Taxtakörpü SES
Taxtakörpü SES | |
---|---|
Taxtakörpü su-elektrik stansiyası | |
Ümumi məlumatlar | |
Sahəsi | 0,923 km² |
Çay | Samur |
Sahibi | Azərenerji ASC |
Status | İşlək |
Tikilmə tarixi | 2007 |
İstismara verilib | 2013 |
İstismarçı | Azərenerji ASC |
Əsas xüsusiyyətləri | |
Elektrik enerjisi gücü | 75 MVt |
Avadanlıq xüsusiyyətləri | |
Turbin tipi | Hidroaqreqat |
Turbin sayı | 3x25 MVt |
Əsas qurğular | |
Bənd tipi | Torpaq |
Bəndin hündürlüyü | 142,5 m |
Bəndin eni | 754 m |
Yerləşməsi | |
41°09′ şm. e. 48°59′ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | |
Yer | Cənubi Qafqaz |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Taxtakörpü SES (tam adı: Taxtakörpü su-elektrik stansiyası) — Samurçay, Taxtakörpü su anbarı üzəində su-elektrik stansiyası olub, Şabran şəhərinin yaxınlığında yerləşir.
Taxtakörpü SES-də ümumi gücü 25 meqavat olan üç hidroaqreqat quraşdırılmışdır. Stansiya sərfiyyata nəzarət hovuzuna malikdir. Buraya su xüsusi ötürücü vasitəsilə verilir. Hovuzdakı dörd qapıdan üçü elektrik enerjisinin alınması məqsədilə suyun turbinlərə verilməsinə xidmət edir. Həmin hovuzdan dəryaçaya sutullayıcı inşa edilmişdir. Taxtakörpü-Ceyranbatan kanalında gələcəkdə təmir aparılmasına ehtiyac olarsa və ya digər zəruri hallar yaranarsa, hovuzdakı normadan artıq su sutullayıcı vasitəsilə dəryaçaya yönəldiləcəkdir. Su-elektrik stansiyası və açıq paylayıcı qurğuda əsasən Almaniya, Çexiya və digər xarici ölkələrdən gətirilən avadanlıq quraşdırılmışdır. Tikinti-quraşdırma işlərini əsasən yerli mütəxəssislər yerinə yetirmişlər. Bu prosesin reallaşmasına Almaniya, Çexiya və Türkiyədən dəvət olunan mütəxəssis və quraşdırıcılar da cəlb edilmişlər. Stansiyanın generasiya zalının sahəsi 923 kvadratmetrdir. Dispetçer otağında son elmi-texniki yeniliklərə əsaslanan avadanlıq quraşdırılmışdır. Stansiyanın daxili sərfiyyatı xüsusi otaqdan qidalanacaqdır. Qapalı paylayıcı qurğu, qəza dizel generatoru, digər qurğu və avadanlıq da inkişaf etmiş ölkələrin energetika obyektlərindəki standartlara uyğundur. 110 kilovoltluq açıq paylayıcı qurğu da mükəmməlliyi ilə seçilir. Burada Almaniyanın "Siemens" şirkətinin avadanlığı quraşdırılmışdır. Üç transformator, ifrat gərginlik boşaldıcısı, gərginlik və cərəyan transformatorları, eleqaz açarları, şin ayırıcıları, 110 kilovoltluq şinlərarası eleqaz açarı ən müasir avadanlıqdır. Açıq paylayıcı qurğudan elektrik enerjisi 110 kilovoltluq hava xətləri vasitəsilə 110 kilovoltluq 1-ci Xaçmaz hava xəttinə və 110 kilovoltluq 4-cü Siyəzən hava xəttinə ötürülür.
Mənbə
[redaktə | vikimətni redaktə et]- Taxtakörpü su anbarı, Taxtakörpü su-elektrik stansiyası və Taxtakörpü-Ceyranbatan su kanalının açılışı (az.)
- Taxtakörpü su anbarı, Taxtakörpü su-elektrik stansiyası və Taxtakörpü-Ceyranbatan su kanalı (az.)