ƏlətBakının Qaradağ rayonunda eyniadlı inzibati ərazi vahidində şəhər tipli qəsəbə. Xəzər dənizi sahilində, düzənlikdədir. Toponim türk-monqol mənşəli oyrat tayfasının ələt qolunun adından yaranmışdır. Etnotoponimdir.[2]

Ələt Qəsəbəsi
39°56′54″ şm. e. 49°24′24″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Qaradağ rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi 12600[1] nəfər
Xəritəni göstər/gizlə
Ələt Qəsəbəsi xəritədə
Ələt Qəsəbəsi
Ələt Qəsəbəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ələt qəsəbəsinin ərazisində XIX əsrin 40–50-ci illərində bir neçə balıqçı evi olmuş, yaxın rayonların dağ kəndlərinin əhalisi heyvanların qışlaması üçün qəsəbənin ərazisindən istifadə etmiş və tədricən orada məskunlaşmışlar. 1881–1884-cü illərdə tikilən Bakı-Tiflis və 1921–1924-cü illərdə tikilən Bakı-İrəvan dəmir yolları Ələt qəsəbəsinin ərazisindən keçir. Ələt qəsəbəsi inzibati ərazi vahidliyi kimi 1935-ci ildə təşkil olunmuş, qəsəbənin ərazisində Bakı-Ələt və Yeni Ələt dəmir yol stansiyaları tikilmiş və balıq vətəgələrinə balıqla yüklənən gəmilərin yan aldığı Ələt-Pristan (Sahil) yaşayış məntəqəsi salınmışdır. Ələt qəsəbəsi 1956-cı ilə qədər Hacıqabul rayonunun tərkibində olmuş, 1956-cı ildən isə Qaradağ rayonunun tərkibindədir. Hazırda Ələt qəsəbəsinin inzibati ərazi vahidliyinə Şıxlar, Kötəl, Baş-Ələt, Ələt-Körpü və Pirsaat 2 yaşayış məntəqələri daxildir.[3]

Ərazidə "Ələt Azad İqtisadi Zonası" yerləşdir.[4]

Etimologiyası

redaktə

Ələt – Qaradağ rayonunda (Bakı) şəhər tipli qəsəbədir. Xəzər dənizinin sahilində yerləşir. Toponimikaya aid əsərlərdə Ələt adının türk-monqol mənşəli "oyrat" tayfasının Ələt//olet qolunun adından alındığı söylənilir.[5]

Heredotun məlumatına görə, Ələt Midiya çarlarından birinin adıdır. Ələt Midiyadan qaçmış skifləri müdafiə etdiyinə görə onun adı yerli tayfalar arasında geniş yayılmışdır.[5]

Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisində, Ələtli kəndi və Dağıstanda eyni adlı su obyekti olmuşdur. Fəzlullah Rəşidəddin Monqolustan ərazisində Ələt yaşayış məntəqəsi haqqında məlumat vermişdir.[6] Mənbələrdən aldığımız məlumatlara görə XVIII əsrin sonu XIX əsrin əvvəllərində Volqa boyunda Alat, Özbəkistan və digər Orta Asiya ölkələrində Ələt adlı oykonimlər olmuş və olmaqdadır. Özü də maraqlıdır ki, həmin onomastik vahidlərin hamısı türk xalqlarında mövcuddur. Hal-hazırda isə Azərbaycan Respublikası ərazisində müxtəlif yerlərdə Ələt, Ələtli, Baş Ələt və s. yaşayış məntəqələri mövcuddur.

1959[7] 1970[8] 1979[9] 1989[10] 2019[1]
5118 7920 8355 11 455 12 600

İqtisadiyyatı

redaktə
 
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı

2014-cü ildə Ələtdə Bakı Limanının bərə terminalı tikilmişdir. Oktyabr ayından etibarən Bakı-Türkmənbaşı Bərə Keçidi Türkmənistana tərəf fəaliyyətə başlamışdır. 2017-ci ilin mart ayından Qazaxıstana Xəzər dənizi vasitəsilə "Ələt-Aktau limanı" bərə keçidi işə başlayıb.[11]

2018-ci ildə qəsəbədə Yeni Bakı Limanı açıldı. 2018-ci ilin mayında Prezident İlham Əliyev Ələtdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışında iştirak edib.[12] Bu kompleks Rusiya ərazisindən yan keçən "İpək Yolu" (UkraynaGürcüstanAzərbaycanQazaxıstanÇin) Beynəlxalq layihəsinin bir hissəsidir.[13]

İstinadlar

redaktə
  1. 1 2 Azərbaycanın demoqrafik göstəriciləri Arxivləşdirilib 2020-06-07 at the Wayback Machine Səh 84
  2. Ələt // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
  3. "Bələdiyyələr". 2015-08-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-05-13.
  4. Şərifli, Yunis. "Azərbaycan və "Kəmər və Yol" Təşəbbüsü: regional nəqliyyat mərkəzi olma yolunda". Politicon.co (az.). Topçubaşov Mərkəzi. 13 iyun 2020. 2022-01-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2021.
  5. 1 2 Azərbaycan xalq əfsanələri. Bakı, 1985, 285 s., 214
  6. R. Fəzlullah. "Oğuznamə". Bakı, 1992, 72 s., 19
  7. "Siyahıyaalma-1959". 2012-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-13.
  8. "Siyahıyaalma-1970". 2013-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-13.
  9. "Siyahıyaalma-1979". 2013-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-13.
  10. "Siyahıyaalma-1989". 2012-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-13.
  11. "Kurık (Qazaxıstan) – Ələt (Bakı, Azərbaycan) Bərəsi". 2018-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-13.
  12. İlham Əliyev Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışında iştirak edib
  13. "Yeni "İpək Yolu" Rusiyadan yan keçən alternativ nəqliyyat dəhlizidir". 2016-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-13.
pFad - Phonifier reborn

Pfad - The Proxy pFad of © 2024 Garber Painting. All rights reserved.

Note: This service is not intended for secure transactions such as banking, social media, email, or purchasing. Use at your own risk. We assume no liability whatsoever for broken pages.


Alternative Proxies:

Alternative Proxy

pFad Proxy

pFad v3 Proxy

pFad v4 Proxy