≛

SSRİ hökumət başçılarının siyahısı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
SSRİ hökumət başçıları
Loqonun şəkli
SSRİ-nin dövlət gerbi
Ümumi məlumatlar
Ölkə SSRİ SSRİ
Yurisdiksiya Sovet Sosialist Respublikaları İttifaqı
Yaradılma tarixi 30 dekabr 1922
Əvvəlki qurum vəzifə təsis edilib, özü birincidir
Ləğv edilib 25 dekabr 1991
Sonrakı dövlət dağıldığından vəzifə mövcud olmayıb
Ünvan Kreml
Rəhbərlik
Rəhbər birinci Vladimir Lenin
sonuncu İvan Silayev
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

SSRİ hökumət başçısı (rus. Глава Правительства СССР) — Sovet Sosialist Respublikaları İttifaqında hökumət rəhbəri vəzifəsinin qeyri-rəsmi adı. Bu vəzifənin rəsmi adı isə tamamilə başqa şəkildə, özü də müxtəlif illərdə müxtəlif şəkildə olmuşdur.

SSRİ-nin mövcudluğu dövründə cəmi 12 nəfər hökumət başçısı olmuşdur. Onlardan ikisi vəzifədə olarkən vəfat edib (Vladimir Leninİosif Stalin), üçü istefaya göndərilib (Aleksey Kosıgin, Nikolay Tixonov və İvan Silayev). SSRİ hökumət başçısı vəzifəsini icra edən 2 nəfər eyni vaxtda həm də partiya rəhbəri vəzifəsini daşımışdır (Stalin və Nikita Xruşşov).

Birinci hökumət başçısı Sovet Sosialist Respublikaları İttifaqının yaradılması müqaviləsindən sonra 1922-ci ildə Lenin olmuşdur. Sonuncu olan İvan Silayev 1991-ci ildə 126 gün kabinetə rəhbərlik edərək bu vəzifəni ən qısa müddət ifa edən şəxs olub. Kosıgin 14 ildən çox bu vəzifəni icra edərək kabinetdə ən uzun vaxt qalan şəxs olub və iki dəfədən çox hökumət formalaşdıran yeganə şəxsdir. 1980-ci ildə istefasından bir az sonra vəfat edib

Xalq Komissarları Şurası (Sovnarkom) Rusiya Sovet Federativ Sosialist Respublikası (RSFSR) tərəfindən 8 noyabr 1917-ci ildə yaradılıb. 1924-cü il Konstitusiyasının 38-ci maddəsi ifadə edir ki, sədrin gücü, funksiyaları və vəzifələri şuranın işini və qanunvericiliyi təftiş edən Mərkəzi İdarəetmə Komissiyası tərəfindən verilir. Xalq Komissarları Soveti Sovet İttifaqında məcburi olan qanunları və qərarları çap etdirir.[1][2] 1946-cı ildə Xalq Komissarları Şurası Sovet Sosialist Respublikaları İttifaqıSovet sosialist respublikaları səviyyəsində Nazirlər Şurasına çevrildi.[3]

Nikita Xruşşovu Sov. KP MK-nın birinci katibi postundan və SSRİ Nazirlər Sovetinin sədri vəzifələrindən kənarlaşdırmış Sov.İKP MKnın avqust plenumunda (1964-cü il) bir şəxsin eyni vaxtda həm Sov.İKP MK-nın Baş katibi və həm də SSRİ-nin hökumət başçısı vəzifəsini tutması yolverilməz hesab olundu. [4] Kosıgin Nazirlər Şurasının Sədri kimi onun rolunda iqtisadi idarəçilik vəzifəsində idi. Ancaq Kosıginin vəzifəsi 1965-ci ildə iqtisadi reform təklif edəndən sonra zəiflədi.[5]

1977-ci il SSRİ Konstitusiyasına görə Nazirlər Sovetinin sədri SSRİ hökumətinin başçısı idi. SSRİ Ali Soveti Rəyasət heyətinin sədri (1977–1985 və 1988–1989-cu illərdə Sov. İKP MK-nın baş katibləri ənənəvi olaraq həm də SSRİ Ali Soveti Rəyasət heyətinin sədri vəzifəsinə seçilərək SSRİ-nin dövlət başçısı olmuşdular) isə tamamilə hökumətin və icraedici hakimiyyətin başçısı idi. 1990-cı ildə prezident hakimiyyətinin qurulmasına qədər hökumət başçılığı Sovet Sosialist Respublikaları İttifaqında təsir və tanınma baxımından ən yüksək vəzifələrdən biri idi. Hökumət başçısı Ali Sovetə hesabat verməli idi və SSRİ Ali Sovetinin sessiyaları arasında gedən mərhələlərdə Ali Sovetin komissiyası qarşısında hesabat verirdi.[6] Hökumət başçısına Ali Sovetlə və komissiya ilə yarışmayacaq şəkildə SSRİ-nin ədalət sisteminə uyğun olaraq idarəçilik işlərini həll etmək tapşırılmışdı. Hökumət başçısına beş illik planlara rəhbərlik edərək və mədəni inkişafı təmin edərək milli iqtisadiyyatı idarə edirdi.[6]

Nikolay Rıjkovun yerinə Valentin Pavlov keçdikdən sonra Nazirlər Soveti, Nazirlər Kabineti, SSRİ Nazirlər Sovetinin Sədri isə SSRİ Baş Naziri adlandı. Uğursuz Avqust çevrilişindən sonra kabinet üzvləri çevrilişi dəstəklədi və 1991-ci ildə Nazirlər kabineti SSRİ xalq təsərrüfatını operativ idarəetmə komitəsi ilə əvəz edildi. SSRİ xalq təsərrüfatını operativ idarəetmə komitəsi adı SSRİ Respublikalararası İqtisadi Komitə [7]olaraq dəyişdirildi və daha sonra SSRİ Respublikalararası İqtisadi Komitə (digər adı İqtisadi Cəmiyyət) ilə əvəz olundu.[8]

Vəzifənin adı İllər
"SSRİ Xalq Komissarları Sovetinin sədri" 30 dekabr 1922 – 15 mart 1946
"SSRİ Nazirlər Sovetinin sədri" 15 mart 1946 – 14 yanvar 1991
"SSRİ Baş naziri" 14 yanvar 1991 – 5 sentyabr 1991
"SSRİ xalq təsərrüfatını operativ idarəetmə komitəsinin rəhbəri"[9] 5 sentyabr 1991 – 20 sentyabr 1991
"SSRİ Respublikalararası iqtisadi komitəsinin sədri"[9] 20 sentyabr 1991 – 14 noyabr 1991
"SSRİ Dövlətlərarası İqtisadi Komitəsinin Sədri — İqtisadi birliyin Baş naziri"[9] 14 noyabr 1991-ci il — 26 dekabr 1991-ci il

SSRİ hökuməti başçısına geniş səlahiyyətlər verilmişdi, onlar "SSRİ Nazirlər Soveti haqqında" qanunda göstərilmişdi (5 iyul 1978-ci il):

  • SSRİ hökuməti fəaliyyətinə rəhbərlik;
  • SSRİ Ali Sovetinin təsdiqinə verilmək üçün hökumət üzvləri namizədlərinin seçilməsi;
  • SSRİ Ali Sovetinə hökumət üzvlərinin təyin və azad edilməsi üçün təkliflərin irəli sürülməsi;
  • SSRİ-ni beynəlxalq münasibətlərdə təmsil etmə;
  • Dövlət idarəetmə məsələlərində fövqaladə hallarda qərarların qəbul edilməsi.

Hökumət başçılarının siyahısı

[redaktə | mənbəni redaktə et]
Ad, Soyad
(doğum–ölüm)
Vəzifədə keçirdiyi müddət Elektorat
1 Xalq Komissarları Sovetinin sədrləri (1922–46)
Vladimir Lenin
(1870–1924)[10]
30 dekabr 1922 – 21 yanvar 1924
Birinci hökumət başçısıdır. Rusiya Sosial Demokrat İşçi Partiyasını FevralOktyabr inqilabları zamanı idarə edib [11] və dünyanın ilk sosialist dövlətini (RSFSR) yaradıb [12] və 1922-ci ildə Sover Sosialist Respublikaları İttifaqını yaradıb.[13]
2 Aleksey Rıkov
(1881–1938)[14]
2 fevral 1924 – 19 dekabr 1930 1924, 1925, 1927, 1929
Bolşevik partiyasındakı mülayim siyasəti dəstəkləyən fraksiyanın üzvü olan Rıkov digər yoldaşları ilə birlikdə partiyaya səhvlərini etiraf etdi və 1930-cu ildə Rıkov hökumət başçılığı vəzifəsini itirdi. [15]
3 Vyaçeslav Molotov
(1890–1986)[16]
19 dekabr 1930 – 6 may 1941 1931, 1935, 1936, 1937
O, Stalinin həyata keçirdiyi kənd təsərrüfatında kollektivləşməyə, Birinci beşillik planın (1928–1932) həyata keçirilməsinə, SSRİ-in sənayeləşdirilməsinə və 1937–1938-ci il təmizlənməsinə nəzarət etdi. [17] Molotovun simvolik hakimiyyətinin altında Sovet İttifaqı aqrar və sənaye texnologiyalarında böyük irəliləyiş əldə etdi. [18]
4 İosif Stalin
(1878–1953)[19]
6 may 1941 – 15 mart 1946 1946
Stalin Böyük Vətən müharibəsi dövründə ölkəni idarə etdi və ölkənin yenidən qurulmasına kömək etdi. O, SSRİ Xalq Komissarları Sovetinin adını SSRİ Nazirlər Soveti olaraq dəyişdi.[20]
Nazirlər Sovetinin sədrləri (1946–1991)
İosif Stalin
(1878–1953)[19]
15 mart 1946 – 5 mart 1953 1950
Müharibədən sonra Şərqi Avropada kommunist hökumətlər quraraq Sovetin dəmir pərdəsi kimi uzun müddət Qərb ölkələri və SSRİ arasında Soyuq müharibə [21] olaraq bilinən düşmənçiliyin səbəbi olan Şərq Blokunu yaratdı. [20]
5 Georgi Malenkov
(1902–1988)[22]
6 mart 1953 – 8 fevral 1955 1954
Stalinin ölümündən sonra hakimiyyəti ələ keçirdi və Xruşşova qarşı mübarizədə hakimiyyəti itirdi. O, Xruşşov anti-stalinizmə başlayana qədər hakimiyyəti davam etdirdi. 1955-ci ilin fevralında G. Malenkov "Leninqrad işi"nin təşkilində günahlandırılaraq hökumət başçısı vəzifəsindən çıxarıldı və N. Bulqaninlə əvə edildi.[23]
6 Nikolay Bulqanin
(1895–1975)[24]
8 fevral 1955 – 27 mart 1958 1958
Stalinə pərəştişin qadağan edilməsini idarə edən Bulqanin əvvəlcə Xruşşovun dəstəkçisi idi. Ancaq Xruşşovun radikal siyasətinə görə münasibətləri korlandı və anti-partiyaçı hesab edilərək Xruşşov tərəfindən vəzifəsindən çıxarıldı.[25]
7 Nikita Xruşşov
(1894–1971)[22]
27 mart 1958 – 14 oktyabr 1964 1962
Ölkəni Karib böhranı zamanı idarə etdi. 1961-ci il pul islahatı kimi bir çox islahat və siyasətdə yeniliklərə rəhbərlik etdi. 1964-cü ilin oktyabrında N. Xruşşov tutduğu vəzifədən azad edilərək pensiyaya göndərildi.[26]
8 Aleksey Kosıgin
(1904–1980)[27]
15 oktyabr 1964 – 23 oktyabr 1980 1966, 1970, 1974, 1979
O, Leonid Brejnev və Nikolay Podqorni ilə birlikdə kollektivlik liderliyin üç liderindən biri idi. O, Durğunluq dövründə vəzifədə idi. [5] Kosıgin 1965, 1973–1973 və 1979 iqtisasi islahatlarını həyata keçirdi.[28] O, 1980-ci ildə pensiyaya çıxdı və 2 ay sonra vəfat etdi.[29]
9 Nikolay Tixonov
(1905–1997)[30]
23 oktyabr 1980 – 27 sentyabr 1985 1984
Kosıginin gedişindən sonra yeni hökumət başçısı olan Tixonov [31] Brejnevin son illərində, Yuri AndropovKonstantin Ustinoviç Çernenkonun dövründə və Mixail Qorbaçovun hakimiyyətinin başlanğıcında kabinetə rəhbərlik etdi.[32]
10 Nikolay Rıjkov
(1929)[30]
27 sentyabr 1985 – 14 yanvar 1991 1989
Rıjkov yeni texnologiyanı təqdim edərək və planlaşdırmanı mərkəzdən digər ərazilərə yayaraq Qorbaçovun Sovet iqtisadiyyatını dirçəltmək və yenidən qurmaq cəhdlərini dəstəklədi. Ancaq o, Qorbaçovun market mexanizmini Sovet iqtisadiyyatına təqdim etmək cəhdini dəstəkləmədi. [33] O, Nazirlər Sovetinin sədri vəzifəsi buraxılanda istefaya getməyə məcbur edildi. [34]
11 SSRİ-nin baş nazirləri (1991)
Valentin Pavlov
(1937–2003)[35]
14 yanvar 1991 – 22 avqust 1991
Pavlov uğursuz pul islahatını həyata keçirdi. İslahat alınmadı [36] və bu Pavlovun Dövlət Fövqəladə Vəziyyət Komitəsinə qoşulmasına səbəb oldu. Dövlət Fövqəladə Vəziyyət Komitəsi 19 avqustda Qorbaçovu devirməyə cəhd etdi. Qəsdə əlbir olmasına görə Pavlov 29 avqustda həbs edildi. [37]
12 SSRİ Xalq təsərrüfatının operativ idarəetmə Komitəsinin rəhbərləri (1991)
İvan Silayev
(1930)[38]
6 sentyabr 1991 – 20 sentyabr 1991
12 SSRİ respublikalararası iqtisadi komitənin sədrləri (1991)
İvan Silayev
(1930)[38]
20 sentyabr 1991 – 14 noyabr 1991
12 SSRİ Dövlətlərarası İqtisadi Komitənin Sədri — İqtisadi birliyin baş nazirləri (1991)
İvan Silayev
(1930)[38]
14 noyabr 1991 – 26 dekabr 1991
1991 avqust dövlət çevrilişindən sonra Sovet hökuməti respublikalar üxərində hakimiyyətini itirdi.

Silayev və Qorbaçov respublikaları birlikdə tutmaq iqtidarında deyildi.[39]

  1. "Конституция СССР 1924 г." 2018-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-04.
  2. "1924 Constitution of the USSR". 2018-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-04.
  3. "О ПРЕОБРАЗОВАНИИ СОВЕТА НАРОДНЫХ КОМИССАРОВ СССР В СОВЕТ МИНИСТРОВ СССР И СОВЕТОВ НАРОДНЫХ КОМИССАРОВ СОЮЗНЫХ И АВТОНОМНЫХ РЕСПУБЛИК - В СОВЕТЫ МИНИСТРОВ СОЮЗНЫХ И АВТОНОМНЫХ РЕСПУБЛИК". 2019-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-04.
  4. Service, 2009. səh. 378
  5. 1 2 Brown, 2009. səh. 403
  6. 1 2 "Chapter 16: THE COUNCIL OF MINISTERS OF THE USSR". 2018-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-04.
  7. Ferdinand, 1993. səh. 163–164
  8. Ferdinand, 1993. səh. 133
  9. 1 2 3 .SSRİ xalq təsərrüfatını operativ idarəetmə komitəsi SSRİ Nazirlər Kabinetinin istefasından sonra yeni nazirlər kabineti formalaşana qədər (o yaranmadı) SSRİ hökumətinin vəzifələrini müvəqqəti icra etməkdən ötrün yaranmışdı. Yeni Nazirlər Kabinetinin yerinə 5 sentyabr 1991-ci ildə SSRİ Respublikalararası İqtisadi Komitə yarandı. O 14 noyabr 1991-ci ildə "SSRİ Respublikalararası İqtisadi Komitəsi adlandı" .
  10. Cull, Culbert və Welch, 2003. səh. 182
  11. Young, Braden, 2005. səh. 40
  12. Service, 2000. səh. 1
  13. "Образование СССР" (Russian). Hrono.info. 23 October 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 September 2010.
  14. Phillips, 2000. səh. 82
  15. Rappaport, 1999. səh. 238–39
  16. Phillips, 2000. səh. 89
  17. Hough, Fainsod, 1979. səh. 295
  18. Sebag-Montefiore, 2005. səh. 236
  19. 1 2 Totten, Bartrop, 2008. səh. 76
  20. 1 2 Service, 2005. səh. 3–4
  21. Service, 2005. səh. 503
  22. 1 2 Duiker, Spielvogel, 2006. səh. 572
  23. Coppa, 2006. səh. 170–71
  24. Trahair, Miller, 2004. səh. 69
  25. Coppa, 2006. səh. 38
  26. "The first steps towards a new era". 2013-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-04.
  27. Trahair, Miller, 2004. səh. 37
  28. ютуба, любитель. "30 лет назад умер Алексей Косыгин". Newsland (Russian). 17 December 2010. 17 September 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 January 2011.
  29. Вергасов, Фатех. "Организация здорового накала" (Russian). pseudology.org. 24 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 September 2010.
  30. 1 2 Ploss, 2010. səh. 219
  31. Zemtsov, 1989. səh. 119
  32. Service, 2009. səh. 403–4
  33. Garcelon, 2005. səh. 128–29
  34. Harris, 2005. səh. 133
  35. "Валентин Сергеевич Павлов" (Russian). RU: Hrono. 4 December 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 December 2010.
  36. Dyker, 1992. səh. 207–8
  37. Bonnell, Cooper, 1994. səh. 63–64
  38. 1 2 3 "Иван Степанович Силаев" (Russian). RU: Hrono. 25 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 December 2010.
  39. Kotz, Weir, 2007. səh. 122