Bəhram bəy Vəzirov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Bəhram bəy Vəzirov
Şəxsi məlumatlar
Doğum tarixi 23 dekabr 1857(1857-12-23)
Doğum yeri
Vəfat tarixi 1921
Vəfat yeri
Partiya
Təhsili
  • Sankt-Peterburq Dövlət Universitetinin Hüquq fakültəsi[d] (–1880)
Fəaliyyəti şair
Atası Əsəd bəy Vəzir
Ailəsi Vəzirovlar

Bəhram bəy Əsəd bəy oğlu Vəzirov və ya Bəhram bəy Fədai (23 dekabr 1857, Mirzəcamallı, Şuşa qəzası1921, Qaryagin, Qaryagin qəzası) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, İttihad Partiyası və İttihad fraksiyasının üzvü, şair, hüquqşünas.

Bəhram bəy Əsəd bəy oğlu Vəzirov 23 dekabr 1857-ci ildə Şuşa qəzasının Vərəndə sahəsinin Mirzəcamallı (Şərifbəyli) obasında anadan olub. Sonra Şuşa şəhərinə köçüblər. Şuşa Realni Məktəbini bitirdikdən sonra Sankt Peterburq Dövlət Univerisitetinin Hüquqşünaslıq fakültəsində təhsil almışdır. Təhsilini bitirdikdən sonra Qarabağa geri dönmüş və hüquq sahəsində çalışmağa başlamışdır.

O, Azərbaycan milli azadlıq hərəkatının iştirakçılarındandır. Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanın təsisi haqqında qanun"una əsasən, İttihad Partiyasından Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçilib. Parlamentdə İttihad fraksiyasına daxil olub. Aprel işğalından (1920) sonra müxtəlif təsərrüfat müəssisə və idarələrində çalışıb.[1][2][3]

Bəhram bəy sovet dönəmində gizli İttihada daxil olub və həmin vaxtdan gizli fəaliyyətə keçib. Lakin çox çəkmədən yerli adamların yazdığı şikayət ərizələri əsasında orqan işçiləri onu, qardaşını, qardaşıoğlunu izləməyə başlayıblar və hər üçü də həbs olunub. Bəhram bəy hələ məhkəməsi olmamış Ağdam həbsxanasında 1921-ci ildə ölmüşdür.[4]

Ədəbi fəaliyyəti

[redaktə | vikimətni redaktə et]

Bəhram bəy şair idi. Fədai təxəllüsü ilə xoştəb şeir yazıb. Mir Möhsün Nəvvab "Təzkireyi-Nəvvab" adlı əsərində onun haqqında yazır:

" Cənаb Bəhram bəy Əsəd оğlu Vəzirzаdə Qаrаbаğın Şuşа şəhərinin əhаlisindədir. Хоşхаsiyyət, оrtа bоylu cаvаndır. Yаşı təqribən 35-ə çаtаr. Qasım bəy Zakirin nəvəsi, Abdulla bəy Asinin bаcısı оğludur. Fаrs və rus dillərində məhаrəti vаr. Еtikа еlmində tаyı-bərаbəri yохdur. "

Azərbaycan türkcəsi ilə birlikdə, ərəb və fars dillərini də bilmiş, erkən yaşlarından fəlsəfə, İslam elmləri, tarix kimi sahələr üzrə təhsil almışdır.

Bəhram bəy Vəzirovlar ailəsinin üzvü olmuşdur. Qasım bəy Zakir onun babası idi və ana xətti ilə Qarabağ xanları ilə qohumluq əlaqəsinə sahib olmuşdur. Atası Əsəd bəy Vəzirov həm şair, həm də doktor kimi fəaliyyət göstərmişdir. Qardaşları olan Baxış bəy Səbur və İsfəndiyar bəy Gülçin də şairliklə məşğul olmuş, qardaşlar birlikdə Məclisi-Üns görüşlərinə qatılmışdırlar.[5][6]

  • "Vəzirоv Bəhram bəy Əsəd bəy оğlu - şair, hüquqşünas" (az.). ens.az. İstifadə tarixi: 7 may 2021.
  1. Азербайджанская Демократическая Республика (1918―1920), 1998. səh. 13-16
  2. Адрес-календарь Азербайджанской Республики. Baku, 1920. — p. 270
  3. Çingizoğlu, 2004. səh. 237
  4. Zohra Farajova. "Qarabağın tanınmış simaları". Azərbaycan Official State Newspaper. 24 February 2022. 7 November 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 February 2023.
  5. Mədəniyyət Nazirliyi. "Bu gün şair Bəhram bəy Fədаinin doğum günüdür". az.baku-art.com. 22 December 2022. 5 February 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 February 2023.
  6. Çingizoğlu, 2004. səh. 238
  • Ənvər Çingizoğlu (2004). Hacılılar. Baku: Soy. Hacılılar. Bakı: Soy. 2004.
  • Азербайджанская Демократическая Республика (1918―1920). Законодательные акты. (Сборник документов). Bakı. 1998.