Selestin

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Selestin
Ümumi məlumatlar
Kateqoriya Mineral
Formul
(təkrarlanan vahid)
SrSO₄
Strunz təsnifatı VI/A.08[1]
Xüsusiyyətləri
Kristalloqrafik sinqoniya rombik[d][2]
Zolaq rəngi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Selestin – Sr [SO4 — Rombik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən.         

Selestin, Türkmənistan

Rəng – açıq-mavi, ağ, rəngsiz, sarımtıl, qırmızımtıl, yaşılımtıl, qəhvəyimtil; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə, ayrılma müstəvilərində sədəfi; Şəffaflıq – şəffaf, yarımşəffaf; Sıxlıq – 3,9-4,0; Sərtlik – 3-3,5; Kövrəkdir; Ayrılma – {001} üzrə mükəmməl, {210} üzrə orta, {010} üzrə qeyri-mükəmməl; Sınıqlar – qeyri-hamar; Morfologiya – kristallar: qalın lövhəşəkilli, qısasütunvari, bəzən uzunluğu 50 sm-dək olan prizmatik; İkiləşmə: {210} və {101} üzrə çox nadirdir; Mineral aqreqatları: dənəvər, lifli, lövhə-, qabıq- və torpaqvari kütlələr, jelvaklar, sekresiyalar, konkresiyalar, druzalar, lifli damarcıqlar, gips və üzvi qalıqlar üzrə psevdomorfozalar.

Mənşəyi və yayılması

[redaktə | vikimətni redaktə et]

Xemogen - çökmə əmələgəlmələri, əsasən, laqun və göl tipli olub, dolomit, əhəngdaşı, mergel, gipsli gillər və qumdaşlarında yayılmışdır. Selestin az hallarda hidrotermal yolla əmələ gəlir, əsas etibarilə püskürmə süxurların boşluqlarında müşahidə edilir. Birlikdə rast gəldiyi minerallar: kalsit, araqonit, gips, anhidrit, halit, barit, sərbəst kükürd, flüorit, stronsianit, qalenit, sfalerit, gil mineralları və b. Mineralın tapıldığı yerlər: Gembek və Ştadthagen (Almaniya); Qlosterşir qraflığında Klifton (Böyük Britaniya); Volqaboyu, Başqırdıstan (Rusiya); Türkmənistan; Qırğızıstan; Motakkam (Misir); Buffalo-Kouv (ABŞ) və b. Azərbaycanda Qobustanın balıqqulaqlı əhəngdaşlarında, Naxçıvan MR-da və bir sıra başqa yerlərdə aşkar edilmişdir.

Şəkərin, istiqamətlənmiş güllələrin istehsalında, pirotexnikada, şüşə, keramika, kimya və əczaçılıq sənayesində, metallurgiyada istifadə edilən stronsiumun və onun birləşmələrinin əsas mənbəyidir.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]
  • Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.