Prodik
Prodik (yun. Πρόδικος, təxminən e. ə. 465 – 395) — qədim yunan filosofu, sofistlər məktəbinin təmsilçisi.
Dilçilik elmi və əxlaq problemləri ilə məşğul olmuşdur. O həm də dinlərin yaranması nəzəriyyəsini irəli sürmüşdür. Onun fikrincə, insanlar onlara xeyir gətirən günəş, çaylar, dənizlər kimi təbiət obyektlərini tanrılaşdırmışlar. Buna o, Misirdə Nil çayının tanrılaşdırılmasını örnək gətirirdi. Prodikə görə, bundan sonra insanların fəaliyyətlərinə uyğun olaraq şərabçılıq, dəmirçilik, sənətkarlıq və s. tanrıları uydurulmuşdur. Beləliklə, Prodik hesab edirdi ki, tanrıların yaranması insan fəaliyyəti və duyğuları ilə bağlıdır. Buna görə də, onlara ibadət edilməsinin heç bir mənası yoxdur. Bu fikirləri açıqladıqdan sonra Prodik təqiblərə məruz qalmışdır.[1]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Продик // Античная философия: Энциклопедический словарь / Составитель Е. В. Афонасин Arxivləşdirilib 2016-07-10 at the Wayback Machine. М.: Прогресс-Традиция. 2008.
Mənbə
[redaktə | vikimətni redaktə et]- Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 63-64. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.
Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Зайцев А. И. Продик // Новая философская энциклопедия / Предс. научно-ред. совета В. С. Стёпин. — М.: Мысль, 2010. — ISBN 5-244-00961-3.