Qəzənfər Musabəyov
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Qəzənfər Musabəyov | |
---|---|
21 may 1925 – iyun 1937 | |
Əvvəlki | Nəriman Nərimanov |
Sonrakı | vəzifə ləğv edildi |
28 yanvar 1932 – 5 dekabr 1936 | |
Əvvəlki | İvan Oraxelaşvili |
Sonrakı | vəzifə ləğv edildi |
14 mart 1930 – 13 dekabr 1931 | |
Əvvəlki | Səməd ağa Ağamalıoğlu Sultanməcid Əfəndiyev (i. e.) |
Sonrakı | Sultanməcid Əfəndiyev |
6 may 1922 – 14 mart 1930 | |
Əvvəlki | Nəriman Nərimanov |
Sonrakı | Dadaş Bünyadzadə |
Azərbaycan SSR xalq ərzaq komissarı | |
5 may 1920 – 1922 | |
Əvvəlki | vəzifə təsis edildi |
Sonrakı | Dadaş Bünyadzadə |
Azərbaycan SSR xalq torpaq, ticarət, sənaye və ərzaq komissarı | |
28 aprel 1920 – 1 may 1920 | |
Əvvəlki | vəzifə təsis edildi |
Sonrakı | vəzifə ləğv edildi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 14 (26) iyul 1888 |
Doğum yeri | |
Vəfat tarixi | 9 fevral 1938[1] (49 yaşında) |
Vəfat yeri | |
Partiya | |
Fəaliyyəti | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Qəzənfər Mahmud oğlu Musabəyov (14 (26) iyul 1888, Pirəbədil, Quba qəzası – 9 fevral 1938[1], Moskva) — SSRİ, ZSFSR və Azərbaycan SSR-də yüksək dövlət vəzifələri tutmuş dövlət xadimi. Repressiya qurbanı.
Həyatı
[redaktə | vikimətni redaktə et]1911-ci ildə Bakı gimnaziyasını,1919-cu ildə Kiyev Universitetinin tibb fakültəsini bitirib. Qəzənfər Musabəyov dövründə kommunizmin qələbə çalacağına inanan şəxslərdən olubdur.
1929–1931-ci illərdə Azərbaycan SSR MİK RH-nin sədri (indiki parlamentin sədri) vəzifəsində çalışmışdır, lakin bütün ömrünü sovet rejiminin bərqərar olmasına, möhkəmlənməsinə həsr etmiş, bu şəxs məhz həmin rejim tərəfindən xalq düşməni elan edilmişdir.
Q. Musabəyova qarşı irəli sürülən ittihamları boynuna götürməsi üçün məruz qaldığı saysız-hesabsız işgəncələr nəticəsində artıq özünü idarə edə bilmirmiş. Kamerasının qapısının hər dəfə açıldığını görəndə qaçıb çarpayısının altında gizlənirmiş. Qəzənfər Musabəyov barəsində həqiqətlər Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin arxivindədir. Burada onun üç cilddən ibarət istintaq materialları saxlanılır. Bəzi məqamları aşağıdakı kimidir.
1937-ci il iyul ayının 25-də SSRİ Xalq Daxili İşlər Komissarlığı Musabəyov Moskva şəhərindəki evində (Serfimoviç küçəsi 2, mənzil 74) həbs edilib və evində axtarış aparılıb. Q. Musabəyovun 1931–1936-cı illərdə Zaqafqaziya Sovet Federativ Sosialist Respublikaları Xalq Komissarları Sovetinin sədri vəzifəsində işlədiyi nəzərə alınaraq, o, Tbilisiyə gətirilib. Həmin il avqustun 2-də Gürcüstan SSR Xalq Daxili İşlər Komissarlığı Dövlət Təhlükəsizliyi İdarəsinin 3-cü şöbəsinin rəis müavini Viner tərəfindən arayış tərtib edilib: "1889-cu ildə anadan olmuş, Zaqafqaziya SFSR Xalq Komissarları Sovetinin sabiq sədri Musabəyov Qəzənfər Mahmudoviç əks-inqilabçı terrorçu və casusluq təşkilatının rəhbəri kimi ifşa olunub. Arayışa Çiçinadze, Getmanov, Xeçuyan və başqalarının ifadələri əlavə edilib".
1937-ci il noyabrın 6-da Gürcüstan SSR Dövlət Təhlükəsizliyi İdarəsinin 4-cü şöbəsinin 2-ci bölməsinin rəis köməkçisi Krimyan Gürcüstan SSR Cinayət Məcəlləsinin 58–7, 58–11 maddələri ilə müqəssir sayılan məhbusa 58–1 maddəsini də şamil edib.
1937-ci ilin avqustundan oktyabrınadək aparılan dindirilmə zamanı Q. Musabəyov ona qarşı sürülən bütün ittihamları rədd edib, 1937-ci il oktyabrın 28-də isə Gürcüstan SSR Xalq Daxili İşlər komissarı Qoqlidzeyə aşahıdakı məktubu yazıb:
"Neçə aydır ki, istintaqa inadla müqavimət göstərdiyimi etiraf edirəm və bütün günahlarımı növbəti dindirilmədə boynuma alacağam. Müttəhim Q. Musabəyov".
1937-ci il oktyabrın 29-da Q. Musabəyov ilə sorğu-sualı Krimyan aparır. Q. Musabəyov türk əks-inqilabi millətçi təşkilata rəhbərlik etdiyini etiraf edir və bu işdə yaxından iştirak edən 24 nəfərin də adını çəkir. Q. Musabəyovun cavablarından aydın olur ki, o, Ümumittifaq əks-inqilabi mərkəzlə bilavasitə əlaqə saxlayıb. Krimyanın "kimin vasitəsilə" sualına cavabında o, 1930-cu il avqust ayından 1933-cü il fevralın 6-dək Azərbaycan K/B/P MK katibi işləmiş V. Polonskinin adını çəkir: "Mən hər dəfə Moskvaya səfər edəndə Polonskiyə baş çəkirdim və Stalin yoldaşın ölkəni uçuruma apardığına məni inandırmağa çalışırdı".
1937-ci il noyabr ayının 22-də və 26-da Krimyana verdiyi cavablarda Q. Musabəyov müttəfiq respublikalarda əks-inqilabi terrorçu-millətçi mərkəz rəhbərlərinin də adlarını çəkir: Ukraynada – Lyubanin, Özbəkistanda – Feyzulla Xodayev, Türkmənistanda – Gülümbəyov, Tacikistanda – Rəhimbəyov.
1937-ci il dekabrın 28-də verdiyi ifadədə Q. Musabəyov millətçi əks-inqilabi-terrorçu təşkilat rəhbərləri sırasına Mirbəşir Qasımovun da adını əlavə edir, bu antisovet mərkəzlərin Almaniya, Yaponiya və İran xəfiyyə orqanları ilə gizli əlaqə saxladığını bildirir.
1937-ci il dekabrın 2-də Q. Musabəyov Tbilisi təcridxanasının 71 N-li kamerasından Gürcüstan SSR Xalq Daxili İşlər Komissarı S. A. Qoqlidze yoldaşa aşağıdakı ərizə ilə müraciət edir: "Sizin nəzərinizə bunları çatdırmağı özümə borc hesab edirəm: Azərbaycan SSR Xalq Komissarları Sovetinin sabiq sədri Dadaş Bünyadzadə Tbilisidə olarkən söhbət əsnasında mənə demişdi ki, Azərbaycanın hökumət başçısı Hüseyn Rəhmanov Azərbaycan millətçi mərkəzin üzvüdür və antisovet təşkilatlarında fəal iştirak edir.
Söhbət zamanı Bünyadzadə həmçinin mənə məlumat verdi ki, Azərbaycan K/B/P MK-nın birinci katibi Mircəfər Bağırov Ruhulla Axundovla sıx dostluq və siyasi əlaqədədir. Mən Bünyadzadədən "nə üçün sən bu fikrə gəlmisən" soruşduqda o, cavabında söylədi ki, Bağırov hətta Ruhulla Axundovu Azərbaycan K/B/P MK-nın ikinci katibi vəzifəsinə irəli çəkmək niyyətindədir və bu barədə Hüseyn Rəhmanov və Sultanməcid Əfəndiyev də xəbərdardırlar. Əfəndiyev ilə görüşəndə o, təsdiq etdi ki, həqiqətən Bağırov Ruhulla Axundovla yaxından əlaqə saxlayır və onun Moskvadan Bakıya qayıtmasına çalışır. Bundan başqa, Bağırov Axundova hörmət əlaməti olaraq, onu Azərbaycan SSR-in 15 illiyi münasibətilə nümayəndə heyətinin tərkibinə daxil edib, Lenin ordeni ilə təltif edilməsinə təqdimat verib və Axundov təltif edilib".
Bu ərizənin yazılmasından üç həftə keçəndən sonra Krimyanın "İttihamnamə"sini Qoqlidze təsdiq edib. Gürcüstan SSR XDİK Dövlət Təhlükəsizlik komissarı 1937-ci il dekabrın 31-də istintaqı bitmiş hesab edərək, cinayət işini Gürcüstan SSR XDİK Üçlüyünün müzakirəsinə göndərib.
1938-ci il fevralın 8-də Gürcüstan SSR XDİK yanında Xüsusi Üçlüyün qərarı ilə Musabəyov Qəzənfər Mahmudoviç güllələnməyə məhkum edilib.
Azərbaycan Respublikası MTN-nin arxivində saxlanılan qovluqda Qəzənfər Musabəyovun "qardaş" deyə müraciət etdiyi Nikolay Yejova məktubu da vardır. Məktubun M. C. Bağırova aid hissəsin yazılır :
"Əziz Nikolay İvanoviç! Sənə, rəhbərimizin sədaqətli şagirdinə, əziz və sədaqətli qardaşıma deməliyəm ki, Bağırov mənə çoxdan düşmən kimi münasibət göstərirdi. Azərbaycanda işləyən zaman aramızda tez-tez siyasi məsələlərə baxışda mübahisələr olurdu. Bağırov yoldaş bir sıra siyasi səhvlərə yol verdiyinə görə iki dəfə işdən azad edilib. 1927-ci ildə o, Serqo Orconikidzenin təklifi ilə Dövlət Siyasi İdarəsinin sədri vəzifəsindən uzaqlaşdırılıb. 1930-cu ildə isə rəhbərliyə qarşı antipartiya mövqeyinə görə, Gikalo yoldaşla birlikdə MK qərarı ilə vəzifədən azad edilərək, Moskvanın sərəncamına göndərilib. Etiraf edirəm ki, siyasi səhvlərinə, hərəkətlərinə və qeyri-səmimiyyətinə görə mən də Bağırov yoldaşa pis münasibət göstərmişəm".
Bəs Yakov "qardaş" nə edib? Müavini Litvinə tapşırıb ki, ərizəni istintaq materiallarına əlavə etsin.
Görəsən, "Bağırov yoldaşa pis münasibət göstərmiş" Q. Musabəyov kimlərə rəğbət bəsləyib? İstintaq qovluğundakı məktubunda oxuyuruq: "1917-ci ildə Kiyev Universitetinin tibb fakültəsini bitirərək Bakıya qayıtdım. Bakı kommunasında Caparidze və Şaumyan yoldaşların rəhbərliyi altında ərzaq cəbhəsində çalışdım. 1918-ci ilin avqustunda Bakı Kommunasının süqutundan sonra Caparidze yoldaşın təklifi ilə mən digər kommunarlarla birlikdə Həştərxana yollandım. Burada iki il Sergey Kirov yoldaşın rəhbərliyi altında partiya işində və 11-ci Orduya xidmət sahəsində fəaliyyət göstərdim.
1920-ci ilin aprelində Orconokidze və Kirovun tapşırığı ilə mən Mikoyan və Yefremovla birlikdə "Beynəlmiləl" zirehlisində, döyüşə-döyüşə Bakını ələ keçirdik".
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 Мусабеков Газанфар Махмуд оглы // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
Mənbə
[redaktə | vikimətni redaktə et]- [1] Arxivləşdirilib 2007-09-28 at the Wayback Machine
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- 26 iyulda doğulanlar
- 1888-ci ildə doğulanlar
- Quba qəzasında doğulanlar
- 9 fevralda vəfat edənlər
- 1938-ci ildə vəfat edənlər
- 49 yaşında vəfat edənlər
- Moskvada vəfat edənlər
- Sovet İttifaqı Kommunist Partiyasının üzvləri
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədrləri
- Repressiya qurbanları
- Kiyevdə təhsil almış azərbaycanlılar
- Azərbaycan ateistləri
- Edam olunmuş siyasətçilər
- Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin sədrləri
- Zaqafqaziya SFSR Xalq Komissarları Sovetinin sədrləri
- SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədrləri