Kiçik Edda
Kiçik edda (isl. Snorra Edda) — Snorri Sturlusonun 1220-ci ildə İslandiyada qələmə aldığı əsər.[1] Nəsr eddası, Snorrinin eddası olaraq da bilinir. Nəzm eddası ilə bərabər German-skandinav mifologiyasının öyrənilməsində ən böyük qaynaqdır.
Hissələr
[redaktə | vikimətni redaktə et]Giriş
[redaktə | vikimətni redaktə et]Odin və digər tanrıların Troyadan şimala köçən sadə insanlar olduğu haqda hekayədən bəhs olunur. Onların üstün mədəniyyət və texnologiyaya sahib olmasının tanrılar kimi görünməsinə səbəb olduğu qeyd olunur. Onların ölümündən sonra qəbrinə ziyarət edənlərin tanrılaşdırdıqlarından bəhs olunur.
Gylfaginning
[redaktə | vikimətni redaktə et]Gylfaginning (azərb. Gilvenin fırıldağı)[1] dünyanın yaradılışı və məhv olunması haqda hissədir. Təqribən 20000 sözdən ibarətdir. Nəzm eddasından sitatlar da var.
Skaldskaparmal
[redaktə | vikimətni redaktə et]Skáldskaparmál (azərb. Şeir dili)[1] dəniz tanrısı Aegir və şeir tanrısı Bragi arasında poeziyaya aid söhbətlərdən ibarətdir. Təqribən 50000 söz olub, kenninqlər və sinonimlər haqqında dialoqlar var.
Hattatal
[redaktə | vikimətni redaktə et]Háttatal (azərb. Qafiyələrin siyahısı)[1] təqribən 20000 sözdən ibarət olub Snorri Sturlusonun öz şeirlərindən ibarətdir. Tez-tez özündən əvvəlki şairlərin qafiyələrdən istifadə etmədiyi haqda bəhs edir.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 3 4 Faulkes, Anthony (1995). Edda. Everyman. ISBN 0-460-87616-3