Şafii məzhəbi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

İslam

İslam tarixi

İmanın şərtləri

TövhidMələklər
KitablarPeyğəmbərlər
MəadAxirət
Qəza ve Taleh

İslamın beş şərti

Kəlmeyi-şəhadətNamaz
OrucHəcc
Zəkat

Etiqad məzhəbləri
ƏşərilərMatüridilərQədərilər (Mötəzililər)CəbrilərMürcilərCəhmiyyəMüşəbbihilərSələfilər
Fiqh məzhəbləri
Sünnilər:
HənəfilərMalikilərŞafiilərHənbəlilər
Yox olmuş məzhəblər:
ZahirilərAuzailərLeysilərSəvrilərCəririlər

Şiələr:
İmamilər (Cəfərilər (ƏxbarilərÜsulilərŞeyxilər)ƏləvilərƏnsarilərQızılbaşlar) • Zeydilər
İsmaililər (QərmətilərXaşxaşilərFəthilərXəttabilər)VaqifiyyəRafizilər (Batinilər)QeysanilərXürrəmilərBaziğiyyəQurabiyyə
Xaricilər:
MühakkiməƏcrədilər (MeymunilərSəələbilər) • ƏzraqilərBəyhəsilərİbadilərNəcdatilərSüfrilər

Həmçinin bax

SufilərYəsəvilikNəqşibəndilikSührəvərdilikXəlvətilikSəfəvilikBayramilikBəktaşilikCəlvətilikCərrahilikÇiştiyyəEhqaqiyəGülşənilikHürufilikKübravilikMəlamətilikMövləvilikNemətullahiyyəNöqtəvilikQələndərilikQadiriyyəRahmaniyyəRifailikRövşənilərSənusilərŞaziliyyəZahidiyyəNüseyrilərDruzlarİslam fəlsəfəsi

Şafii məzhəbi (ərəb. الشافعيّة‎ əş-şafiiyyə) — Əhli Sünnədə 4 haqq məzhəbdən biri. Məzhəb imam Şafiinin dini elmi görüşləri əsasında formalaşıb.

İslam dünyasında ən geniş yayılmış hüquq məktəblərindən olan Şafii məzhəbinin qurucusu Məhəmməd ibn İdris əş-Şafii 767-ci ildə Qəzzədə (Fələstində) dünyaya gəlmişdir. Soyu Qüreyş tayfasındandır. Erkən yaşlarından atasını itirib ehtiyac içində böyüyən, lakin istedadlı olan gənc Məhəmməd Quranhədisləri mükəmməl öyrənmiş, sonra isə Məkkəyə köçüb, tanınmış alimlərdən müxtəlif elmlərə dair dərs almışdır. Daha sonra bacarıq və istedadı sayəsində çeşidli dövlət vəzifələrində çalışmış, müəllimlik fəaliyyəti ilə də məşğul olmuşdur. Ömrünün çox hissəsini Bağdadda, son illərini isə Misirdə keçirmiş və 820-ci ildə orada da vəfat etmişdir. O, "Üsulul-fiqh" adlanan hüquq metodologiyasında mühakimə çıxarmaq prinsiplərini işləyib hazırlamış və fətvaların yalnız həmin prinsiplər əsasında verilməsi fikrini irəli sürmüşdür. Ona qədər də müctəhidlər fətva vermək məsələsində müəyyən metodlara əsaslanırdılar. Lakin əş-Şafii ancaq istinadları təqdim etməklə kifayətlənməmiş, hüquqi mühakimələr irəli sürülərkən riayət ediləsi vacib metodoloji prinsipləri də göstərmişdir.

Xüsusiyyətləri

[redaktə | vikimətni redaktə et]

Məhəmməd ibn İdris Hicazİraq hüquq məktəblərinin metodlarını mükəmməl mənimsədikdən sonra öz hüquq metodunun əsasını qurmuşdur. Bu metod onun sələflərinin: Əbu Hənifə, Malik ibn Ənəs, Məhəmməd ŞeybaniƏbu Yusuf Yaqub bin İbrahimin prinsiplərinə əsaslansa da, özünəməxsus özəllikləri ilə də seçilmişdir. Şafiinin hüquqi metodu aşağıdakı mənbələrə əsaslanır:

  1. QuranSünnə. Allahdan gələn açıq və aydın ayələr (nasslar) ikimənalı anlaşılıb yozula bilməz. Bütün başqa mənbələr də Quran və Sünnəyə uyğun olmalı, ziddiyyət təşkil etməməlidir. Hətta, əgər hər hansı səhabənin müəyyən məsələdə dediyi vəhyə uyğun deyilsə, onun mühakiməsi də sübut kimi qəbul edilə bilməz.

əş-Şafiiyə görə, vəhy QuranSünnə cütlüyüdür. Bu cür yanaşma onu bəzi sələflərindən – məsələn, Quranı birinci Vəhy, Sünnəni isə ikinci Vəhy saymış Əbu Hənifədən fərqləndirirdi.

  1. İcma. Əgər hansısa problem üzrə bir neçə alim nəsli eyni nəticə əldə etmişsə, onda bu nəticə dəlil kimi qəbul edilməlidir. Örnək üçün keçmiş və çağdaş alimlərin hamısı əsr namazının (günün ikinci yarısı qılınan namaz) məhz 4 rükətdən ibarət olduğunu qeyd etmişlər. Bu – icmadır. İcma yalnız Quran və Sünnənin aydın göstərişlərindən sonra tətbiq edilə bilər.
  2. Məhəmməd peyğəmbərin səhabələrinin dedikləri. Bu, Həzrət Peyğəmbərin (s) səhabələrinin çeşidli məsələlər haqqında razılaşdırılmış fikirləridir.
  3. Qiyas. Mülahizə irəli sürərəkən və hüquqi mühakimələr zamanı Məhəmməd ibn İdris bənzətmə (analogiya) metodundan da dəlil kimi istifadə etmişdir. Sələfləri kimi o da problemin çözümünü İlahi vəhylərdə birbaşa tapmayanda bu metoda əl atmışdır. Onun fikrincə, şəriət zaman və məkanla məhdudlaşmır. Buna görə də mövcud olan müqəddəs mətnlərlə bütün hüquqi problemləri çözmək lazımdır. Əgər bunu vəhyin açıq-aydın mənaları ilə etmək mümkün deyilsə, onda problemi müqəddəs mətnlərdə xatırlanan olaylara bənzətmək yolu ilə çözmək lazımdır. Bunu xüsusi hazırlığı olan hüquqşünas (müctəhid) hərtərəfli tədqiqat (ictihad) aparandan sonra edə bilər.

Məhəmməd ibn İdris əş-Şafii dünyasını dəyişəndən sonra tələbələri hüquq elmində onun işlərinin davam etdirərək, irəli sürdüyü nəzəri əsasları irəlilətmişlər. 816-cı ildən başlayaraq, əş-Şafii məzhəbi Misirdə yayılmağa başladı. Həmin vaxtlar orada yaşan əş-Şafiinin özü də əsərlərinə bəzi düzəlişlər edib, onları yeni şəraitə uyğunlaşdırmışdı (bax:"Risalə" və "Məbsut" kitabları). Onun keçmiş problemlərə yeni yanaşmalarını Fustat şəhərinin azançısı Rəbi ibn Süleyman Muradi toplamışdır. Məhəmməd ibn İdrisin özü də Bağdadda yazdığı əsərlərin ləğv olunduğunu və Misirdə yazdığı son əsərlərinə üstünlük verilməsini vəsiyyət etmişdir. Buna görə də onun irsinin öncəki və sonrakı dövrlərə bölünməsi məqsədəuyğundur. Ardıcılları onun son əsərlərinə əsaslanaraq fətvalar versələr də, bəziləri müəyyən hallarda onun ilk əsərlərinə istinad olunmasını da doğru hesab etmişlər. İsmaili olan Fatimilər sülaləsi Misirdə hakimiyyəti ələ alandan sonra da məzhəbin mövqeyi zəifləməmişdir. Hakimiyyətə Əyyubilər gələndən sonra isə Misirdə şafii məzhəbinin mövqeləri daha da bərkimişdir. Çünki sünni olan Əyyubilər ölkədə ismaililərin zəyifləməsində maraqlı idi. Şafiilərin hakimiyyəti məmlük sultanı Bəybarsın idarəçilik dövrünədək davam etmişdir. Misirdə Osmanlı hakimiyyəti qurulandan sonra imperiyanın rəsmi dövlət hüququ Hənəfi məzhəbinin üzərində qurulsa da xalq arasında Şafii məzhəbi öz mövqeyini qoruyub saxlaya bilmişdir. Bu məzhəb uzun müddət İranda da geniş yayılmışdır. Lakin sonra orada şiəlik üstün mövqeyə keçmişdir. Buna baxmayaraq, Şafii məzhəbinin ardıcıllarına bu gün də İranda və İraqda rast gəlmək mümkündür.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]