15°36′11″ şm. e. 32°31′35″ ş. u.HGYO

Xartum

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Paytaxt
Xartum
الخرطوم
Gerb
Gerb
15°36′11″ şm. e. 32°31′35″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 30.000 km²[2]
Mərkəzin hündürlüyü 382 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 5.345.000 nəf. (2018)[3]
Xəritəni göstər/gizlə
Xartum xəritədə
Xartum
Xartum
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xartum (ərəb. الخرطوم‎, Əl-Xartum) — Sudanın paytaxtı və ən böyük şəhəri. Şəhər Ağ NilMavi Nil çaylarının qovuşmasında yerləşir. Əhalisi 2008-ci ilin hesablamalarına görə 639 598 nəfər, şəhərətrafı ilə birlikdə 5 274 321 nəfərdir.

Şəhərin əsası 1821-ci ildə Misir hakimi Məhəmməd Əli Paşanın oğlu İbrahim Paşa tərəfindən qoyulmuşdur.

Ümumi məlumat

[redaktə | vikimətni redaktə et]

Şəhərin arxitekturasında ərəb, şərq xarakteri üstünlük təşkil edir. Şəhərin mərkəzi hissəsi Mavi Nilin vadisi boyunca yerləşir. Burada, çayın sahilində dövlət başçısının iqamətgahı yerləşən Respublika sarayı ilə yanaşı, müxtəlif nazirliklərin və idarələrin binaları yerləşir. Bir qədər aralıda şəhərin ticarət — maliyyə mərkəzi hesab olunan Xartum Siti yerləşir. Mavi Nil üzərindəki müasir körpü vasitəsilə universitet şəhərciyinə, təbiət tarixi və etnoqrafiya muzeyinə getmək mümkündür. Omdurman — Sudan paytaxtının ən qaynar hissəsisidir. Burada ərəb üslubunda — dar küçələr və çoxlu kiçik mağazalar və sənətkar emalatxanaları ilə əhatə olunmuş yaşayış və inzibati binalar tikilmişdir. Xartum şəhərində bir neçə ali məktəb — universitet, texniki və pedaqoji institutlar, Qahirə Universitetinin filialı yerləşir.

Şəhərin adının mənası ilə bağlı 2 versiya mövcuddur. Bunlardan birinə görə "xartum" sözü fil xortumunun adından yaranmışdır və Mavi və Ağ Nil çayları arasındakı dar, uzun quru sahəsini ifadə etmək üçün işlənmişdir. 1863-cü ildə Xartuma gələn kapitan C.A.Qrantın fikrincə isə bu ad əsasən Misirdə yetişdirilən və zəfəran bitkisinin bir növü olan gartun (lat. Carthamus tinctorius) bitkisinin adından götürülmüşdür.

Qardaşlaşmış şəhərlər

[redaktə | vikimətni redaktə et]