Hacı Hüseyn Əfəndiyev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Hacı Hüseyn Əfəndiyev
15 dekabr 1918 – 27 aprel 1920
Şəxsi məlumatlar
Doğum tarixi 1893
Doğum yeri
Vəfat tarixi 1920
Vəfat yeri
Partiya
Fəaliyyəti siyasətçi

Hacı Hüseyn Əfəndiyev (1893, Göyçay1920, Bakı) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Əhrar Partiyasının üzvü.

Aprel işğalından sonra 27 yaşında bolşeviklər tərəfindən güllələnib.

Hacı Hüseyn Hacı Abdulla oğlu Əfəndiyev 1893‐cü ildə Göyçayda anadan olub. Əhrar partiyasının üzvü olub.[1][2] Azərbaycan Cümhuriyyəti qurulduqdan sonra Göyçay qəzasından Azərbaycan Cümhuriyyəti parlamentinə seçilib.[3][4] 1918-ci il dekabrın 15-dən 1920-ci il aprelin 27-ə qədər parlamentin deputatı olub.[5][6]

1919 il fevralın 4-də torpaq islahatı haqqında Azərbaycan Cümhuriyyəti Parlamentinin qanun layihəsini hazırlamaq üçün Səməd ağa Ağamalıoğlu başda olmaqla Parlament komissiyası yaradıldı. Komissiyanın 9 nəfər üzvündən Hacı Hüseyn Əfəndiyev olub.[7]

1920-ci ilin mart ayında ermənilərin Qarabağda dövlət əleyhinə başladıqları qiyamın yatırılmasında iştirak edib. 1920-ci il aprelin 27-də Azərbaycan bolşeviklər tərəfindən işğal olunduqdan sonra həbs olunub. 7 saylı xüsusi şöbənin müstəntiqinin 1920-ci il 3 iyun tarixli qərarı ilə güllələnməyə məhkum edilib.[5] Güllələnərkən 27 yaşı olub.[5]

Azərbaycan Respublikası Prokurorluğu SSRİ Ali Soveti Rəyasət Heyətinin 1989-01-16 tarixli "1930–40 və 50 illərin əvvəllərində represiya qurbanları haqqında ədalətin bərpa edilməsi barədə əlavə tədbirlər haqqında" fərmanının I maddəsinə əsasən, Hacı Hüseyn Hacı Abdulla oğlu Əfəndiyevə 1993-cü il yanvarın 5-də bəraət verilib.[8]

Sovet işğalında qədər Hacı Hüseyn Əfəndiyevin Göyçay şəhərinin mərkəzində "İqbal" adlı kitab və dəftərxana ləvazimatı mağazası fəaliyyət göstərib.[9] Işğaldan sonra həm mağazası həm də ikimərtəbəli evi müsadirə olunub.[10] Sonrakı illərdə evində dəri zöhrəvi dispanser fəaliyyət göstərib.[9][10]

Hacı Hüseyn Əfəndiyev haqqında 2024-cü ildə Məhərrəm Zülfüqarlının müəllifi olduğu "Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları: Göyçaylı deputat Hacı Hüseyn Hacı Abdulla oğlu Əfəndiyev" adlı kitab nəşr edilib.[11]

  1. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (az.). I. Bakı: Lider nəşriyyatı. 2004. 165. ISBN 9952-417-14-2. 2024-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-27.
  2. Azərbaycan Xalq Cümhuriyyəti: 100 sual, 100 cavab (PDF). Bakı: Mütərcim. 2018. səh. 117.
  3. Azərbaycan Xalq Cümhuriyyəti: 1918-1920: Parlament (stenoqrafik hesabatlar) (az.). I. Bakı: Azərbaycan nəşriyyatı. 1998. 33. 2024-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-29.
  4. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (az.). I. Bakı: Lider nəşriyyatı. 2004. 348. ISBN 9952-417-14-2. 2024-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-27.
  5. 1 2 3 Zülfüqarlı, Məhərrəm. Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları: Göyçaylı deputat Hacı Hüseyn Hacı Abdulla oğlu Əfəndiyev (az.). Bakı: Mütərcim. 2024. 6. 2024-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-27.
  6. Zülfüqarlı, Məhərrəm. Göyçay tarixi (az.). Bakı. 163. ISBN 978-9952-37-815-3. 2024-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-27.
  7. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (az.). I. Bakı: Lider nəşriyyatı. 2004. 127. ISBN 9952-417-14-2. 2024-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-27.
  8. Zülfüqarlı, Məhərrəm. Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları: Göyçaylı deputat Hacı Hüseyn Hacı Abdulla oğlu Əfəndiyev (az.). Bakı: Mütərcim. 2024. 7. 2024-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-27.
  9. 1 2 "ƏFƏNDİYEV Hacı Hüseyn Hacı Abdulla oğlu". goychay-encyclopedia.az. 2024-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-27.
  10. 1 2 Zülfüqarlı, Məhərrəm. Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları: Göyçaylı deputat Hacı Hüseyn Hacı Abdulla oğlu Əfəndiyev (az.). Bakı: Mütərcim. 2024. 35. 2024-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-27.
  11. "Cümhuriyyət qurucularına həsr edilən yeni kitab". Azərbaycan Dövlət İnformasiya Agentliyi. 2024-05-27. 2024-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-27.