Müsavat və bitərəflər fraksiyası
Naviqasiyaya keç
Axtarışa keç
Bu məqalə yarımçıqdır. Onu genişləndirməyə kömək edə bilərsiniz. (aprel 2024) |
Müsavat və bitərəflər fraksiyası | |
---|---|
Lideri | Məhəmməd Əmin Rəsulzadə |
Quruluş tarixi | 7 dekabr 1918 və ya oktyabr 1919 |
Dağılma tarixi | 27 aprel 1920 |
İdeologiya |
liberalizm Türkçülük |
İdeoloji spektr | sağçı |
Müttəfiqlər | Türk Ədəmi-Mərkəziyyət Müsavat Firqəsi |
Parlamentdə |
39 / 120 (27 aprel 1920) |
Hökumətdə |
5 / 15 (24 dekabr 1920) |
Müsavat və bitərəflər fraksiyası — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində ən çox millət vəkilinə sahib olan fraksiya.
Haqqında
[redaktə | vikimətni redaktə et]1919-cu ilin oktyabrında Bitərəflər fraksiyasında parçalanma baş verdi. Səkkiz nəfərdən ibarət böyük əksəriyyət (Fətəli xan Xoyski, Mirzə Əsədullayev, Əsədulla Əhmədov, Cəmil bəy Sultanov, Yusif Əhmədzadə, Baxış bəy Rüstəmbəyov, Abuzər bəy Rzayev, Ağa Aşurov) Müsavat fraksiyası ilə birləşərək parlamentdə həlledici səsə malik olan Müsavat və bitərəflər fraksiyasını yaratdılar. Müsavat fraksiyası ilə birləşən bitərəflər, eyni zamanda, müstəqil səsvermə hüquqlarını özlərində saxladılar.
Üzvlər
[redaktə | vikimətni redaktə et]Fraksiyaya 40 parlament üzvü daxil idi:
- Məhəmməd Əmin Rəsulzadə
- Həsən bəy Ağayev
- Nəsib bəy Yusifbəyli
- Xəlil bəy Xasməmmədov
- Məmmədhəsən Hacınski
- Abbasqulu Kazımzadə
- Musa bəy Rəfiyev
- Cavad bəy Məlikyeqanov
- Mehdi bəy Hacınski
- Mehdi bəy Hacıbababəyov
- Rəhim bəy Vəkilov
- Şəfi bəy Rüstəmbəyli
- Hacı Səlim Axundzadə
- Mustafa Mahmudov
- Asəf bəy Şıxəlibəyov
- Abuzər bəy Rzayev
- Əhməd Həmdi Qaraağazadə
- Ağa Əminov
- Nəriman bəy Nərimanbəyli
- Mirzə Sadıq Axundzadə
- Müseyib bəy Əxicanov
- Mustafa bəy Vəkilov
- Məmmədbağır Şeyxzamanlı
- Məhəmməd Əli Rəsulzadə
- Murtuza Axundzadə
- Rza bəy Ağabəyov
- Məmmədrza ağa Vəkilov
- Cəlil bəy Sultanov
- Əşrəf bəy Tağıyev
- Məmməd Yusif Cəfərov
- Mirzə Əsədullayev
- Yusif Əhmədzadə
- Baxış bəy Rüstəmbəyov
- Fətəli xan Xoyski
- Ağa bəy Səfərəliyev
- Əsədulla Əhmədov
- Ağa Aşurov
- Qulamhüseyn bəy Kazımbəyov
- Yusifəli Əliyev
- Mir Hidayət bəy Seyidov
Mənbə
[redaktə | vikimətni redaktə et]- Azərbaycan Cümhuriyyəti Parlamenti (1918–1920). Parlament (stenoqrafik hesabatlar), c.1–2, B.,
- Андрес-календарь Азербайджанской Республики на 1920 г., Б., 1920