Olqa Korbut
Olqa Korbut | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
belar. Вольга Валянцінаўна Корбут | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Şəxsi məlumatlar | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Tam adı | Olqa Valentinovna Korbut | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ləqəbi | "Minskli sərçə"[1] | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | Qrodno, Belorusiya SSR, SSRİ | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Təhsili | Qrodno Dövlət Universiteti | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 150 sm[1] | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 38 kq[1] | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
İdman növü | İdman gimnastikası | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Karyera illəri | 1977-ci ildə bitirib | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Bacarıqları | Korput ilməsi[rus.] | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Rəsmi saytı | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Medallar
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Olqa Valentinovna Korbut (16 may, 1955) —"Minskli sərçə" ləqəbi ilə tanınan keçmiş Belaruslu gimnast. 1972 və 1976-cı illərdə SSRİ komandasının heyətində yarışlarda iştirak edərək, Yay Olimpiya Oyunlarında dörd qızıl və iki gümüş medal qazanıb.
Erkən həyatı
[redaktə | vikimətni redaktə et]Korbut Qrodnoda anadan olub. O, səkkiz yaşında məşqlərə başlayıb və doqquz yaşında Renald Knışın məşqçiliyi ilə Belorusiya idman məktəbinə daxil olub. Burada onun ilk təlimçisi Olimpiya qızıl medalın a sahib (1964) Yelena Volçeskaya olub,[2] ancaq o bir il sonra Knışın qrupunu tərk edib. Başlanğıcda o, Korbutu "tənbəl və şıltaq" hesab edirdi , lakin o həmçinin onun böyük talantının olduğunu və qeyri-adi dərəcədə elastik onurğa sütununa və xarizmaya malik olduğunu da görürdü.[2] Korbut onunla tir üzərində çətin geriyə salto hərəkətlərini öyrənirdi. Olqa Korbut ilk dəfə 1969-cu ildə SSRİ-də təşkil olunmuş yarışda iştirak etdi.
O 1969-cu ildə ilk dəfə iştirak etdiyi müsabiqə olan — SSRİ çempionatında beşinci yeri tutmuşdur. Onun bu yarışda iştirakına yetkinlik yaşına çatmayan 15 yaşlı kimi mübarizə aparmasına icazə verilib.[2] Növbəti il o, dayaq tullanması üzrə qızıl medal qazanıb.[3] Xəstəliyi və zədəsi ilə əlaqədar olaraq, 1972-ci il Olimpiyadasından əvvəl bir çox yarışlarda iştirak edə bilməyib.[3]
Olimpiada
[redaktə | vikimətni redaktə et]1972 Yay Olimpiya Oyunlarında Korbutun akrobatikası və açıq yüksək səviyyəli gimnastikası ona daha böyük şöhrət gətirdi. Bu günə qədər geriyə dönmə və Korput ilməsi hələ də öz populyarlığını qoruyub saxlayır (2003-cü ildə tir üzərində çempion olmuş Çin gimnastı Fan Ye[ing.]öz çıxışında hər iki hərəkəti yerinə yetirib).
Olimpiada zamanı Korbut komanda yarışlarında özünün dinamik çıxışından sonra çoxnövçülük üzrə yarışın favoritlərindən biri idi, lakin o turnik üzərində hərəkətlərində üç dəfə turniki buraxdıqdan sonra bu ad onun komanda yoldaşı Lüdmila Turişevaya keçib. Bununla belə, Korbut tir, sərbəst hərəkətlər və komanda yarışlarında üç qızıl medal qazana bilib. Bütün zamanların ən mübahisəli məqamlarından biri onun asimmetrik turniklərdə gümüş medal qazanmasıdır. Korbut asimmetrik turnik üzərində ilk cəhdi zamanı sürüşdü və bir neçə səhvə yol verdi , ancaq bütün çıxışlarını başa vurduqdan sonra onun qızıl medal qazanmaq şansı hamı tərəfindən görülürdü. Növbəti gün Korbut yarışın finalında eyni plan üzrə çıxışını təkrar etdi, ancaq bu dəfə daha uğurlu alındı. Lövhədə 9.8 xal nümayiş olunandan sonra, tamaşaçılar narazı halda hakimləri fitə basdılar, ələ saldılar və onlar haqqında vulqar sözləri qışqıraraq deməyə başladılar.[4] Onların fikrincə bu çıxış üçün verilən bal çox aşağı idi. Bu vəziyyət bir neçə dəqiqə davam etdi, lakin hakimlər onun xalını dəyişməkdən imtina etdilər.[2]
Korbut asimmetrik turnik və dirək üzərində çıxışlarına görə çox məşhur idi. Eləcə də, onun xarizmatik çıxışları tamaşaçıları valeh edirdi.[5] O, Olimpiya nailiyyətlərinə görə ABC-nin (Amerika Yayım Şirkəti) Wide World of Sports telefiziya proqramının ilin idmançısı çempion adını qazanıb.
Monrealda təşkil olunmuş 1976 Yay Olimpiya Oyunlarında Sovet rəsmiləri və məşqçiləri Korbutu Rumıniyalı istedadlı gimnast Nadya Komaneçini məğlub edə biləcək qadın kimi göstəriblər, ancaq Korbut xəsarət alıb və yarışlarda çıxışları zəif alınıb. O, 1976 Yay Olimpiya Oyunlarında təkcə Komaneçinin yox, həmçinin öz komanda yoldaşı Nelli Kimin kölgəsində qalmışdır.[2] O, komanda yarışlarında qızıl medal və dirək üzərində fərdi yarışlarda gümüş medal qazandı.[6]
Olimpiadadan sonra əmək və həyat fəaliyyəti
[redaktə | vikimətni redaktə et]Korbut 1977-ci ildə Qrodno Dövlət Universitetini bitirdi və müəllim oldu,[2] daha sonra isə gimnastika yarışlarından ayrıldı. O Belarusun folklor ansamblı Pesniary-ın üzvü olan Leonid Bortkeviç ilə ailə həyatı qurdu. Cütlüyün 1979-cu ildə Riçard adlı oğlu oldu. 1988-ci ildə Korbut Beynəlxalq Gimnastika Şöhrət Zalının ilk üzvü olub.[7]
1991-ci ildə Belarusiyada Çernobıl qəzasının nəticələrinin təsirindən narahat olduğuna görə, o və onun ailəsi ABŞ-yə mühacirət edib. Onlar Nyu Cersidə yerləşirlər və o burada gimnastika müəllimi kimi fəaliyyət göstərir.[8] Onlar iki il sonra Corciyaya köçüb və orada o, məşqçilik fəaliyyətini davam etdirib. Korbut və Bortkeviç 2000-ci ildə boşanıblar.[9] O, elə həmin ildə ABŞ vətəndaşlığını qəbul edib.[10][11] 2002-ci ildə Korbut Skottsdeyl şəhərinə köçüb və Skottsdeyl Gimnastika Qrupunda baş məşqçi olub.[12] O, indi özəl gimnastika şagirdləri ilə işləyir və motivasiyalı çıxışlar edir.[13]
Korbut 2012 Yay Olimpiya Oyunları zamanı Londona səfər edib. O, Şimali Qrinviç Arenasında gimnastika yarışlarına baxıb və Twitter və Facebook sosial şəbəkələrində şərhlər verib.[5] Olimpiya Oyunları zamanı Kral Opera Teatrı İsveçrənin Lozanna şəhərində yerləşən Olimpiya muzeyi ilə yaratdığı Olimpiya səyahəti və Olimpiya Oyunlarının tarixi adlı sərgi təşkil edib. Tarixi eksponantlar arasında Korbutunda daxil olduğu 16 Olimpiya mükafatçısının seçilmiş şəxsi hekayələri nümayiş olunurdu. Korbut Avqustun 3-də sərgidə iştirakı ilə özünün Olimpiya qələbələrinin 40-cı illiyini qeyd edib.[14] O bu zaman aşağıdakı sözləri deyib:
Hətta mən bunu gözləmirdim. Mən ona görə burada olmağımdan şərəf duyuram.[15] |
İrs
[redaktə | vikimətni redaktə et]Korbut aktivində 4 qızıl medal olmaqla Olimpiya Oyunlarının yüksək titullu idmançılarındandır, ancaq bu onun ən yadda qalan nailiyyəti deyil. Onun 1972-ci il Olimpiya Oyunlarındakı debütünün mediada dövr eləməsi gənc qızların yerli gimnastika klublarına qoşulmasında artıma səbəb olub. 1972-ci il Olimpiya Oyunlarından sonra o, həmçinin Ağ Evdə ABŞ prezidenti Riçard Niksonla görüşüb. Görüş haqqında Korbut qeyd edib:
O mənə dedi ki, mənim Münhendəki çıxışım bizim iki ölkə arasında Soyuq müharibə zamanı siyasi gərginliyin azaldılması üçün səfirliklərin beş ildə etdiyindən daha çox işlər görmüşdür.[16] |
Bütün dünyada gimnastikanın təbliğindən əlavə o, həmçinin idmanın özünün tenor əhəmiyyətli dəyişikliklərinə səbəb olmuşdur. 1972-ci ilə qədər idmançılar ümumiyyətlə yaşlı idi və zəriflik akrobatikadan daha çox diqqət mərkəzində olmuşdur.[9] Korbutun Olimpiya Oyunlarında debütündən sonra onilliklərdə diqqət mərkəzində akrobatika yer alıb.[2]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 3 Thomas, David. "Legends who fell to earth: Bankruptcy, shoplifting, adultery and disgrace. Which Olympians stayed on track - and which didn't?". Daily Mail. Associated Newspapers. 27 iyul 2012. 2014-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 aprel 2016.
- ↑ 1 2 3 4 5 6 7 Doyle, Paul. "50 stunning Olympic moments No47: Olga Korbut redefines gymnastics". The Guardian. 6 iyul 2012. 2013-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-21.
- ↑ 1 2 "Olga Korbut - Famous Gymnast". mapsofworld.com. 2021-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 aprel 2016.
- ↑ "Olga Korbut: 'The Sparrow from Minsk' who changed gymnastics". 6 avqust 2012. 2022-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 aprel 2016.
- ↑ 1 2 McCarthy, Brigid. "40 Years Ago, Soviet Gymnast Olga Korbut Dazzled the World". PRI's The World (Radio broadcast). 24 iyul 2012. 2017-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-21.
- ↑ "OLGA KORBUT MEDALS". olympic.org. 2021-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 aprel 2016.
- ↑ "Olga Korbut". International Gymnastics Hall of Fame. 2012-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 aprel 2016.
- ↑ Longman, Jere. "Olga Korbut, Now A Fearful Mother, Is Enlisting Aid For Chernobyl Victims". The Philadelphia Inquirer. 24 Aprel 1991. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 aprel 2016.
- ↑ 1 2 Tennent, Callum. "Olga Korbut: 'The Sparrow from Minsk' who changed gymnastics". CNN. 6 Avqust 2012. 2017-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 iyul 2013.
- ↑ Helene Elliot. "Taking a Tumble". Los Angeles Times. April 18, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 15, 2015.
- ↑ "Ольга КОРБУТ: "Хотя я имею американское гражданство, душа у меня все равно осталась белорусской»". 2013-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-21.
- ↑ Davis, Kristina. "A party for Olga's Kids. Korbut's program funds classes for children". Arizona Republic. 15 Noyabr 2002.
- ↑ Smith, Christine. "Olga Korbut: Golden girl of the 1972 Olympics looks back on her glory days". The Daily Express. 23 iyul 2012. 2014-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 aprel 2016.
- ↑ Butler, Lottie. "Legendary Olympic gymnast Olga Korbut at ROH: Olympic hero to meet visitors at The Olympic Journey". Royal Opera House. 1 August 2012. 15 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 July 2013.
- ↑ Korbut, Olga. "Olga Korbut's Olympic Journey" (Video) (Interview). Interviewed by Glen Levy. Time.com. 3 August 2012. 26 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 July 2013.
- ↑ Cousineau, Phil. The Olympic Odyssey: Rekindling the True Spirit of the Great Games. Quest Books. 2003. səh. 159. ISBN 0835608336.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- Yaşayan insanlar
- 16 mayda doğulanlar
- 1955-ci ildə doğulanlar
- "Xalqlar dostluğu" ordeni ilə təltif edilənlər
- Əlifba sırasına görə idmançılar
- "Şərəf nişanı" ordeni ilə təltif edilənlər
- Belarus gimnastları
- SSRİ gimnastları
- Olimpiya qızıl medalına sahib SSRİ idmançıları
- Olimpiya gümüş medalına sahib SSRİ idmançıları
- Olimpiya medallı gimnastlar