Nizami Gəncəvinin heykəli (Moskva)
Nizami Gəncəvinin heykəli | |
---|---|
55°45′36″ şm. e. 37°36′18″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Şəhər | Moskva, Rusiya |
Yerləşir | Müslüm Maqomayev parkı |
Heykəltaraş | T.Zaynalov, E.Zeynalov |
Memar | R.Əsgərov, P.Əliyev |
Tikilmə tarixi | 1991 |
Texnikası | tökmə |
Material | tunc |
Kateqoriya | Heykəl |
Əhəmiyyəti | yerli əhəmiyyətli |
Nizami Gəncəvinin heykəli — XII əsr dahi Azərbaycan şairi Nizami Gəncəviyə 1991-ci ildə Rusiya Federasiyasının Moskva şəhərində qoyulmuş abidə. Heykəl Rusiya Federasiyasında olan Azərbaycan səfirliyinin qarşısındakı Müslüm Maqomayev parkında ucaldılıb.[1]
Tarixi
[redaktə | vikimətni redaktə et]Dahi şair, Azərbaycan poeziyasının klassiki Nizami Gəncəvinin abidəsi Rusiyanın paytaxtı Moskva şəhərində, Müslüm Maqomayev parkında Azərbaycan səfirliyinin binasının yanında (ev № 16), Leontievski və Eliseevski döngələrinin kəsişməsində uzaldılmışdır.[1]
Abidə 1991-ci ildə ucaldılıb və Azərbaycanın Moskva şəhərinə hədiyyəsidir.[1] Abidənin heykəltəraşları T. Zeynalov və E. Zeynalov, memarları R. Əsgərov və P. Əliyevdir.[1]
Nizami ənənəvi şərq geyimində, əlində kitablarla oturmuş şəkildə təsvir edilmişdir. Postamentdə rus dilində "Nizami Gəncəvi" yazılmışdır.