Ağdaban qətliamı
Bu məqalədə orijinal tədqiqata, təsdiqlənə bilməyən ifadələrə, mülahizə və şərhlərə yer verildiyi düşünülür. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Ağdaban faciəsi | |
---|---|
Ümumi məlumatlar | |
Yeri | Ağdaban, Kəlbəcər rayonu, Azərbaycan |
Hücumun hədəfi | Azərbaycan vətəndaşları |
Tarix | |
Hücum metodu | Qətliam |
Ölü sayı | 67 |
Yaralı sayı | 779 |
Terrorist(lər) | Ermənistan Silahlı Qüvvələri |
Girov sayı | 2 |
Ağdaban faciəsi — 1992-ci il aprel ayının 8-də Kəlbəcərin işğalından təqribən bir il əvvəl ermənilər tərəfindən Kəlbəcərin sonrakı dövrdə işğalına şərait yaratmaq məqsədilə rayonun Ağdaban kəndində törədilmiş soyqırım hadisəsi. Erməni separatçıları tərəfindən törədilmiş qırğın nəticəsində Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılmışdır. Kəndin 779 nəfər dinc sakininə müxtəlif növ işgəncələr verilmiş, 67 nəfər isə amansızlıqla qətlə yetirilmişdir. Bundan əlavə, 2 nəfər itkin düşmüş, 12 nəfər isə ağır bədən xəsarətləri almışdır.
Tarixi
[redaktə | mənbəni redaktə et]1992-ci il aprel ayının 7-dən 8-nə keçən gecə ermənilər Ağdaban yalındakı gözətçi məntəqəsinə qalxıb, burada keşik çəkən 3 nəfəri qətlə yetirdilər. Onlar kəndin üst yanındakı bənd-bərələrə dolub səhər saat 6-da silahlardan atəş açmağa başladırlar. Ermənilər planlı surətdə hərəkət edirdilər. Evləri kimlər qarət edəcək, mal-qaranı kimlər aparacaq, əliyalın insanları kimlər əsir götürəcək, müqavimət göstərənləri kimlər qətlə yetirəcək əvvəlcədən müəyyənləşdirilmişdi. Belə bir vəziyyətdə 1992-ci il aprel ayının 8-də Ağdərə rayonunun Çapar kəndi istiqamətindən Çayqovuşan və Ağdaban kəndlərinə ermənilər hücum etdi.
Ağdaban qırğınının səhərisi-aprel ayının 9-da camaat hər yerdən rayon mərkəzinə toplaşdı. "Kəlbəcərin müdafiəsinə fövqəladə yardım komitəsi" yaradıldı. Əhalinin qəti tələbi ilə bu komitəyə rəhbərlik etmək bu sətirləri yazana tapşırıldı. Komitə qısa müddət ərzində böyük tədbirlər həyata keçirdi. Orduya kömək xeyli artırıldı. Əhalidə müdafiə olunacağına ümid yarandı. Rayon əhalisinin ciddi təkidi ilə Kəlbəcərə göndərilən polkovnik Zaur Rzayev briqada komandiri və hərbi komendant təyin edildi.
Nəticəsi
[redaktə | mənbəni redaktə et]Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi erməni qüvvələri tərəfindən tamamilə yandırılmış, kəndin 779 nəfər sakininə işgəncələr verilmişdir. 67 nəfər qətlə yetirilmiş, 8 nəfər 90-100 yaşlı qoca, 2 azyaşlı uşaq və 7 qadın diri-diri odda yandırılmış, 2 nəfər itkin düşmüş, 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir. Ermənilər tərəfindən tarix, memarlıq və mədəniyyət abidələri dağıdılmış, müqəddəs ziyarətgah və məzarlıqlar təhqir olunmuş və məhv edilmişdir. Bundan başqa, Azərbaycanın klassik aşıq şeirinin ustadı Aşıq Qurbani və onun oğlu olmuş ifaçı və yaradıcı aşıq, Azərbaycan Yazıçılar Birliyinin üzvü Aşıq Şəmşirin evi, zəngin arxivi və əlyazmaları yandırılmış və talan olunmuşdur.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]- AĞDABAN FACİƏSİ — YouTube saytı
- Səda - Ardaban qətliamından 24 il keçir (07.04.2016) — YouTube saytı
- Bu gün Ağdaban faciəsindən 24 il ötür — YouTube saytı
- Ağdaban faciəsi — agdaban.org saytı