işlərinə hazırlanmışdır. 1997-ci ildə ExxonMobil və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) yatağın kəşfiyyatı ilə bağlı müqavilə imzalamışlar, lakin bu müqavilə əhəmiyyətli ehtiyatların olmaması səbəbindən sonradan dayandırılmışdır.

2010-cu il mart ayının 10-da Almaniyanın RWE Dea neft şirkəti ARDNŞ ilə bu sahəni inkişaf etdirmək üçün memorandum imzalamışdır.

İlkin proqnozlara görə, Naxçıvan ərazisində 300 milyard kubmetr təbii qaz və 40 milyon ton təbii qaz kondensatını ehtiyatı ola bilər.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]