İmmanuel Kant

Vikipediya, azad ensiklopediya
(Kant səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
İmmanuel Kant
alm. Immanuel Kant
Doğum adı Emanuel Kant
Doğum tarixi 22 aprel 1724(1724-04-22)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 12 fevral 1804(1804-02-12)[1][2][…] (79 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Köniqsberq kafedralı[d]
Elm sahələri epistemologiya, metafizika, etika
İş yeri
  • Köniqsberq Universiteti[d]
Təhsili
  • Köniqsberq Universiteti[d] (17401746)[3]
Tanınmış yetirmələri Yohann Qotlib Fixte, Markus Qerç[d][4]
Üzvlüyü
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İmmanuel Kant (alm. Immanuel Kant‎, 22 aprel 1724[1][2][…], Köniqsberq, Prussiya[3]12 fevral 1804[1][2][…], Köniqsberq, Şərqi Prussiya, Prussiya[3]) — alman filosofu, neoklassik alman fəlsəfəsinin banisi, müasir Avropa fəlsəfə tarixinin ən nüfuzlu nümayəndələrindən, Qərbi Avropada İntibah dövrünün son böyük filosoflarından biri.

Kant özünün transsendental idealizm doktrinasında iddia edirdi ki, məkan və zaman sadəcə olaraq təcrübəni təşkil edən "intuisiya formalarıdır" və buna görə də "özündə şeylər" mövcuddur. Onlar təcrübəyə töhfə versələr də, təcrübə obyektlərindən fərqlidirlər. Buradan belə nəticə çıxır ki, təcrübə obyektləri sadəcə olaraq "görünürlər" və şeylərin təbiəti özlüyündə bizim tərəfimizdən dərk olunmazdır[5][6]. Filosof David Yumun yazılarındakı skeptisizmə qarşı durmaq üçün o, ən məşhur əsərlərindən biri olan "Təmiz idrakın tənqidi" (1781/87) əsərini yazdı[7][8]. Burada o, sintetik aprior biliyin mümkün olub-olmaması sualına cavab vermək üçün öz təcrübə nəzəriyyəsini inkişaf etdirdi, bu da öz növbəsində metafizik tədqiqatın sərhədlərini müəyyən etməyə imkan verəcəkdi.

Kant hesab edirdi ki, zəka həm də əxlaqın mənbəyidir və estetika mühakimə qabiliyyətindən yaranır. Kantın fikirləri müasir fəlsəfəyə, xüsusən qnoseologiya, etika, siyasi nəzəriyyə və postmodern estetika sahələrində böyük təsir göstərməkdə davam edir. O, ağıl və insan təcrübəsi arasındakı əlaqəni izah etməyə və ənənəvi fəlsəfənin, metafizikanın səhvləri hesab etdiyi şeylərdən kənara çıxmağa çalışdı. O, Yum kimi mütəfəkkirlərin skeptisizminə qarşı eyni vaxtda müqavimət göstərməklə, insan təcrübəsinin faydasız və spekulyativ nəzəriyyələr dövrü kimi gördüklərini bitirmək istəyirdi. O, özünü rasionalistlərlə empiristlər arasında çıxılmaz vəziyyətdən çıxış yolunun göstəricisi hesab edirdi və onun fikrində hər iki ənənəni sintez etdiyi güman edilir[9][10].

İmmanuel Kant

İmmanuel Kant 1724-cü il aprelin 22-də Köniqsberq şəhərində kasıb yəhərçi ailəsində doğulmuşdur. Müqəddəs İmmauelin şərəfinə ona bu ad qoyulmuşdur. Teoloq doktor Frans Albert Şulsun təkidi ilə İmmanuel "Fridrixs-Kolleqium" gimanziyasını bitirib Köniqsberq Universitetinə daxil olmuşdur. Atasının vaxtsız vəfatı ona universiteti bitirməyə imkan verməmiş və İmmanuel 10 yaşı olarkən ev müəllimliyi etməyə başlamışdır.

1755-ci ildə Kant dissertasiya müdafiə etdiyi və doktorluq dərəcəsi aldığı üçün universitetdə müəllim kimi dərs demək ixtiyarı qazanmışdır.

1770–1797-ci illərdə Kant universitetdə daha geniş sahədə — fəlsəfə, riyaziyyat, fizika elmləri sahəsində müəllimlik etmişdir.

Sağlamlığının qeydinə qalaraq özünü çox ciddi rejimdə işləməyə məcbur etmişdir. Buna görə də əksər dostlarından daha çox yaşamışdır.

Ailəli olmamışdır.

Fəlsəfəsi, yaradıcılığı

[redaktə | vikimətni redaktə et]

Kant fəlsəfədə çevriliş etmiş, idrakı öz qanunları ilə cərəyan edən fəaliyyət kimi dəyərləndirmişdir. O, ilk dəfə fəlsəfədə dərk edilən substansiyanın strukturunu deyil, idrakın predmet və üsulunu müəyyənləşdirən başlıca amili, dərk edilən subyektin spesifikasiyasını nəzərdən keçirmişdir.

İmmanuel Kantın Belu-Orizontunda (Braziliya) abidəsi

Kant, qneseologiyanı əsas fəlsəfə etdi, onun predmeti isə nə təbiət, nə dünya, nə də insan idi. Qneseologiyanın predmeti subyektin idraki fəaliyyəti, həmçinin insan əqlinin qanunları və onların hüdudularının müəyyən edilməsi hesab olundu. Ontologiyanın (XVII əsr rasionalizm ideyaları) yerinə Kant qneseologiyanı qoydu, substansiyanın metafizikasından subyektin idraki qabiliyyətinin tənqidi təhlilinə keçdi.

Kantın məşhur əsərləri:

"Təmiz idrakın tənqidi"ndə idrak prosesini təhlil etmiş və apriori (təcrübəyə qədər) bilik anlayışını yaratmışdır.

Kanta görə, xarici aləm hisslər materiyasını verir, lakin bizim əqlimiz həmin materiyanı məkanzamanda qaydaya salır, eləcə də anlayış hazırlayır ki, həmin anlayışın köməyi ilə biz təcrübəni başa düşürük. Bizim hisslərimizin səbəbi olan dünya özündə şeydir və dərkedilməzdir. Bu dünya, yəni şey özündə məkan və zamanda yerləşmir və substansiya deyildir. Məkanzaman subyektivdir, onlar subyektin qavrayışı məhsullarıdır (əgər biz mavi eynək taxırıqsa, o zaman bizə hər şey mavi görünür. Biz elə bil əqlimizdə məkan eynəkləri taxırıq və sonra düşünürük ki, məkanda hər şeyi görürük. Beləliklə, həndəsə bu mənada apriordur ki, bütün qavranılan hər şeyin həqiqəti olmalıdır, lakin bizim qavramadığımızın analoji olaraq belə olduğunu qəbul etməyə haqqımız yoxdur. Kantın fikrincə, idrak prosesinin çətinliyi qarşılıqlı olaraq bir-birini rədd edən əql mühakimələri (daha dəqiq desək, antinomiyalar) doğurur. Onların hər biri həqiqi kimi sübut oluna bilər. Kant belə antinomiyalardan 4-nü misal gətirir (onların hər biri tezisantitezisdən ibarətdir):

  • Birinci antinomiya: "Dünya zamanda başlanğıca malikdir və yalnız məkanda məhduddur" (tezis). "Dünya zamanda başlanğıca malik deyil və məkanda sonsuz-dur. O, həm məkanda, həm də zamanda sonsuz"dur (antitezis).
  • İkinci antinomiya: sübut edir ki, hər bir mürəkkəb substansiya sadə hissələrdən həm ibarətdir, həm də ibarət deyildir.
  • Üçüncü antinomiya: iki növ səbəbiyyət mövcudur; biri təbiətin qanunlarına müvafiq gəlir, digəri azadlığa (tezis); təbiətin qanunlarına müvafiq gələn səbəbiyyət mövcuddur (antitezis).
  • Dördüncü antinomiya: sübut edir ki, mütləq zəruri varlıq həm mövcuddur, həm də mövcud deyildir.
İmmanuel Kantın qəbri bu gün

Kantın antinomiya haqqında təlimi Hegelə böyük təsir göstərmişdir. Təsadüfi deyildir ki, onun dialektikası antinomiyalar yolu ilə qurulmuşdur.

Kantın etikası, yaxud əqlin əməli tətbiqi təlimi "Əməli idrakın tənqidi" və qısa şəkildə desək, "Proleqomenlər" əsərlərində nəzərdən keçirilmişdir. Kantın etikası tarixi- fəlsəfi əhəmiyyətə malikdir ki, burada da "qəti imperativ" mühüm yer tutur. Məsələ burasındadır ki, Kantı əxlaqa utilitar yanaşma təmin etmirdi. Çünki burada əxlaqın məqsədləri onun özündən kənarda hesab olunur. O, tam təcrid olunmuş əxlaq metafizikasını əldə etməyə çalışırdı. Özü də bu əxlaq nə teologiya, nə də başqa bir şeylə şərtlənmir. Kant hesab edirdi ki, bütün əxlaqi anlayışlar öz yeri və mənşəyinə görə əqldə tam aprioridir. Əxlaqi dəyərlər insanın borc hissindən çıxış edərək fəaliyyət göstərdiyi zaman mövcud olur. Həm də borcu tələb etdiyi səviyyədə olan fəaliyyət kifayət deyildir. Tacirin düzlüyü əgər onun marağı ilə şərtlənirsə o, yaxşı hesab oluna bilməz. Əxlaqın mahiyyəti qanun anlayışından çıxarılmalıdır.

İmmanuel Kantın Kalininqradda (Köniqsberq) (Rusiya) abidəsi

Qanun əqlin əmridir, əmrin formulu isə imperativ adlanır. Kanta görə iki imperativ var:

  • Şərti imperativ (siz filan- filan məqsədə çatmaq istəyirsinizsə, filan- filan işləri görməlisiniz)
  • Qəti imperativ apriordur. Qəti imperativ müəyyən fəaliyyət tipi məqsədə münasibətsiz obyektiv olaraq zəruridir.

"Proleqomenlər…"də yazırdı: "Antropologiyaya məxsus olan tam şəkildə empiriklikdən təmizlənmiş təmiz əxlaq fəlsəfənin işlənib hazırlanması olduqca zəruridir…" Əxlaqi qanun mütləq zərurətdir: "yalan danışma" nəsihəti, məsələn, təkcə adamlar üçün gerçəklik deyil, ümumiyyətlə ağıllı canlıların hamısı üçün vacibdir. Deməli, borcun əsasını təkcə insanın təbiətində deyil, yaxud onun sürüldüyü şəraitdə deyil, əksinə, a prioridə sırf şəkildə təmiz idrakın anlayışlarında axtarılmalıdır.

Yalnız bir qəti imperativ var ki, o da Kanta görə aşağıdakı kimidir: "Elə hərəkət et ki, sənin hərəkətinin əxlaq qaydası ümumi qanun ola bilsin". Yaxud da "Elə hərəkət et ki, sənin iradənin əxlaq qaydası eyni zamanda ümumi qanun-vericilik prinsipi qüvvəsinə malik olsun". Kant bunu belə aydınlaşdırırdı. Pul borc almaq düzgün deyil. Çünki hamı borc alarsa, pul qalmaz. Beləliklə, qəti imperativ tərəfindən oğurluq, adam öldürmək və s. mühakimə olunurdu. Bu və ya digər hərəkət yalnız o zaman əxlaqi hesab olunurdu ki, bu hamı üçün qanuna çevrilə bilsin. Kantın insanın borcu və ləyaqəti haqqındakı mühakimələri də bununla əlaqədar idi. Belə bir sual verilirdi: insan üçün qiymətli nədir? Ləyaqət, yoxsa həzz? Ləzzətdə, həzzdə keçən həyat heç bir qiymətə malik deyildir. Öz ləyaqətini qoruyan insan hər şeyi, hətta həyatını itirməyə hazırdır. Ləyaqətin mənbəyi və şərhləri nədir? Bu, insanın özünün özü üzərində yüksəlməsidir. İnsan borcunu başa düşərək yaşayır və fəaliyyət göstərir. Deməli, o, həzz xatirinə yaşamır.

AFR poçt markası (1974), İmmanuel Kantın doğulmasının 250-ci ildönümü münasibətilə

Kantın konsepsiyasının təhlilinin sonunda qeyd edə bilərəm ki, o, cəmiyyət haqqında da maraqlı fikirlər söyləmişdir. Onun "Əbədi sülh haqqında" traktatında azad dövlətlər federasiyasının yaradılması ideyası irəli sürülmüşdür. Həmin dövlətlər müharibəni qadağan edən müqavilələr bağlayırlar. Əql müharibəni mühakimə edir, onu aradan qaldırmaq isə Beynəlxalq hökumətin işidir. Ayrı- ayrı dövlətlərin vətəndaş konstitusiyaları respublikaçı olmalıdır.

Kant fəlsəfəsi, Hegel, Yohann Qotlib Fixte, Fridrix Şiller, Lüdviq Andreas Feyerbax və s. klassik alman fəlsəfəsi nümayəndələrinin işlərinə güclü təsir etmişdir.

  1. 1 2 3 4 Bibliothèque nationale de France Kant, Immanuel // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Immanuel Kant // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 3 4 5 6 Соловьёв В. С. Кант, Иммануил (rus.). // Энциклопедический словарь СПб: Брокгауз — Ефрон, 1895. Т. XIV. С. 321–339.
  4. Immanuel Kant // Mathematics Genealogy Project (ing.). 1997.
  5. Durant, Will; Durant, Ariel. The Story of Civilization: Rousseau and Revolution. MJF Books. 1967. 571, 574. ISBN 978-1-56731-021-4. 20 December 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 August 2020.
  6. Nigel Warburton. Chapter 19: Rose-tinted reality: Immanuel Kant // A little history of philosophy. Yale University Press. 2011. səh. 134. ISBN 978-0-300-15208-1. 2022-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-30.
  7. Kitcher , PatricaIntroduction by Patricia Kitcher, C. The Analytic of Principles // Critique of Pure Reason. By Kant, Immanuel . . Pluhar, Werner S. tərəfindən tərcümə olunub (Unified Edition with all variants from the 1781 and 1787 editions). Indianapolis/Cambridge: Hackett Publishing Company, Inc. 1996 [First edition originally published in 1781; second edition originally published in 1787]. səh. l. ISBN 0-87220-257-7. Although Hume’s name is not mentioned in either version of this section, from the beginning, Kant’s readers have understood that his purpose was to vindicate the causal concept after Hume’s devastating attack […] Kant’s “reply to Hume” was to argue we could have no cognition of events, of objects changing by acquiring or losing a property, unless we used a concept of causation that included both the offending and related properties of universality and necessity.
  8. There are two relatively recent translations:
    • Kant, Immanuel. Critique of Pure Reason. The Cambridge Edition of the Works of Immanuel Kant. Guyer, Paul; Wood, Allen W. tərəfindən tərcümə olunub. Cambridge: Cambridge U.P. 1999. ISBN 978-0-5216-5729-7. 20 December 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 August 2020.
    • Kant, Immanuel. Critique of Pure Reason. Pluhar, Werner S. tərəfindən tərcümə olunub. Indianapolis: Hackett. 1996. ISBN 978-0-87220-257-3.Both translations have their virtues and both are better than earlier translations: McLaughlin, Peter. "Review". Erkenntnis. 51 (2/3). 1999: 357. doi:10.1023/a:1005483714722. ISSN 0165-0106. Page references to the Critique of Pure Reason are commonly given to the first (1781) and second (1787) editions, as published in the Prussian Academy series, as respectively "A [page number]" and "B [page number]".
  9. Vanzo, Alberto. "Kant on Empiricism and Rationalism". History of Philosophy Quarterly. 30 (1). January 2013: 53–74. 20 December 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 December 2015.
  10. Rohlf, Michael. Immanuel Kant // Zalta, Edward N. (redaktor). Stanford Encyclopedia of Philosophy (Summer 2018). Metaphysics Research Lab, Stanford University. 12 January 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2015.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]